Skip to content
7 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 045)
  • Dünya (3. 251)
  • Gündəm (11. 357)
  • İdman (633)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (470)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 961)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Azərbaycanda kriptovalyuta qadağan oluna bilər?

Rusiyanın Mərkəzi Bankı kriptovalyutadan istifadənin qadağan olunmasını təklif edib. Türkiyədə isə artıq kriptovalyutadan istifadə qadağan olunub. Bəs Azərbaycanda
Cavidan 29 Yanvar, 2022

Rusiyanın Mərkəzi Bankı kriptovalyutadan istifadənin qadağan olunmasını təklif edib. Türkiyədə isə artıq kriptovalyutadan istifadə qadağan olunub. Bəs Azərbaycanda kriptovalyuta ilə bağlı vəziyyət necədir?

Bu sahə üzrə ekspert Elnur Quliyev “Report”a bildirib ki, böyük ehtimalla Azərbaycanda da kriptovalyutadan istifadə qadağan olunacaq.

Ekspertin fikrincə, ölkələrdə kriptovalyutanın qadağan olunması yeni bir məsələ deyil. Belə ki, hər bir dövlət istəyir ki, ödəniş vasitəsi kimi öz milli valyutası işləsin.

“Adətən kriptovalyutanın qadağan olunması ilə digər əməliyyatlar da qadağan olunur. Digər əməliyyatlar deyəndə, kriptovalyutalardan ödəniş kimi istifadə olunması, ticarəti, pul köçürməsi və mayninqi, yəni kriprovalyutaların istehsal olunması da qadağan olunur.

Məlum məsələdir ki, Rusiyada bu alətlərin istifadəsinə münasibət konservativ idi. Türkiyədə isə ötən ilin sentyabr ayına qədər kriptovalyuta ilə əməliyyatlar aktiv olsa da, ölkədə Mərkəzi Bankın sədri dəyişəndən sonra münasibət dəyişildi və nəticədə kriptovalyuta əməliyyatları qadağan edildi.

Səbəb isə budur ki, Türkiyə rəqəmsal lirəni dövriyyəyə buraxmaq istəyir. Onların tutduğu yol Çin istiqamətidir. Necə ki, rəqəmsal yuan alternativ valyuta sayılır, eləcə də Türkiyədə digər rəqəmsal valyutaları dövriyyədən çıxartmaqla rəqəmsal lirə istifadəyə buraxılacaq”.

Ekspert Türkiyə və Rusiyadakı tənzimləmə mexanizmini çox önəmli və əhəmiyyəti hesab edir:

“Böyük ehtimal ki, onların təcrübəsindən bizim tənzimləyici orqanlar da istifadə edəcək. Biz ən yaxşı halda Türkiyə və Rusiyanın təcrübəsindən faydalanacağıq. Hazırda gözləmə mövqeyindəyik. Bizdə kriptovalyuta ilə bağlı nə qadağa var, nə də tənzimləmə mexanizmi hazırlanıb.

Qeyd edim ki, Rusiya ilə Türkiyədə kriptovalyutalar ilə bağlı belə konservativ yanaşmaların əsas məqsədi rəqəmsal valyutalar vasitəsilə ölkədən pul çıxarılmasının qarşısını almaqdır. Bu əməliyyatlar tənzimlənmədiyinə görə, pulların giriş və çıxışına nəzarət edilmir. Buna görə də onlara loyal münasibət yoxdur”.

Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) Monetar siyasət departamentinin direktoru Azər Ələsgərov “Report”a bildirib ki, Azərbaycanda kriptovalyuta haqqında dəqiqləşmiş informasiya yoxdur: “Sadəcə bir neçə məlumat saytlarında, informasiya portallarında yayılan xəbərlərə istinadən istifadəçilərin sayı haqqında fikir yarana bilir. Bu da kriptovalyutadan istifadənin aşağı səviyyədə olduğunu göstərir. Məlumdur ki, bu aşağı göstərici nə pul siyasətinə, nə də maliyyə təhlükəsizliyinə ciddi təsir göstərmir, təhlükə yaratmır”.

