Skip to content
4 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr
  • Cəmiyyət

BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr

Tarixdə bu gün baş vermiş mühüm hadisələr: 1. 4 sentyabr 476-cı il tarixində Qərbi Roma imperiyası cermenlər tərəfindən
Cavidan 4 Sentyabr, 2026
1788441636_ v

Tarixdə bu gün baş vermiş mühüm hadisələr:

1. 4 sentyabr 476-cı il tarixində Qərbi Roma imperiyası cermenlər tərəfindən məhv edildi. 

2. 1682-ci ilin 4 senyabr günü ingilis astronom Edmond Halley daha sonra öz adı qoyulan quyruqlu ulduzun keçid müddətini dəqiq olaraq 76 il olaraq hesabladığını dünyaya elan etdi.

3. 4 sentyabr 1919-cu ildə Mustafa Kamal Paşanın açılış nitqilə Sivas konqresinin fəaliyyətlərinə başlandı. Konqres Anadolunun işğalına qarşı Anadolu və Rumeli Müdafaa-i Hüquq Cəmiyyətinin qurulmasına və 15 nəfərlik Təmsil Heyətinin təşkil edilməsinə qərar verdi. Təmsil Heyətinin rəhbərliyinə isə Mustafa Kamal Paşa seçildi.

4. 1957-ci ilin 4 sentyabr tarixində ABŞ-ın Arkansas valisi qara dərili tələbələrin Mərkəzi liseyə qeyd olmasına mane olmaq üçün Milli gözətçiləri vəzifəyə çağırdı. Hadisə ABŞ-ın irqçiliqlə mübarizə tarixində “Little Rock” böhranı adı ilə yer aldı.

5. 4 sentyabr 1957-ci ildə TU-104 markalı reaktiv təyyarə ilə ilk Moskva – Nyu-York aviareysi həyata keçirilib.

6. 4 sentyabr 1971-ci ildə Alyaska hava yollarına məxsus sərnişin təyyarə Alyaska Juneau yaxınlığına düşdü və 111 nəfər həlak oldu.

7. 4 sentyabr 1975-ci ildə “Çto? Qde? Koqda?” verilişinin ilk televiziya buraxılışı olub. Oyun tanınmış televiziya xadimi Vladimir Voroşilov və onun həyat yoldaşı Nataliya Stetsenko tərəfindən yaradılıb. “Çto? Qde? Koqda?” oyunu Azərbaycanda da geniş yayılıb. Ölkədə mütəmadi olaraq Azərbaycan çempionatı və beynəlxalq yarışlar təşkil edilir. Oyun üzrə ilk üç Dünya çempionatı və Millətlər Kuboku məhz Bakıda keçirilib.

8. 1988-ci ilin 4 sentyabr tarixində Bənqladeşdə baş verən sel fəlakətində 300 nəfər öldü, 20 milyon insan evsiz qaldı.

9. 4 sentyabr 1998-ci ildə “Google” şirkətinin əsası qoyulub. “Google”un tarixi 1996-cı ilin yanvarından başlayır. Həmin il Kaliforniyadakı Stenford Universitetinin doktoranturasında təhsil alan tələbələr Larry Page və Sergey Brin tərəfindən tədqiqat layihəsi çərçivəsində axtarış saytı hazırlanıb.

Ənənəvi axtarış sistemləri axtarılan sözlərin hansı saytda neçə dəfə işlədilməsini əsas götürürdüsə, yeni axtarış sistemi saytlar arasındakı əlaqəni analiz edirdi.

Məqsəd böyük məlumat şəbəkəsi olan internetdə axtarılanları daha asan tapmaq idi. Tələbələr bunun üçün yeni bir texnologiya yaratdılar və qısa zamanda populyarlıq qazandı.

10. 2009-cu ilin 4 sentyabr günü Əfqanistanın şimalındakı Qunduz vilayətində NATO təyyarələri tərəfindən Talibanın oğurladığı irəli sürülən neft tankərlərinə qarşı edilən hava hücumu nəticəsində 90 nəfər həyatını itirdi.

4 sentyabrda bu şəxsiyyətlər xatırlanır:

1. 4 sentyabr 973-ci ildə Orta əsr ensiklopediyaçı alimi, tarix, coğrafiya, ədəbiyyat, astronomiya, riyaziyyat üzrə əsərlərin müəllifi Biruni (Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni) Xarəzm vilayətinin Kət şəhərində doğulub.

2. 4 sentyabr 1063-cü ildə Böyük Səlcuqlu imperiyasının banisi Toğrul bəy İranın Rəy şəhərində 73 yaşında dünyasını dəyişdi.

3. Azərbaycan baş leytenantı,Milli Qəhrəman Fəxrəddin Nəcəfov 4 sentyabr 1992-ci ildə şəhid olub.

4. 2003-cü ilin bu günündə Xalq yazıçısı, ədəbiyyatşünas, ictimai xadim Əzizə Cəfərzadə vəfat edib (1921-2003). Əzizə xanım tarixi mövzuda yazılmış bir sıra əsərlərin müəllifidir.(Bizim.Media)

Post navigation

Previous: Bu gün Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
Next: İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

Bölmənin digər xəbərləri

Снимок экрана 2026-09-04 140616
  • Cəmiyyət

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Cavidan 4 Sentyabr, 2026
Снимок экрана 2026-09-04 125859
  • Cəmiyyət

Şənbə günü 35 dərəcə isti olacaq

Cavidan 4 Sentyabr, 2026
ukrayna-1__1___2_v
  • Cəmiyyət

Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu – Ölkəyə gətiriləcək

Cavidan 4 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 072)
  • Dünya (1. 049)
  • Gündəm (3. 345)
  • İdman (230)
  • İqtisadiyyat (158)
  • Kateqoriyasızlar (203)
  • Kriminal (280)
  • Mədəniyyət (94)
  • Siyasət (408)
  • Texnologiya (15)

Xəbər Trendi

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib Снимок экрана 2026-09-04 154310 1
  • Siyasət

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

4 Sentyabr, 2026
Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir Снимок экрана 2026-09-04 150941 2
  • Mədəniyyət

Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir

4 Sentyabr, 2026
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi – Bu cəza verildi Снимок экрана 2026-09-04 144051 3
  • Kriminal

Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi – Bu cəza verildi

4 Sentyabr, 2026
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq Снимок экрана 2026-09-04 140616 4
  • Cəmiyyət

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

4 Sentyabr, 2026
Şənbə günü 35 dərəcə isti olacaq Снимок экрана 2026-09-04 125859 5
  • Cəmiyyət

Şənbə günü 35 dərəcə isti olacaq

4 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3072) Dünya (1049) Gündəm (3345) Kateqoriyasızlar (203) Kriminal (280) Mədəniyyət (94) Siyasət (408) Texnologiya (15) İdman (230) İqtisadiyyat (158)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.