Skip to content
24 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir
  • Cəmiyyət

DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir

Cavidan 23 Sentyabr, 2026
Screenshot_20260923_101640_com_android_chrome_ChromeTabbedActivity

Yol hərəkətində təhlükəsizliyin təmin olunması yalnız sürücülərin deyil, piyadaların da qaydalara ciddi əməl etməsini və məsuliyyətli davranmasını tələb edir.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYP) piyadalara müraciətində qeyd edilib.

Təəssüflə bildirilib ki, bəzi hallarda piyadaların yol şəraitini düzgün qiymətləndirmədən hərəkət hissəsinə çıxması, müəyyən edilməmiş yerlərdən keçməsi və diqqətsiz davranması ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir:

“Yolu keçərkən piyada keçidlərindən, yerüstü və yeraltı keçidlərdən istifadə edilməlidir. Piyada keçidinin mövcudluğu isə yolu dərhal keçmək üçün kifayət etmir. Hərəkətə başlamazdan əvvəl yaxınlaşan nəqliyyat vasitələrinin sürəti və məsafəsi düzgün qiymətləndirilməli, sürücünün piyadanı gördüyünə və təhlükəsiz keçid üçün şərait yarandığına əmin olunmalıdır”.

Vurğulanıb ki, xüsusilə nizamlanmayan piyada keçidlərində daha diqqətli davranmaq vacibdir:

“Nəqliyyat vasitəsinin qarşısına qəfil çıxmaq, məhdud görünmə şəraitində yolu keçmək və avtomobilin dərhal dayanacağına arxayın olmaq ciddi təhlükə yaradır. Üstünlük hüququ heç bir halda ehtiyat tədbirlərini nəzərə almadan hərəkət etməyə əsas vermir.

Yolu keçərkən mobil telefondan, qulaqcıqdan və diqqəti yayındıran digər vasitələrdən istifadə etmək təhlükəni daha da artırır. Bir neçə saniyəlik diqqətsizlik ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər”.

Post navigation

Previous: Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Next: İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib

Bölmənin digər xəbərləri

WzxDMBPtbsBrfauqaV n
  • Cəmiyyət

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Cavidan 23 Sentyabr, 2026
O0X48RiIwWrbbm v
  • Cəmiyyət

Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur

Cavidan 23 Sentyabr, 2026
Screenshot_20260922_161425_com_android_chrome_ChromeTabbedActivity
  • Cəmiyyət

“Xocəsən” və “Avtovağzal” metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Cavidan 22 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 149)
  • Dünya (1. 061)
  • Gündəm (3. 382)
  • İdman (238)
  • İqtisadiyyat (164)
  • Kateqoriyasızlar (225)
  • Kriminal (288)
  • Mədəniyyət (96)
  • Siyasət (416)
  • Texnologiya (15)

Xəbər Trendi

Azərbaycanın yeni sənaye modelinin konturları – TƏHLİL 1
  • Siyasət

Azərbaycanın yeni sənaye modelinin konturları – TƏHLİL

23 Sentyabr, 2026
Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib NaCoBcTTb1ojBrUi v 2
  • Kateqoriyasızlar

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

23 Sentyabr, 2026
Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb WzxDMBPtbsBrfauqaV n 3
  • Cəmiyyət

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

23 Sentyabr, 2026
Bəzi bölgələrə yağış yağacaq – XƏBƏRDARLIQ 9104b958-1e v 4
  • Kateqoriyasızlar

Bəzi bölgələrə yağış yağacaq – XƏBƏRDARLIQ

23 Sentyabr, 2026
Şarl Lekler: “Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir” JiaYeWJ29JQjAtfF v 5
  • İdman

Şarl Lekler: “Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir”

23 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3149) Dünya (1061) Gündəm (3382) Kateqoriyasızlar (225) Kriminal (288) Mədəniyyət (96) Siyasət (416) Texnologiya (15) İdman (238) İqtisadiyyat (164)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.