Skip to content
7 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Moldova Azərbaycan şirkətlərinin Aİ bazarına çıxışına dəstək verə bilər
  • Cəmiyyət
  • Gündəm

Moldova Azərbaycan şirkətlərinin Aİ bazarına çıxışına dəstək verə bilər

Moldova Azərbaycan şirkətlərinin, o cümlədən enerji sektorunda fəaliyyət göstərən müəssisələrin Avropa İttifaqı (Aİ) bazarına çıxışı üçün imkan yarada
Cavidan 2 Oktyabr, 2026
NHBgYkmVymb

Moldova Azərbaycan şirkətlərinin, o cümlədən enerji sektorunda fəaliyyət göstərən müəssisələrin Avropa İttifaqı (Aİ) bazarına çıxışı üçün imkan yarada bilər.

Bu barədə Moldovanın Baş naziri Vasile Tofan Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyevlə görüşündə bildirib.

Hökumət başçısı ikitərəfli münasibətlərin möhkəmləndirilməsinin, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib.

Görüşün vacib mövzularından biri energetika sahəsində əməkdaşlıq olub. Baş nazir Moldovanın Azərbaycan şirkətlərinin, o cümlədən energetika sektorunda fəaliyyət göstərən müəssisələrin Avropa bazarına çıxmasına kömək etməyə hazır olduğunu vurğulayıb.

“Moldova Azərbaycanı ölkəmizin mühüm tərəfdaşı və yaxşı dostu kimi qəbul edir. Biz Azərbaycanın son onilliklərdə əldə etdiyi dəyişikliklərə və inkişafa böyük hörmətlə yanaşırıq. Ölkələrimiz arasındakı münasibətləri bundan sonra da möhkəmləndirmək, investisiya əməkdaşlığını inkişaf etdirmək, birgə layihələr həyata keçirmək və iqtisadi əlaqələri genişləndirmək istəyirik”, – V.Tofan deyib.

O, həmçinin Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində, təbii qaz tədarükü mənbələri və marşrutlarının şaxələndirilməsində Azərbaycanın rolunu qeyd edib.

Tərəflər biznes dairələri arasında əlaqələrin gücləndirilməsi və Azərbaycan şirkətlərinin Moldovadakı inkişaf layihələrinə cəlb edilməsi daxil olmaqla, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Bundan əlavə, görüşdə mədəni əməkdaşlıq və iki ölkə xalqları arasında əlaqələrin möhkəmləndirilməsi müzakirə olunub. Tərəflər mədəni mübadilələrin davam etdirilməsinin, o cümlədən sənətçilərin və yaradıcı kollektivlərin Moldova və Azərbaycanda keçirilən festival, konsert və digər tədbirlərdə qarşılıqlı iştirakının vacibliyini qeyd ediblər.

Baş nazir iki ölkə arasındakı münasibətlərin möhkəm təmələ və gələcək inkişaf üçün əhəmiyyətli potensiala malik olduğunu vurğulayıb, həmçinin Moldova hökumətinin fəal siyasi dialoqda və konkret birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu ifadə edib.

Post navigation

Previous: Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirilib
Next: İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur

Bölmənin digər xəbərləri

  • Cəmiyyət

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Cavidan 7 Oktyabr, 2026
6ac6493822c4b
  • Cəmiyyət

Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib

Cavidan 7 Oktyabr, 2026
W90hILBh7wBZv
  • Dünya

Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

Cavidan 7 Oktyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 231)
  • Dünya (1. 080)
  • Gündəm (3. 446)
  • İdman (244)
  • İqtisadiyyat (167)
  • Kateqoriyasızlar (231)
  • Kriminal (296)
  • Mədəniyyət (96)
  • Siyasət (433)
  • Texnologiya (15)

Xəbər Trendi

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib 1
  • Cəmiyyət

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

7 Oktyabr, 2026
Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib 6ac6493822c4b 2
  • Cəmiyyət

Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib

7 Oktyabr, 2026
Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib 6ac631f06658a6ac6b 3
  • Siyasət

Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib

7 Oktyabr, 2026
Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib W90hILBh7wBZv 4
  • Dünya

Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

7 Oktyabr, 2026
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb idpKQkFomqg9EyPiM v v 5
  • Dünya

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

7 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3231) Dünya (1080) Gündəm (3446) Kateqoriyasızlar (231) Kriminal (296) Mədəniyyət (96) Siyasət (433) Texnologiya (15) İdman (244) İqtisadiyyat (167)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.