Skip to content
27 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir
  • Cəmiyyət

Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir

Cavidan 26 Sentyabr, 2026
v5U2Nb_1200

Son günlər Türkiyənin media məkanında, xüsusilə sosial media seqmentində əsassız, hüquqi, diplomatik və etik çərçivələrlə bir araya sığmayan, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə xələl gətirməyə və ictimai rəydə bu münasibətlərə dair mənfi təsəvvür formalaşdırmağa yönəlmiş paylaşımların, əsassız və qərəzli iddiaların kütləvi hal alması ictimaiyyətimizdə təbii narahatlıq doğurur.

Bu barədə Media və Yayım Şurası bəyanat yayıb.

Bildirilib ki, iki qardaş ölkənin münasibətlərinin yüksək səviyyəsi və qarşılıqlı etimad mühiti nəzərə alınmaqla, Azərbaycana qarşı qarayaxma kampaniyalarının müəyyən qısa fasilələrlə davamlı xarakter daşımasını, qərəzli iddiaların, dezinformasiyaların çox rahatlıqla yayılmasını və buna qarşı heç bir tədbir görülməməsi təəssüf doğuran və yolverilməz hal kimi qiymətləndirilir:

“Sözügedən paylaşımlar ayrı-ayrı şəxslərin təsadüfi təşəbbüsləri deyil, müəyyən əlaqələndirmə və vahid yanaşma əsasında həyata keçirilən, bəlli dairələr tərəfindən idarə olunan məqsədyönlü kampaniyanın tərkib hissəsidir. Bu kimi hallar hüquqi və etik çərçivələrə sığmamaqla yanaşı, Türkiyə Respublikasının qanunvericiliyinin tələblərinə də ziddir. Hesab edirik ki, digər müvafiq hallarda olduğu kimi, həssas yanaşma və qanunvericiliyin tələblərinin icrası Azərbaycana münasibətdə də özünü göstərməlidir”.

Vurğulanıb ki, Azərbaycan tərəfi Türkiyə mediasında və sosial media seqmentində baş verən prosesləri diqqətlə izləyir, qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən qarayaxma kampaniyasının təşkilatçıları və icraçılarının ölkəmizə girişinin məhdudlaşdırılması imkanının nəzərdən keçirilməsi istisna edilmir:

“İctimaiyyətimiz iki dövlət və xalq arasında formalaşmış tarixi, siyasi və mənəvi bağlılığa, qarşılıqlı etimada və strateji müttəfiqliyə xələl gətirmək istəyənlərə meydan verilməsini qəbuledilməz hal hesab edir və belə cəhdlərin qarşısının alınması istiqamətində əməli addımlar atılmasını gözləyir”.

Post navigation

Previous: İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

Bölmənin digər xəbərləri

vcrMyLv00 (1)
  • Cəmiyyət

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

Cavidan 26 Sentyabr, 2026
FVRODcW2DsUsFAFtt6 v
  • Cəmiyyət

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Cavidan 26 Sentyabr, 2026
9sljDBMLFOKs6u0xrJv
  • Cəmiyyət

AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb

Cavidan 26 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 171)
  • Dünya (1. 064)
  • Gündəm (3. 400)
  • İdman (242)
  • İqtisadiyyat (166)
  • Kateqoriyasızlar (225)
  • Kriminal (288)
  • Mədəniyyət (96)
  • Siyasət (420)
  • Texnologiya (15)

Xəbər Trendi

Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir v5U2Nb_1200 1
  • Cəmiyyət

Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir

26 Sentyabr, 2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar vcrMyLv00 (1) 2
  • Cəmiyyət

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Formula 1” üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

26 Sentyabr, 2026
Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb FVRODcW2DsUsFAFtt6 v 3
  • Cəmiyyət

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

26 Sentyabr, 2026
AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb 9sljDBMLFOKs6u0xrJv 4
  • Cəmiyyət

AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb

26 Sentyabr, 2026
Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu – YENİLƏNİB bJ_1200 5
  • İdman

Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu – YENİLƏNİB

26 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3171) Dünya (1064) Gündəm (3400) Kateqoriyasızlar (225) Kriminal (288) Mədəniyyət (96) Siyasət (420) Texnologiya (15) İdman (242) İqtisadiyyat (166)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.