Skip to content
8 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq
  • Cəmiyyət

Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq

Bu gün Bakı və Abşeronun bəzi ərazilərinə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Bu barədə “Azərişıq” ASC məlumat
Cavidan 8 Oktyabr, 2026
SDITsJUkpGkUdlgfU2b

Bu gün Bakı və Abşeronun bəzi ərazilərinə elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 8-də paytaxtın və Abşeron rayonunun bir sıra ərazilərində elektrik təsərrüfatında təmir, yenidənqurma işləri aparılacaq.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Dadaş Bünyadzadə, Mirəli Seyidov, Nazim Hikmət, Tağı Şahbazi küçələri və İnşaatçılar prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Yeni Komplekt Transformator Məntəqəsinin (KTM) quraşdırılması işləri zamanı Səbail RETSİ-yə daxil olan Badamdar şosesinin bəzi ərazilərində, eləcə də 2-ci yaşayış massivi 2-ci dalanda saat 11:00-dan 16:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK-4” yarımstansiyasından qidalanan 6 kV-luq ikidövrəli “Binəqədi-1” və “Binəqədi-2” hava xəttləri üzrə naqillər yenilənəcək. Yenidənqurma işləri aparılarkən saat 10:00-dan 16:00-dək 10 May küçəsi və kənd Binəqədi yaşayış məntəqəsinin bir sıra yerlərində enerjinin verilişi məhdudlaşdırılacaq.

Abşeron RETSİ-yə daxil olan 110/35/10 kV-luq “Masazır” yarımstansiyasında yerinə yetiriləcək təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 15:00-dək rayonun Abşeron, Ağaxan Abdullayev, Akim Abbasov, Alı Mustafayev, İlyas Bayramov, İstiqlaliyyət, Qəzənfər Əlizadə, Mirvari Dilbazi, Mübariz İbrahimov, Rəşad Hüseynov, Rizvan Həşimov, Şıxəli Qurbanov, Turqud Xəlilbəyli küçələrini də əhatə edəcək.

Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Post navigation

Previous: Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
Next: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Bölmənin digər xəbərləri

vcrMyLIl9JHkUe b
  • Cəmiyyət

İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Cavidan 8 Oktyabr, 2026
  • Cəmiyyət

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Cavidan 7 Oktyabr, 2026
6ac6493822c4b
  • Cəmiyyət

Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib

Cavidan 7 Oktyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 233)
  • Dünya (1. 080)
  • Gündəm (3. 446)
  • İdman (244)
  • İqtisadiyyat (167)
  • Kateqoriyasızlar (231)
  • Kriminal (296)
  • Mədəniyyət (96)
  • Siyasət (433)
  • Texnologiya (15)

Xəbər Trendi

İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib vcrMyLIl9JHkUe b 1
  • Cəmiyyət

İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

8 Oktyabr, 2026
Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq SDITsJUkpGkUdlgfU2b 2
  • Cəmiyyət

Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq

8 Oktyabr, 2026
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib 3
  • Cəmiyyət

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

7 Oktyabr, 2026
Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib 6ac6493822c4b 4
  • Cəmiyyət

Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib

7 Oktyabr, 2026
Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib 6ac631f06658a6ac6b 5
  • Siyasət

Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib

7 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3233) Dünya (1080) Gündəm (3446) Kateqoriyasızlar (231) Kriminal (296) Mədəniyyət (96) Siyasət (433) Texnologiya (15) İdman (244) İqtisadiyyat (167)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.