Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilir.
İclasın gündəliyində Hesablama Palatasının auditorunun təyin edilməsi haqqında qərar layihəsi, o cümlədən “Aqrar sahə haqqında” və “Məhsul şəhadətnaməsi haqqında” yeni hazırlanmış qanun layihələrinin ilk oxunuşda müzakirəsi daxil olmaqla, ümumilikdə, 12 məsələ var.
İclasa Milli Məclisin spikeri Sahibə Qafarova sədrlik edir.
