Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Bahalaşmanın günahkarı: rəsmilər xaricə işarə edir, qeyri-rəsmilər daxilə – NƏ BAŞ VERİR?
  • Cəmiyyət

Bahalaşmanın günahkarı: rəsmilər xaricə işarə edir, qeyri-rəsmilər daxilə – NƏ BAŞ VERİR?

[center][img]http://azadmedia.az/uploads/posts/2022-01/1643259807_1643259446_0001.jpg[/img][/center]Yanvarın 18-də Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi və bu sahədə qarşıda duran vəzifələrə
Cavidan 27 Yanvar, 2022
1643259446_0001

[center][img]http://azadmedia.az/uploads/posts/2022-01/1643259807_1643259446_0001.jpg[/img][/center]
Yanvarın 18-də Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi və bu sahədə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Orada qiymət artımı ilə mübarizə tədbirləri və digər məsələlər müzakirə olunub.

Əsədov çıxışında ötən ildə də sosial-iqtisadi inkişaf meyllərinin davam etdirildiyini və pandemiyanın respublika iqtisadiyyatına mənfi təsirinin minimuma endirildiyini deyib. İclasda qlobal qiymət artımına səbəb olan amillər, o cümlədən iqlim dəyişikliyi, tələb-təklif balansının pozulması, nəqliyyat və logistika xərclərinin artması və enerji daşıyıcılarının qiymətinin qalxması sadalanıb.

Hökumət inflyasiyanın səbəbi kimi bir daha qlobal qiymət meyllərini göstərib. Rəy belədir: dünyada ərzaq məhsullarının qiymətinin artması nəticəsində Azərbaycanın əsas ticarət tərəfdaşları da daxil olmaqla, əksər ölkələrdə inflyasiya təzyiqi artıb. Bu, əsasən idxal olunan məhsulların qiymətinin bahalaşdığı Azərbaycanda da özünü göstərib.

Maraqlıdır ki, bu fonda Mərkəzi Bankın məlumatına görə, ötən il orta illik inflyasiya cəmi 6,7 faiz təşkil edib. Göstərici tənzimləyicinin hədəf diapazonundan kənara çıxsa da, olduqca az görünür.

Bununla belə, Azərbaycan Təhlil və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı da bir neçə gün əvvəl idxal edilən qiymət artımının mahiyyətini şərh edib: “Biz inflyasiyanı idxal etmişik, yəni yaşadığımız idxal olunan malların qiymətlərinin artması və Azərbaycana xeyli valyuta axını nəticəsində yaranan inflyasiyadır. Azərbaycanın ticarət dövriyyəsinin müsbət saldosu milli valyutanın sabitliyini dəstəkləyir. Qiymət artımının qarşısının alınması dünya iqtisadiyyatının, eləcə də Azərbaycanın aktual vəzifələrindən biridir”.

Hökumətin məlumatına görə, ötən il Azərbaycanda inflyasiyanın təxminən 60%-i ərzaq məhsullarının bahalaşması hesabına formalaşıb. O da bildirilir ki, son bir ildə 2,1 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulları və ümumilikdə ərzaq məhsulları idxal edilib ki, bu da bütün idxalın 18%-ni təşkil edir.

Müstəqil iqtisadçılar isə inflyasiyanın səbəbləri ilə bağlı fərqli fikirdədirlər. İqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya şərhində, qlobal qiymət artımının əhəmiyyətini azaltmadan deyib ki, qaz, işıq, su və yanacaq üçün dövlət tariflərinin bahalaşması qiymətləri artırıb: “Bundan başqa, ölkədə dövlət tərəfindən tənzimlənən rüsumlar qalxıb ki, bu da qiymətlərin artmasına səbəb olur. İstehlakçı inflyasiyası ikirəqəmli həddə çatıb və Mərkəzi Bankın müəyyən etdiyi plankadan bir neçə dəfə yüksəkdir”.

Öz növbəsində iqtisadçı ekspert Nemət Əliyev də AYNA-ya ölkədəki bahalaşmanın təkcə xarici amillərlə bağlı olmadığını bildirib: “Mənə maraqlıdır: belə olan halda bizim qeyri-neft ixracımız niyə ötən il cəmi 7,7% bahalaşıb? Hökumət rəsmilərinin dediyinə görə, xarici bazarlarda ərzaq inflyasiyası daha da ağır olub. Bu məntiqlə ixracatçılarımız da məhsullarını 30-40% baha satmalı idilər, amma nədənsə bu, baş vermədi”.

“Bu, o deməkdirmi ki, ixrac qiymətləri düzgün hesablanmır? Bundan əlavə, gömrükdə idxalın qiymətinin 21% bahalaşmasının xarici bazarlarda gedən proseslərlə bağlı olduğu bildirilir. Belə olan halda izah etmək lazım gələcək ki, niyə bizim mallar bundan dəfələrlə ucuz ixrac olunur?”, – deyə mütəxəssis sual edib.

Bunun üçün xüsusi yaradılmış işçi komissiyasının ona işlənib hazırlanması həvalə edilmiş “İnflyasiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında” tədbirlər planına gəlincə, N.Əliyevi əvvəllər qeyd olunan istiqamətdə işlərin niyə aparılmadığı sualı da maraqlandırır: “Axı, 7-8 il əvvəl hökumət buğda ilə özümüzü təmin etməyi yüz faizə çatdırmaq planlarını açıqlamışdı”.

Amma iqtisadçı ekspert Eldəniz Əmirov əmindir ki, dövlət tədbirləri süni qiymət artımının qarşısının alınmasına yönəlib. “Son on ildə dünya bazarlarında pik qiymət tendensiyaları müşahidə olunur və bu, vəziyyətdən istifadə edərək öz qiymətlərini əvvəlkindən də yuxarı, hətta inflaysiyaya görə formalaşan qiymətlərdən də yuxarı qaldıran biznesə əlavə imkanlar yaradır”, – deyə o, AYNA-ya şərhində söyləyib.

Əlavə edib ki, idxaldan asılı olduğumuz üçün idxal rüsumlarının aşağı salınması və inzibati tədbirlərlə süni qiymət artımının qarşısının alınması məqsədəuyğun olardı.

AYNA

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Xeyli tələbə bu qərardan ciddi şəkildə əziyyət çəkəcək” – ekspert
Next: Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞDI

Bölmənin digər xəbərləri

1782307156_thumb v
  • Cəmiyyət

600 bal toplayanların ən çoxu I qrupdadır

Cavidan 25 İyun, 2026
6a3bde15110926a3bde15 v
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

Cavidan 24 İyun, 2026
1782298572_888V
  • Cəmiyyət

İlham Əliyev Numan Kurtulmuşu qəbul edib

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 642)
  • Dünya (3. 417)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

600 bal toplayanların ən çoxu I qrupdadır 1782307156_thumb v 1
  • Cəmiyyət

600 bal toplayanların ən çoxu I qrupdadır

25 İyun, 2026
Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb s1LvCOTdpb v 2
  • Kriminal

Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb

25 İyun, 2026
Dünya bazarlarında “WTI” neftinin qiyməti 70 dollardan aşağı enib 6a3cb1706cada6a v 3
  • İqtisadiyyat

Dünya bazarlarında “WTI” neftinin qiyməti 70 dollardan aşağı enib

25 İyun, 2026
Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb 6a3bde15110926a3bde15 v 4
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

24 İyun, 2026
Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib 1782306181 b 5
  • Kriminal

Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib

24 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9642) Dünya (3417) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.