Skip to content
23 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub
  • Cəmiyyət

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” Ümumdünya Sammiti çərçivəsində “Uşağın
Cavidan 22 Oktyabr, 2026
bv

Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” Ümumdünya Sammiti çərçivəsində “Uşağın gözü ilə dünya” sərgisi təşkil edilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 22-də sərgi ilə tanış olub.

Qeyd edək ki, sərgi Özbəkistanda ana və uşaq sağlamlığının qorunması, təhsil, reabilitasiya, inklüzivlik və uşaq hüquqlarının müdafiəsi sahələrində həyata keçirilən islahatlara həsr olunub.

Ekspozisiya uşağın doğulduğu andan müstəqil həyata qədəm qoymasına qədər inkişaf mərhələlərini əhatə edən 13 tematik bölmə və interaktiv zonadan ibarətdir. Burada erkən uşaqlıq dövründə sağlamlığın qorunması, ailələrə sosial dəstək, reabilitasiya xidmətləri, inklüziv təhsil və uşaqların hüquqlarının təmin olunması istiqamətində görülən işlər təqdim edilir.

Sonra Leyla Əliyeva İmam əl-Buxarinin memorial kompleksini ziyarət edib.

Leyla Əliyevaya İslam dünyasının görkəmli alimlərindən biri, hədis elminin ən nüfuzlu nümayəndələrindən olan İmam Məhəmməd ibn İsmayıl əl-Buxarinin (810–870) elmi irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılmış müasir kompleks barədə məlumat verilib.

Qeyd olunub ki, genişmiqyaslı yenidənqurma işlərindən sonra kompleks mühüm mənəvi-maarifləndirici və turizm mərkəzinə çevrilib. Burada zəvvarların və xarici turistlərin qəbulu, eləcə də İslamın mədəni və elmi irsinin öyrənilməsi üçün zəruri şərait yaradılıb.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Sonrakı: Etiraz aksiyalarını qadağan edəcəklər

Bölmənin digər xəbərləri

6adb637c0b6156adb637 b
  • Cəmiyyət

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Cavidan 23 Oktyabr, 2026
CcZ3VLj6BqWahnSV
  • Cəmiyyət

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Cavidan 23 Oktyabr, 2026
ZN8SEt6sxrb1bqZK3b
  • Cəmiyyət

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək – Xəbərdarlıq

Cavidan 23 Oktyabr, 2026

Teqlər

Agent A: A Puzzle in Disguise Aktiv yaddaş Android ani çap AnTuTu Apple AzInTelecom Bad Cheese Bee Birbank Business ChatGPT Cybersecurity Elektromobil Epic Games Store fotoaparat Fraud Detection Fujifilm geympad Google Chrome Instax Square 2 Microsoft Newsbeat OpenAI oyun Oyunlar PCI DSS Pul köçürmələri Qadcetlər Reytinq Roadster Rəqəmsal İmza sahibkarlar Science SheMatters Pakistan spacex Süni intellekt SİMA İmza Tesla Texnologiya World Xbox Xbox Nano Controller İlon Mask İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 337)
  • Dünya (1. 091)
  • Gündəm (3. 476)
  • İdman (253)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (241)
  • Kriminal (305)
  • Mədəniyyət (97)
  • Siyasət (444)
  • Texnologiya (27)

Xəbər Trendi

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb 6adb637c0b6156adb637 b 1
  • Cəmiyyət

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

23 Oktyabr, 2026
Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir CcZ3VLj6BqWahnSV 2
  • Cəmiyyət

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

23 Oktyabr, 2026
Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək – Xəbərdarlıq ZN8SEt6sxrb1bqZK3b 3
  • Cəmiyyət

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək – Xəbərdarlıq

23 Oktyabr, 2026
Salyanda avtoqəza olub, ölən və yaralananlar var ceb8ec9a-366c-316b-ve_1200 4
  • Gündəm

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

23 Oktyabr, 2026
MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək GHhYTK7Ev97V3cp5KNnxIv 5
  • Cəmiyyət

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

23 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3337) Dünya (1091) Gündəm (3476) Kateqoriyasızlar (241) Kriminal (305) Mədəniyyət (97) Siyasət (444) Texnologiya (27) İdman (253) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 1
  • 591
  • 359
  • 6. 453

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.