Skip to content
10 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 050)
  • Dünya (3. 257)
  • Gündəm (11. 367)
  • İdman (634)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (471)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 963)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

“Müharibə veteranı” adı və Prezident təqaüdünün təyinatına başlanıldı

Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı və Prezident təqaüdünün təyinatına başlanıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi
Cavidan 1 Fevral, 2022

Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı və Prezident təqaüdünün təyinatına başlanıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamının icrası olaraq Vətən müharibəsinin iştirakçılarına “Müharibə veteranı” adı və Prezidentin aylıq təqaüdünün təyinatına başlanılıb.

İlkin olaraq Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında bu qurumların 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularına “Müharibə veteranı” adı verilib.

DSX üzrə iştirakçılar barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilib.

Nazirlik tərəfindən isə altsistemə barələrində məlumat daxil edilmiş həmin hərbi qulluqçulara 2022-ci ilin 1 yanvarından Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (80 manat) təyin edilib.

Təqaüdlərin təyinatı hərbi qulluqçuların müraciəti olmadan, heç bir sənəd təqdim edilmədən, e-sistem üzərindən proaktiv qaydada aparılır. Təyin edildiyi tarixdən asılı olmayaraq təyinat tarixi 2022-ci ilin 1 yanvarından rəsmiləşdirilərək ödənilir.

Hazırda digər qurumlar (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və s.) üzrə də qeyd olunan adın verilməsi və təqaüd təyinatının aparılması üçün aidiyyəti işlər aparılır.

Vətən müharibəsinin bütün iştirakçılarına “Müharibə veteranı” adının verilməsi və Prezidentin aylıq təqaüdünün təyinatı prosesi yaxın günlərdə tam yekunlaşacaq.

Müharibə veteranı kimi Prezidentin aylıq təqaüdü təyin edildiyi andan şəxsin adında olan telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndəriləcək.

Continue Reading

Previous: Parlamentin yaz sessiyasının işlər planı təsdiqlənib
Next: Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV OLUNUR

Bölmənin digər xəbərləri

UEFA Çempionlar Liqası: “Qalatasaray” – “Liverpul” matçı ilə 1/8 final mərhələsi başlayır
  • Gündəm

UEFA Çempionlar Liqası: “Qalatasaray” – “Liverpul” matçı ilə 1/8 final mərhələsi başlayır

10 Mart, 2026
Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir
  • Cəmiyyət

Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir

10 Mart, 2026
Pezeşkian İranın yeni ali rəhbəri barədə paylaşım edib
  • Dünya

Pezeşkian İranın yeni ali rəhbəri barədə paylaşım edib

9 Mart, 2026

Top 7 Xəbər

UEFA Çempionlar Liqası: “Qalatasaray” – “Liverpul” matçı ilə 1/8 final mərhələsi başlayır 1

UEFA Çempionlar Liqası: “Qalatasaray” – “Liverpul” matçı ilə 1/8 final mərhələsi başlayır

10 Mart, 2026
Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir 2

Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir

10 Mart, 2026
Pezeşkian İranın yeni ali rəhbəri barədə paylaşım edib 3

Pezeşkian İranın yeni ali rəhbəri barədə paylaşım edib

9 Mart, 2026
Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər 4

Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər

9 Mart, 2026
Azərbaycan MN: Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik 5

Azərbaycan MN: Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik

9 Mart, 2026
İsrail Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb 6

İsrail Livanın cənubunda məhdud quru əməliyyatına başlayıb

9 Mart, 2026
İsrail Beyrutda “Hizbullah”a qarşı yeni aviazərbələr dalğasına başlayır 7

İsrail Beyrutda “Hizbullah”a qarşı yeni aviazərbələr dalğasına başlayır

9 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 050)
  • Dünya (3. 257)
  • Gündəm (11. 367)
  • İdman (634)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (471)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 963)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9050) Dünya (3257) Gündəm (11367) Kateqoriyasızlar (471) Kriminal (1345) Mədəniyyət (338) Siyasət (2963) Texnologiya (14) İdman (634) İqtisadiyyat (574)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • UEFA Çempionlar Liqası: “Qalatasaray” – “Liverpul” matçı ilə 1/8 final mərhələsi başlayır 10 Mart, 2026
  • Bu gün Novruzun üçüncü – Yel çərşənbəsidir 10 Mart, 2026
  • Pezeşkian İranın yeni ali rəhbəri barədə paylaşım edib 9 Mart, 2026
  • Azərbaycan və Türkiyə XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər 9 Mart, 2026
  • Azərbaycan MN: Türkiyə ərazisinə qarşı həyata keçirilmiş raket hücumunu qətiyyətlə pisləyirik 9 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.