Skip to content
21 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib
  • Cəmiyyət
  • Gündəm

Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib

3 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının Prezidenti Pere
Cavidan 3 Sentyabr, 2026
6a9951b32a9c26a v

3 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının Prezidenti Pere Xuan Pons Sampietro ilə görüşüb.

XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq gündəliyində duran məsələlər, ATƏT məkanında mövcud təhlükəsizlik çağırışları, regionda vəziyyət, habelə Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın ATƏT Parlament Assambleyası ilə əməkdaşlığa əhəmiyyət verdiyini, parlamentlərarası dialoqun ATƏT məkanında qarşılıqlı anlaşmanın, etimadın və əməkdaşlığın təşviqində mühüm rol oynadığını qeyd edib. Bu çərçivədə, Azərbaycan Milli Məclisinin ATƏT PA çərçivəsində fəaliyyəti, qarşılıqlı səfərlər və müxtəlif səviyyələrdə keçirilən görüşlərin əlaqələrin inkişafına verdiyi töhfə vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın regionda sülhün və sabitliyin təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər barədə qarşı tərəfə məlumat verib. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişlər və sülh gündəliyinin irəli aparılması ilə bağlı Azərbaycanın mövqeyi diqqətə çatdırılıb.

Digər məsələlərlə yanaşı, postmünaqişə dövründə bölgədə mövcud olan humanitar məsələlərə toxunan nazir Ceyhun Bayramov mina təhdidinin hələ də Azərbaycan üçün ciddi təhlükə olaraq qaldığını bildirib. Mina partlayışlarının insan həyatı üçün yaratdığı təhlükə ilə yanaşı, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına və regional inkişaf prosesinə mane olduğu qeyd edilib.

Nazir, həmçinin itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinin müəyyənləşdirilməsinin mühüm humanitar məsələ olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanın regional və daha geniş beynəlxalq enerji təhlükəsizliyinə töhfəsi barədə də fikir mübadiləsi aparılıb. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol, enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsi istiqamətində həyata keçirilən layihələr, habelə yaşıl enerji sahəsində təşəbbüslər barədə məlumat verilib.

Azərbaycanın nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkə kimi regional bağlantıların inkişafına verdiyi töhfə qeyd olunub. Orta Dəhlizin inkişafı, Xəzər üzərindən Avropa ilə Mərkəzi Asiyanı birləşdirən nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, eləcə də regional kommunikasiyaların açılmasının sülh, sabitlik və iqtisadi inkişaf baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin Azərbaycanın Orta Asiya ölkələri ilə strateji tərəfdaşlığının inkişaf edən dinamikasına da toxunulub. C5 formatının C6 formatına transformasiyasının əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd edilib.

Görüşdə, həmçinin ATƏT məkanında mövcud çağırışlar və qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb
Sonrakı: LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib

Bölmənin digər xəbərləri

192d69e8-2e1b-b
  • Cəmiyyət

Sabah İmişli, Saatlı, Sabirabad və Şirvanın bəzi ərazilərində qaz kəsiləcək

Cavidan 21 Oktyabr, 2026
6ad8311f31ff86ad8311f v
  • Cəmiyyət

Paytaxtın bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq

Cavidan 21 Oktyabr, 2026
6cfa4b76-74f1-39d8-a59v
  • Cəmiyyət

Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır – Sərəncam

Cavidan 20 Oktyabr, 2026

Teqlər

Aktiv yaddaş Android ani çap AnTuTu Apple AzInTelecom bazar Birbank biznes Business Counterpoint Research Cyberpunk Edgerunners Elektromobil Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Meta Microsoft Muse Wonder Netflix Newsbeat oyun Planşetlər Reytinq Rəqəmsal İmza sahibkarlar Samsung Science smartfon spacex Süni intellekt SİMA İmza Texnologiya World Xbox Xbox Nano Controller İlon Mask

Bölmələr

  • Cəmiyyət (3. 317)
  • Dünya (1. 086)
  • Gündəm (3. 469)
  • İdman (252)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (239)
  • Kriminal (302)
  • Mədəniyyət (97)
  • Siyasət (441)
  • Texnologiya (21)

Xəbər Trendi

Sabah İmişli, Saatlı, Sabirabad və Şirvanın bəzi ərazilərində qaz kəsiləcək 192d69e8-2e1b-b 1
  • Cəmiyyət

Sabah İmişli, Saatlı, Sabirabad və Şirvanın bəzi ərazilərində qaz kəsiləcək

21 Oktyabr, 2026
Paytaxtın bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 6ad8311f31ff86ad8311f v 2
  • Cəmiyyət

Paytaxtın bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq

21 Oktyabr, 2026
Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır – Sərəncam 6cfa4b76-74f1-39d8-a59v 3
  • Cəmiyyət

Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır – Sərəncam

20 Oktyabr, 2026
Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər b590bf4d-9 bv 4
  • Dünya

Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər

20 Oktyabr, 2026
Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib lITSowGHWFnDR99o V 5
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib

20 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3317) Dünya (1086) Gündəm (3469) Kateqoriyasızlar (239) Kriminal (302) Mədəniyyət (97) Siyasət (441) Texnologiya (21) İdman (252) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 6
  • 134
  • 114
  • 4. 929

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.