Skip to content
7 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb
  • Cəmiyyət

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Yazılı və şifahi imtahan mərhələlərini uğurla başa vuran Vəkillər Kollegiyası (VK) üzvlüyünə 73 namizəd üçün oktyabrın 5-də Ədliyyə
Cavidan 5 Oktyabr, 2026
e4eBeXSoaSLJ0RXobv

Yazılı və şifahi imtahan mərhələlərini uğurla başa vuran Vəkillər Kollegiyası (VK) üzvlüyünə 73 namizəd üçün oktyabrın 5-də Ədliyyə Akademiyasında icbari təlimlər başlayıb.

Bu barədə kollegiyadan məlumat verilib.

Bildirilib ki, təlimin açılış mərasimində çıxış edən VK Rəyasət Heyətinin sədri Anar Bağırov namizədləri təbrik edərək, bu mərhələnin onların peşəkar formalaşmasında mühüm rol oynadığını bildirib.

Sədr qeyd edib ki, təlim proqramı nəzəri biliklərin möhkəmləndirilməsi, praktiki bacarıqların inkişafı və beynəlxalq təcrübənin öyrənilməsi məqsədi daşıyır.

Anar Bağırov vəkilliyə qəbul prosesinin şəffaf və obyektiv prinsiplər əsasında təşkil edildiyini, yazılı və şifahi imtahan mərhələlərində müvafiq nəzarət mexanizmlərinin tətbiq olunduğunu diqqətə çatdırıb.

Təlim iştirakçılarının tərkibinə toxunan sədr diqqətə çatdırıb ki, VK-dan 72, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasından isə 1 vəkilliyə namizəd iştirak edir. Bildirilib ki, iştirakçılardan 27-si qadın, 46-sı kişidir. Namizədlərin 90 faizi, yəni 66 nəfəri 40 yaşadək olan şəxslərdir ki, bu da vəkillik institutunun getdikcə gəncləşdiyini açıq şəkildə ortaya qoyur.

Təlim iştirakçılarının 94 faizi (69 nəfər) paytaxtdan, 6 faizi (4 nəfər) isə regionlardan müraciət edən şəxslərdir.

Namizədlər arasında gənclərin və qadınların əhəmiyyətli paya malik olduğunu bildirən Anar Bağırov bunun vəkillik institutunun inkişafı və cavanlaşması baxımından müsbət göstərici olduğunu deyib.

Eyni zamanda sədr son illərdə VK-da vəkillərin sayının artdığını, institusional islahatların, beynəlxalq əməkdaşlığın və elektron xidmətlərin genişləndirilməsinin davam etdirildiyini vurğulayıb. Həmçinin dövlət hesabına hüquqi yardımın genişləndirilməsi, xüsusilə regionlarda hüquqi xidmətlərin əlçatanlığının artırılması Kollegiyanın prioritet istiqamətlərindən biri olduğu nəzərə çatdırılıb.

Anar Bağırov Ədliyyə Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunan təlimlərin vəkil və vəkilliyə namizədlərin peşə hazırlığının gücləndirilməsinə xidmət etdiyini qeyd edib. Sədr təlimlərin təşkilinə göstərilən dəstəyə görə Ədliyyə Nazirliyinin və Ədliyyə Akademiyasının rəhbərliyinə təşəkkürünü ifadə edib.

Həmçinin Kollegiyanın maddi-texniki bazanın gücləndirilməsi və rəqəmsal xidmətlərin genişləndirilməsi istiqamətində görülən işlər barədə də məlumat verilib.

Sədr vəkillərin peşə etikası qaydalarına ciddi riayət etməsinin, keyfiyyətli hüquqi yardımı vicdanla və məsuliyyətlə göstərməsinin vacibliyini vurğulayaraq, etik pozuntulara və vəkillik institutunun nüfuzuna xələl gətirən davranışlara qarşı VK-nın prinsipial mövqe sərgilədiyini bildirib.

Anar Bağırov vəkillik institutunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran hədəflər barədə də danışaraq, Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının, eləcə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş mütərəqqi və sistemli dəyişikliklərin vəkillik sahəsində mühüm institusional islahatların həyata keçirilməsinə zəmin yaratdığını vurğulayıb.

Açılış mərasimi Anar Bağırovun “Müasir məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik” mövzusunda məruzəsi və ardınca keçirilən müzakirələr və sual-cavablarla davam edib.

Post navigation

Previous: Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib
Next: Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır

Bölmənin digər xəbərləri

zGG7RiOWochVUtJv
  • Cəmiyyət

Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb

Cavidan 6 Oktyabr, 2026
6ac4f1bef0c0d6ac4f1b
  • Cəmiyyət

Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib

Cavidan 6 Oktyabr, 2026
6ac38228a232b6ac38 V
  • Cəmiyyət

Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsi hazırlanıb

Cavidan 6 Oktyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 225)
  • Dünya (1. 077)
  • Gündəm (3. 443)
  • İdman (244)
  • İqtisadiyyat (167)
  • Kateqoriyasızlar (231)
  • Kriminal (295)
  • Mədəniyyət (96)
  • Siyasət (432)
  • Texnologiya (15)

Xəbər Trendi

Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb zGG7RiOWochVUtJv 1
  • Cəmiyyət

Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb

6 Oktyabr, 2026
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib 6ac4f1bef0c0d6ac4f1b 2
  • Cəmiyyət

Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib

6 Oktyabr, 2026
Azərbaycanın çoxvektorlu diplomatiyası – İlham Əliyevin yeni mesajları – ŞƏRH aF4NBW3l4t2elv 3
  • Gündəm

Azərbaycanın çoxvektorlu diplomatiyası – İlham Əliyevin yeni mesajları – ŞƏRH

6 Oktyabr, 2026
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb vcrMyLIl9JHkUewu0sAyb 4
  • Gündəm

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

6 Oktyabr, 2026
Hörmüz boğazında gəmiyə zərbə endirilib, 11 hindistanlı yaralanıb 6ac4dc215c85d6acb 5
  • Kateqoriyasızlar

Hörmüz boğazında gəmiyə zərbə endirilib, 11 hindistanlı yaralanıb

6 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3225) Dünya (1077) Gündəm (3443) Kateqoriyasızlar (231) Kriminal (295) Mədəniyyət (96) Siyasət (432) Texnologiya (15) İdman (244) İqtisadiyyat (167)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.