Skip to content
14 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Ali Məhkəmə podrat müqavilələri üzrə məhkəmə təcrübəsinə aydınlıq gətirib
  • Cəmiyyət

Ali Məhkəmə podrat müqavilələri üzrə məhkəmə təcrübəsinə aydınlıq gətirib

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu podrat müqavilələrindən irəli gələn mübahisələr üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə yeni
Cavidan 27 Avqust, 2026
401446_86yhrmq0i3

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu podrat müqavilələrindən irəli gələn mübahisələr üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə yeni qərar qəbul edib.

Bu barədə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, qərarda podrat müqaviləsinin hüquqi mahiyyəti, kommersiya subyektlərinə münasibətdə podrat müqaviləsinin forma tələbləri və “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri, müqavilə tərəflərinin hüquqları və öhdəlikləri ətraflı izah olunub. Bu hüquqi mövqelər həm sahibkarlar, həm dövlət qurumları, həm də vətəndaşlar üçün müqavilə münasibətlərinin daha təhlükəsiz və hüquqi baxımdan müəyyən şəkildə qurulmasına xidmət edir.

Podrat müqaviləsi nədir?

Podrat müqaviləsi podratçının müqavilədə nəzərdə tutulan işi icra etmək, sifarişçinin isə bunun müqabilində razılaşdırılmış haqq (muzd) ödəmək öhdəliyini nəzərdə tutan müqavilədir. Podrat müqaviləsinin predmetini podratçı tərəfindən müəyyən bir işin görülməsi və həmin işin nəticəsinin sifarişçiyə təhvil verilməsi təşkil edir.

Podrat müqaviləsi ilə xidmət müqaviləsinin fərqi

Plenum qərarında göstərilir ki, podrat və xidmət müqavilələri fərqli hüquqi nəticələr doğuran müstəqil müqavilə növləridir. Təcrübədə bu münasibətlərin qarışdırılması tərəflərin hüquq və vəzifələrinin, məsuliyyətinin və tətbiq edilməli hüquq normalarının yanlış müəyyənləşdirilməsinə səbəb ola bilər. Buna görə müqavilənin hüquqi təbiəti yalnız onun adına görə deyil, faktiki məzmunu, tərəflərin öhdəliklərinin xarakteri və əldə edilməli nəticənin mahiyyəti nəzərə alınmaqla müəyyən edilməlidir.

Podrat müqaviləsində əsas məqsəd gözlə görünən və ya maddiləşə bilən (o cümlədən elektron formada təqdim olunan) konkret nəticənin əldə edilməsidir. Məsələn, daşınmaz əmlak tikilir və ya təmir olunur, yol çəkilir, avadanlıq quraşdırılır, kompüter proqramı hazırlanır və s. İcraçının məsuliyyəti də həmin nəticənin keyfiyyəti ilə bağlıdır.

Xidmətlərin göstərilməsi isə maddiləşə bilən nəticə yaratmadan, sifarişçiyə fayda və ya kömək göstərən fəaliyyətdir. Onun məqsədini həmin fəaliyyətin özü təşkil edir. Məsələn, mühafizə və ya təmizlik xidməti, hüquqi və ya mühasibatlıq xidməti, tədris xidməti və s. Xidmət göstərən şəxs konkret nəticənin əldə olunmasına zəmanət vermir. Onun məsuliyyəti podrat münasibətlərindən fərqli olaraq nəticənin keyfiyyəti ilə deyil, fəaliyyətin özünün lazımi qaydada və vicdanla icrası ilə bağlı olur.

Podrat müqaviləsi hansı formada bağlanmalıdır?

Mülki Məcəllədə podrat müqaviləsi üçün xüsusi forma tələbi müəyyən edilməsə də, kommersiya fəaliyyətinin qanunvericilik əsasları (Vergi Məcəlləsi, Şəhərsalma və Tikinti Məcəlləsi, “Nağdsız hesablaşmalar haqqında” Qanun və s.) kommersiya subyektləri arasında belə müqavilələrin yazılı formada bağlanmasını zəruri edir.

Kommersiya münasibətlərinin sistemli, mürəkkəb, gəliryönümlü, risk və məsuliyyət daşıyan xarakteri bu münasibətlər üzrə daha yüksək sübutetmə standartını tələb edir. Yazılı müqavilə tərəflərin iradəsinin dəqiq, birmənalı və aydın ifadəsini təmin edir, hüquqi müəyyənliyi qoruyur və hüquqdan sui-istifadə imkanını məhdudlaşdırır. Bu baxımdan kommersiya subyektləri arasında olan münasibətlərdə podrat müqaviləsi yazılı formada bağlanmalıdır.

“Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri

Plenum Qərarında xüsusi olaraq vurğulanır ki, dövlət satınalmaları haqqında qanunvericiliyin tətbiq olunduğu podrat işləri üzrə şifahi müqavilələrin bağlanmasına yol verilmir.

