Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Azərbaycanda kriptovalyuta qadağan oluna bilər?
  • Cəmiyyət

Azərbaycanda kriptovalyuta qadağan oluna bilər?

Rusiyanın Mərkəzi Bankı kriptovalyutadan istifadənin qadağan olunmasını təklif edib. Türkiyədə isə artıq kriptovalyutadan istifadə qadağan olunub. Bəs Azərbaycanda
Cavidan 29 Yanvar, 2022
Kripto-valyuta

Rusiyanın Mərkəzi Bankı kriptovalyutadan istifadənin qadağan olunmasını təklif edib. Türkiyədə isə artıq kriptovalyutadan istifadə qadağan olunub. Bəs Azərbaycanda kriptovalyuta ilə bağlı vəziyyət necədir?

Bu sahə üzrə ekspert Elnur Quliyev “Report”a bildirib ki, böyük ehtimalla Azərbaycanda da kriptovalyutadan istifadə qadağan olunacaq.

Ekspertin fikrincə, ölkələrdə kriptovalyutanın qadağan olunması yeni bir məsələ deyil. Belə ki, hər bir dövlət istəyir ki, ödəniş vasitəsi kimi öz milli valyutası işləsin.

“Adətən kriptovalyutanın qadağan olunması ilə digər əməliyyatlar da qadağan olunur. Digər əməliyyatlar deyəndə, kriptovalyutalardan ödəniş kimi istifadə olunması, ticarəti, pul köçürməsi və mayninqi, yəni kriprovalyutaların istehsal olunması da qadağan olunur.

Məlum məsələdir ki, Rusiyada bu alətlərin istifadəsinə münasibət konservativ idi. Türkiyədə isə ötən ilin sentyabr ayına qədər kriptovalyuta ilə əməliyyatlar aktiv olsa da, ölkədə Mərkəzi Bankın sədri dəyişəndən sonra münasibət dəyişildi və nəticədə kriptovalyuta əməliyyatları qadağan edildi.

Səbəb isə budur ki, Türkiyə rəqəmsal lirəni dövriyyəyə buraxmaq istəyir. Onların tutduğu yol Çin istiqamətidir. Necə ki, rəqəmsal yuan alternativ valyuta sayılır, eləcə də Türkiyədə digər rəqəmsal valyutaları dövriyyədən çıxartmaqla rəqəmsal lirə istifadəyə buraxılacaq”.

Ekspert Türkiyə və Rusiyadakı tənzimləmə mexanizmini çox önəmli və əhəmiyyəti hesab edir:

“Böyük ehtimal ki, onların təcrübəsindən bizim tənzimləyici orqanlar da istifadə edəcək. Biz ən yaxşı halda Türkiyə və Rusiyanın təcrübəsindən faydalanacağıq. Hazırda gözləmə mövqeyindəyik. Bizdə kriptovalyuta ilə bağlı nə qadağa var, nə də tənzimləmə mexanizmi hazırlanıb.

Qeyd edim ki, Rusiya ilə Türkiyədə kriptovalyutalar ilə bağlı belə konservativ yanaşmaların əsas məqsədi rəqəmsal valyutalar vasitəsilə ölkədən pul çıxarılmasının qarşısını almaqdır. Bu əməliyyatlar tənzimlənmədiyinə görə, pulların giriş və çıxışına nəzarət edilmir. Buna görə də onlara loyal münasibət yoxdur”.

Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) Monetar siyasət departamentinin direktoru Azər Ələsgərov “Report”a bildirib ki, Azərbaycanda kriptovalyuta haqqında dəqiqləşmiş informasiya yoxdur: “Sadəcə bir neçə məlumat saytlarında, informasiya portallarında yayılan xəbərlərə istinadən istifadəçilərin sayı haqqında fikir yarana bilir. Bu da kriptovalyutadan istifadənin aşağı səviyyədə olduğunu göstərir. Məlumdur ki, bu aşağı göstərici nə pul siyasətinə, nə də maliyyə təhlükəsizliyinə ciddi təsir göstərmir, təhlükə yaratmır”.

Mərkəzi Bankının sədri Elman Rüstəmov isə ölkəmizdə kriptovalyutanın geniş istifadə olunduğu ölkələrin banklarının fəaliyyətini izlənildiyini bildirdi: “Məlumdur ki, bizdə kriptolaşma səviyyəsi çox aşağıdır. Hazırda öyrənmək lazımdır, dünyada kriptolaşma nə dərəcədə maliyyə kötüyü yarada bilər, kapital axınları ilə bağlı hansı risklər var. Hələlik biz bu bazardan kifayət qədər təhdidlər görmürük”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Hakimin taksi sürücüsü tərəfindən döyülən atası vəfat etdi – Foto
Next: Mübariz Qurbanlının qardaşı oğlunun yerinə TƏYİNAT

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-06-25 174302
  • Cəmiyyət

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Cavidan 25 İyun, 2026
277a64f4-30a3-3c0v
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

Cavidan 25 İyun, 2026
CMST4L9dg3uCP1 v
  • Cəmiyyət

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 646)
  • Dünya (3. 418)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək Ekran şəkli 2026-06-25 174302 1
  • Cəmiyyət

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25 İyun, 2026
Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib Ekran şəkli 2026-06-25 171232 2
  • Dünya

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

25 İyun, 2026
İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib Ekran şəkli 2026-06-25 163725 3
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

25 İyun, 2026
“İntellektual gömrük” informasiya sistemi yaradılıb Ekran şəkli 2026-06-25 162317 4
  • Siyasət

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

25 İyun, 2026
TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb 277a64f4-30a3-3c0v 5
  • Cəmiyyət

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

25 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9646) Dünya (3418) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.