Skip to content
2 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • “Erməni xalqı bu tarixi məsuliyyəti düzgün qiymətləndirməlidir”
  • Cəmiyyət
  • Gündəm

“Erməni xalqı bu tarixi məsuliyyəti düzgün qiymətləndirməlidir”

“Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması mövzusunda keçirilən bu forum AQEM məkanında dialoqun, qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsi
Cavidan 1 Oktyabr, 2026
xelefff (1) V

“Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması mövzusunda keçirilən bu forum AQEM məkanında dialoqun, qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsi baxımından xüsusi aktuallıq və əhəmiyyət kəsb edir”.

Bunu Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM Media Forumunda deyib.

Onun sözlərinə görə, AQEM platformasında media sahəsi Azərbaycan sədrliyinin gündəliyində prioritet istiqamətlərdən birini təşkil edir:

“AQEM məkanında media sahəsində əməkdaşlığın genişləndirilməsi, peşəkar təcrübə mübadiləsi və dezinformasiyaya qarşı birgə səylərin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya dövrünü yaşayır. Geosiyasi gərginliyin artması, suverenlik və ərazi bütövlüyü də daxil olmaqla beynəlxalq hüququn əsas prinsiplərinin pozulması qlobal təhlükəsizlik sistemini ciddi sınağa çəkir.

Hazırkı dövrdə dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, münaqişələrin beynəlxalq hüquq əsasında sülh yolu ilə nizamlanmasına və dünyanın müxtəlif regionlarında davam edən qanlı müharibələrə son qoyulmasına yönəlmiş qarşılıqlı birgə fəaliyyət bəşəri əhəmiyyətli məqsədlərə xidmət edir”.

X.Xələfov bildirib ki, beynəlxalq hüquq ədalətli dünya nizamının qurulması və inkişafı üçün yeganə etibarlı təminat olaraq qalır:

“30 ildən çox Ermənistanın hərbi təcavüzünün ağır nəticələrindən əziyyət çəkən ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq bərpa edib və beləliklə, bu hərbi münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarlarının həyata keçirilməsini təmin edib.

İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq məhz Azərbaycan Prezidenti Ermənistan Respublikasına regionda davamlı sülh yaratmağı təklif edib və sülh prosesinin irəli aparılması üçün bütün real addımları atıb. 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyanat və sülh sazişinin paraflanması göstərdi ki, onilliklər boyu davam etmiş münaqişədən sonra belə etimad qurmaq mümkündür.

Bu gün çox vacibdir ki, Ermənistan Respublikası və erməni xalqı bu tarixi məsuliyyəti düzgün qiymətləndirsin və sülhün hüquqi öhdəliklər üzərindən təsbit olunması üçün bütün lazımi addımları atsın”.

Post navigation

Previous: İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Next: “Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk”

Bölmənin digər xəbərləri

Q4I1cOmL57pgNMmQ38mhAv
  • Gündəm

ABŞ və koalisiya qüvvələri İraqı tərk edir: uğurlar və hədəflər – ŞƏRH

Cavidan 1 Oktyabr, 2026
  • Cəmiyyət

Sabah Azərbaycanda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Cavidan 1 Oktyabr, 2026
vz6rFyW5I6YP3_1200
  • Cəmiyyət

TÜRKPA Baş katibi Qazaxıstan Qurultayının sədri ilə görüşüb

Cavidan 1 Oktyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 198)
  • Dünya (1. 068)
  • Gündəm (3. 424)
  • İdman (244)
  • İqtisadiyyat (167)
  • Kateqoriyasızlar (228)
  • Kriminal (291)
  • Mədəniyyət (96)
  • Siyasət (425)
  • Texnologiya (15)

Xəbər Trendi

ABŞ və koalisiya qüvvələri İraqı tərk edir: uğurlar və hədəflər – ŞƏRH Q4I1cOmL57pgNMmQ38mhAv 1
  • Gündəm

ABŞ və koalisiya qüvvələri İraqı tərk edir: uğurlar və hədəflər – ŞƏRH

1 Oktyabr, 2026
Sabah Azərbaycanda güclü külək əsəcək – XƏBƏRDARLIQ 2
  • Cəmiyyət

Sabah Azərbaycanda güclü külək əsəcək – XƏBƏRDARLIQ

1 Oktyabr, 2026
TÜRKPA Baş katibi Qazaxıstan Qurultayının sədri ilə görüşüb vz6rFyW5I6YP3_1200 3
  • Cəmiyyət

TÜRKPA Baş katibi Qazaxıstan Qurultayının sədri ilə görüşüb

1 Oktyabr, 2026
Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək – XƏBƏRDARLIQ 377fb741-90d7-B 4
  • Gündəm

Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək – XƏBƏRDARLIQ

1 Oktyabr, 2026
Lixtenşteynlə altıncı duel: Azərbaycan millisi əvvəlki 5 oyunun üçündə qalib gəlib Al4pZ99foJB0ia0cv 5
  • Gündəm

Lixtenşteynlə altıncı duel: Azərbaycan millisi əvvəlki 5 oyunun üçündə qalib gəlib

1 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3198) Dünya (1068) Gündəm (3424) Kateqoriyasızlar (228) Kriminal (291) Mədəniyyət (96) Siyasət (425) Texnologiya (15) İdman (244) İqtisadiyyat (167)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.