Skip to content
3 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Cavidan 2 Sentyabr, 2026
Screenshot 2026-09-02 154935

İsraildə media turunda iştirak edən azərbaycanlı jurnalistlər ölkənin şimalında, Yuxarı Qalileya dağlarında yerləşən Hurfeiş druz şəhərinə səfər ediblər.

APA-nın İsrailə ezam olunmuş müxbiri xəbər verir ki, səfər çərçivəsində jurnalistlər İsraildə Druz icmasının nümayəndəsi, Universal Sülh Şurası İnsan Hüquqları Təşkilatının sədri Şeyx doktor Kasem Bader ilə görüşüblər.

Görüş zamanı Bader İsraildə və regionun digər ölkələrində yaşayan druz icmalarının vəziyyəti, onların qarşılaşdığı çətinliklər və icmalar arasında əlaqələr barədə məlumat verib.

O bildirib ki, druzlar Suriya, Livan, İsrail və İordaniyada yaşayırlar və uzun illər ərzində bu ölkələr arasındakı siyasi vəziyyət və sərhəd məhdudiyyətləri səbəbindən ailə üzvləri və qohumları ilə görüşmək imkanından məhrum olublar.

Şeyx Kasem Baderin sözlərinə görə, Suriya və Livanla sərhədlərin bağlı olması druz icmaları arasında əlaqələrin qurulmasına ciddi maneə yaradır. O qeyd edib ki, İordaniya ilə sülh sazişindən sonra müəyyən imkanlar yaranıb, lakin Suriya və Livandakı vəziyyət druzların bir-biri ilə əlaqələrinə hələ də təsir edir.

Bader həmçinin druzların Yaxın Şərqdə azlıq icması kimi üzləşdiyi problemlərdən danışaraq, regionda sülh və sabitliyin təmin olunmasının icmaların gələcəyi baxımından mühüm olduğunu vurğulayıb.

Görüş zamanı jurnalistlər druzların tarixi, mədəniyyəti, dini ənənələri və İsrail cəmiyyətindəki rolu barədə də məlumat əldə ediblər.

Qeyd edək ki, druzlar Yaxın Şərqdə əsasən İsrail, Suriya, Livan və İordaniyada yaşayan, özünəməxsus dini və mədəni ənənələrə malik ərəb dilli icmadır. Druzlar özlərini ayrıca dini icma hesab edir və dini inanclarını qapalı icma daxilində qoruyurlar. İsraildə druzlar ölkənin sosial və ictimai həyatında fəal iştirak edir, o cümlədən İsrail Müdafiə Qüvvələrində xidmət edirlər.

Post navigation

Previous: Maqsud Adıgözəlov: “Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq
Next: Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Bölmənin digər xəbərləri

qvna8UQhl5qo v
  • Gündəm

“Sabah”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Vikinq” 3 futbolçu ilə müqavilə bağlayıb

Cavidan 3 Sentyabr, 2026
95fbd5d9-49f9-3a V
  • Cəmiyyət

Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq

Cavidan 3 Sentyabr, 2026
Screenshot 2026-09-02 175950
  • Cəmiyyət

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Cavidan 2 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 059)
  • Dünya (1. 046)
  • Gündəm (3. 340)
  • İdman (229)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (203)
  • Kriminal (278)
  • Mədəniyyət (93)
  • Siyasət (406)
  • Texnologiya (15)

Xəbər Trendi

“Sabah”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Vikinq” 3 futbolçu ilə müqavilə bağlayıb qvna8UQhl5qo v 1
  • Gündəm

“Sabah”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Vikinq” 3 futbolçu ilə müqavilə bağlayıb

3 Sentyabr, 2026
Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq 95fbd5d9-49f9-3a V 2
  • Cəmiyyət

Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq

3 Sentyabr, 2026
Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq Screenshot 2026-09-02 175950 3
  • Cəmiyyət

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

2 Sentyabr, 2026
“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb Screenshot 2026-09-02 173301 4
  • Cəmiyyət

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

2 Sentyabr, 2026
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər Screenshot 2026-09-02 161831 5
  • Dünya

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

2 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3059) Dünya (1046) Gündəm (3340) Kateqoriyasızlar (203) Kriminal (278) Mədəniyyət (93) Siyasət (406) Texnologiya (15) İdman (229) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.