Şifahi formada və ya “Dövlət satınalmaları haqqında” Qanunda müəyyən edilən qaydalara əməl edilmədən yazılı formada bağlanan müqavilə etibarsızdır. Həmin formada bağlanmış müqavilələrdən irəli gələn iddialar üzrə əqdin etibarsızlığının nəticələrinin (yəni, hər bir tərəfin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olması) tətbiq edilməsi, habelə qanundan irəli gələn digər hüquq münasibətlərinin (məsələn, əsassız varlanma) yaranması bir qayda olaraq istisna edilir.

Belə ki, mülki qanunvericiliyin vəzifələrindən birini mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi təşkil edir. Mülki Məcəllənin əqdin etibarsızlığının nəticələrinin tətbiqi və əsassız varlanmaya dair qaydaların məqsədi də məhz qanuni hüquq və mənafelərin müdafiəsindən ibarətdir. Qanunvericiliyin tələblərini bilərəkdən pozaraq hüquq münasibətlərinə daxil olan şəxslərin isə qanundan irəli gələn hüquq və mənafeləri yaranmır. Bundan əlavə, əqdin etibarsızlığının nəticələrinin və ya əsassız varlanmaya dair qaydaların tətbiq edilməsi “Dövlət satınalmaları haqqında” Qanunun pozulmasına şərait yaradır. Çünki bu halda həmin müqavilələr üzrə pul vəsaitlərinin ödənilməsi faktiki təmin edilməklə onun yalnız hüquqi əsası dəyişmiş olur.

Bu qəbildən olan işlərə baxılarkən, müvafiq dövlət orqanının vəzifəli şəxslərinin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarsa, Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad da qəbul edilməlidir.

Bununla yanaşı, Plenum istisna halları da nəzərdə tutur. Bu qəbildən olan işlərə baxılarkən, podratçıların hansı sahədə və neçə müddət fəaliyyət göstərmələri, əvvəllər dövlət orqanları ilə müqavilə münasibətlərində olub-olmamaları, onların “Dövlət satınalmaları haqqında” Qanunun tələblərindən məlumatlı olub-olmamaları nəzərə alınmalıdır. Belə qiymətləndirmə nəticəsində həmin şəxslərin müqavilələrin qanunazidd olmasını bilmədikləri, bunu bilməyə imkanlarının olmadıqları və bu baxımdan vicdanlı hərəkət etmələri müəyyən edildikdə, həmin işlər üzrə çəkilmiş xərclərin dəyəri orta bazar qiymətlərinə əsasən müəyyən edilərək, əsassız varlanma qaydalarına uyğun olaraq dövlət orqanlarından tutulmalıdır.

Tövsiyə

Podrat münasibətlərində hüquqi risklərin qarşısının alınmasının ən etibarlı yolu müqavilənin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsidir. Müqavilə bağlanarkən peşəkar hüquqi yardımdan istifadə olunması kommersiya risklərini azaltmaqla yanaşı, sonradan uzunmüddətli məhkəmə mübahisələrinin və əlavə xərclərin qarşısını ala bilər.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib
Sonrakı: İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Bölmənin digər xəbərləri

bL6ZvIjssklf7_1200
  • Cəmiyyət

İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb

Cavidan 14 Oktyabr, 2026
v6QI5ZRcP5oA6_1200
  • Cəmiyyət

Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Cavidan 14 Oktyabr, 2026
3gWV52McLr72Pf v
  • Cəmiyyət

Sergey Lavrov Bakıda AQEM sammitində iştirak edəcək

Cavidan 14 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq futbol Gadget Google iPad Pro iPhone 18 Pro iqtisadiyyat Mastercard Messi Meta Muse Wonder Newsbeat Oyunlar Panic Button Pele Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Süni intellekt Texnologiya Tədqiqat World Xiaomi

Bölmələr

  • Cəmiyyət (3. 272)
  • Dünya (1. 083)
  • Gündəm (3. 461)
  • İdman (249)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (13)

Xəbər Trendi

İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb bL6ZvIjssklf7_1200 1
  • Cəmiyyət

İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb

14 Oktyabr, 2026
Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim edib Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim edib 2
  • Texnologiya

Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim edib

14 Oktyabr, 2026
Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim etdi Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim etdi 3
  • Texnologiya

Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim etdi

14 Oktyabr, 2026
Dünya üzrə smartfon satışları son 14 ilin minimumuna düşdü Dünya üzrə smartfon satışları son 14 ilin minimumuna düşdü 4
  • Texnologiya

Dünya üzrə smartfon satışları son 14 ilin minimumuna düşdü

14 Oktyabr, 2026
Dünya üzrə smartfon satışları son 14 ilin ən aşağı səviyyəsinə düşdü Dünya üzrə smartfon satışları son 14 ilin ən aşağı səviyyəsinə düşdü 5
  • Texnologiya

Dünya üzrə smartfon satışları son 14 ilin ən aşağı səviyyəsinə düşdü

14 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3272) Dünya (1083) Gündəm (3461) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (13) İdman (249) İqtisadiyyat (169)

Sayt üzrə statistika

  • 0
  • 72
  • 68
  • 4. 651

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.