Mərkəzi Bankının sədri Elman Rüstəmov isə ölkəmizdə kriptovalyutanın geniş istifadə olunduğu ölkələrin banklarının fəaliyyətini izlənildiyini bildirdi: “Məlumdur ki, bizdə kriptolaşma səviyyəsi çox aşağıdır. Hazırda öyrənmək lazımdır, dünyada kriptolaşma nə dərəcədə maliyyə kötüyü yarada bilər, kapital axınları ilə bağlı hansı risklər var. Hələlik biz bu bazardan kifayət qədər təhdidlər görmürük”.

Continue Reading

Previous: Hakimin taksi sürücüsü tərəfindən döyülən atası vəfat etdi – Foto
Next: Mübariz Qurbanlının qardaşı oğlunun yerinə TƏYİNAT

Bölmənin digər xəbərləri

Günün qoroskopu: Pul məsələlərində cəsarətli qərar vermək istəsəniz…
  • Cəmiyyət

Günün qoroskopu: Pul məsələlərində cəsarətli qərar vermək istəsəniz…

7 Mart, 2026
Havanın temperaturu 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ
  • Cəmiyyət

Havanın temperaturu 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

6 Mart, 2026
Ağsaqqallar Şurası İranın Azərbaycana dron hücumu ilə bağlı bəyanat yayıb
  • Cəmiyyət

Ağsaqqallar Şurası İranın Azərbaycana dron hücumu ilə bağlı bəyanat yayıb

6 Mart, 2026

Top 7 Xəbər

İsrail Ordusu İrandan yeni raket hücumu barədə məlumat yayıb 1

İsrail Ordusu İrandan yeni raket hücumu barədə məlumat yayıb

7 Mart, 2026
Günün qoroskopu: Pul məsələlərində cəsarətli qərar vermək istəsəniz… 2

Günün qoroskopu: Pul məsələlərində cəsarətli qərar vermək istəsəniz…

7 Mart, 2026
İsveç sahillərində Qvineya bayrağı altında üzən yük gəmisi saxlanılıb 3

İsveç sahillərində Qvineya bayrağı altında üzən yük gəmisi saxlanılıb

7 Mart, 2026
Havanın temperaturu 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ 4

Havanın temperaturu 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

6 Mart, 2026
Ağsaqqallar Şurası İranın Azərbaycana dron hücumu ilə bağlı bəyanat yayıb 5

Ağsaqqallar Şurası İranın Azərbaycana dron hücumu ilə bağlı bəyanat yayıb

6 Mart, 2026
Rəsmi Bakı: Qətər, Küveyt və Bəhreyndə qalan Azərbaycan vətəndaşları sabah Ciddədən təxliyə ediləcək 6

Rəsmi Bakı: Qətər, Küveyt və Bəhreyndə qalan Azərbaycan vətəndaşları sabah Ciddədən təxliyə ediləcək

6 Mart, 2026
Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğunun təxliyəsi ilə bağlı tapşırıq verilib 7

Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğunun təxliyəsi ilə bağlı tapşırıq verilib

6 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 045)
  • Dünya (3. 251)
  • Gündəm (11. 357)
  • İdman (633)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (470)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 961)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9045) Dünya (3251) Gündəm (11357) Kateqoriyasızlar (470) Kriminal (1345) Mədəniyyət (338) Siyasət (2961) Texnologiya (14) İdman (633) İqtisadiyyat (574)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İsrail Ordusu İrandan yeni raket hücumu barədə məlumat yayıb 7 Mart, 2026
  • Günün qoroskopu: Pul məsələlərində cəsarətli qərar vermək istəsəniz… 7 Mart, 2026
  • İsveç sahillərində Qvineya bayrağı altında üzən yük gəmisi saxlanılıb 7 Mart, 2026
  • Havanın temperaturu 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ 6 Mart, 2026
  • Ağsaqqallar Şurası İranın Azərbaycana dron hücumu ilə bağlı bəyanat yayıb 6 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.