Skip to content
14 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib
  • Cəmiyyət

Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib

Daşkənddə “İslam sivilizasiyası: yeni baxış – yeni kəşflər” beynəlxalq mediaforumunun ikinci günündə “Əsrləri birləşdirən irs. İslam sivilizasiyasının mənəvi
Cavidan 26 Avqust, 2026
12

Daşkənddə “İslam sivilizasiyası: yeni baxış – yeni kəşflər” beynəlxalq mediaforumunun ikinci günündə “Əsrləri birləşdirən irs. İslam sivilizasiyasının mənəvi mənaları” adlı plenar sessiya keçirilib.

“Report”un Daşkəndə ezam olunan əməkdaşı xəbər verir ki, tədbir Özbəkistanın İslam Sivilizasiyası Mərkəzində baş tutub.

Sessiya zamanı iştirakçılar Özbəkistanın tarixi və mədəni irsinin qorunması və populyarlaşdırılması məsələlərini, İslam sivilizasiyası haqqında biliklərin təbliğində müasir medianın rolunu, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığı müzakirə ediblər.

Özbəkistan Ali Məclisi Senatının və Yazıçılar İttifaqının üzvü, “İşonç” və “İşonç-Doveriye” qəzetlərinin baş redaktoru Husan Ermatov xaricdəki özbək diasporunun ölkənin inkişafına verdiyi töhfəni qeyd edib. O, həmçinin ABŞ-də “Millətin qüruru” kitabının təqdimatı barədə danışıb və ABŞ, Cənubi Koreya və Çindən onun tərcüməsi ilə bağlı daxil olan sorğular barədə məlumat verib.

“Mueller&Schindler” nəşriyyat evinin vitse-prezidenti Aleksandr Vilhelm müxtəlif tarixi dövrlərdə və İslam dünyasının regionlarında yaradılmış 114 Quran əlyazmasının unikal faksimile nəşrinin hazırlandığını bildirib.

Onun sözlərinə görə, layihəyə orijinalların rəngləri və zərli bəzəklərinin maksimum dəqiqliklə əks olunduğu 400-ə yaxın əlyazma səhifəsi daxil ediləcək.

Rusiya kinostudiyasının nümayəndəsi Özbəkistanın tarixinə və mədəni irsinə həsr olunmuş beynəlxalq kino layihəsinin başa çatdığı barədə danışıb.

Onun sözlərinə görə, filmin ideyası Firdavs Abduxalikovun təşəbbüsü ilə yaranıb, layihə üzərində işdə isə özbək kinematoqrafçıları və “Özbəkfilm”in əməkdaşları iştirak ediblər.

İslam Əməkdaşlıq Təşkilatı nəzdindəki İnformasiya Agentlikləri İttifaqının protokol və ictimaiyyətlə əlaqələr üzrə direktoru Səud Əbdül-Bədi (Səudiyyə Ərəbistanı) İslam irsinin qorunub saxlanılması üçün gənc nəslə sərmayə qoymağın vacibliyini vurğulayıb.

“Biz irsimizin qorunmasına böyük sərmayə yatırırıq. Amma bunu yaşatmağa davam edəcək şəxslərə də sərmayə yatırmaq vacibdir”, – o qeyd edib.

İslam Sivilizasiyası Mərkəzinin elmi işçisi Rövşən Xudayberqanov Özbəkistanın ən qədim dövrlərdən günümüzə qədər inkişafını əks etdirən tarixi-mədəni irs atlasını təqdim edib.

Atlas Özbəkistanın tarixi-mədəni xəritələrinə, ölkə şəhərlərinin tarixi obyektlərinə, İslam kartoqrafiya irsinə və Avropanın tarixi xəritələrində Mərkəzi Asiyaya həsr olunmuş dörd fəsildən ibarətdir.

“Oman Observer” qəzetinin baş redaktoru Əl-Şidi Asim bin Salim bin Xamis (Oman) İslam haqqında stereotiplərin dağıdılmasında və onun prinsiplərinin gənc nəslə anlaşılan formada çatdırılmasında medianın rolunu qeyd edib.

Xəttat, İslam Sivilizasiyası Mərkəzinin nəzdindəki xəttatlıq məktəbinin direktoru Həbibullo Solih Özbəkistanın əlyazma irsinin yeni nəsillərə ötürülməsinin zəruriliyini bildirib. O, ən əhəmiyyətli əlyazmaların öyrənilməsi, toplanması və müəyyən edilməsinin vacibliyini qeyd edib.

“Mueller&Schindler” nəşriyyatının prezidenti Şarlotta Kramer (Avstriya) müasir Özbəkistan, onun tarixi, mədəniyyəti və nailiyyətləri haqqında kitabı təqdim edib. Onun sözlərinə görə, özbək və rus dillərində hazırlanmış nəşr ölkənin bir növ vizit kartına çevrilə və onun irsinin xaricdə populyarlaşmasına kömək edə bilər.

Sessiya iştirakçıları həmçinin mədəni irsin qorunması sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini və dünya auditoriyasını Özbəkistanın tarixi və mədəniyyəti ilə tanış etmək üçün müasir media formatlarından istifadənin zəruriliyini qeyd ediblər.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək
Sonrakı: Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Bölmənin digər xəbərləri

c3jaf3nCpTNLl5jb4E b
  • Cəmiyyət

Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq

Cavidan 14 Oktyabr, 2026
6ace27f4e7ed26ace27f4e7eb(2)
  • Cəmiyyət

Professor Tərlan Quliyev vəfat edib

Cavidan 13 Oktyabr, 2026
AZkdKUX7yURgCSsI V
  • Cəmiyyət

Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

Cavidan 13 Oktyabr, 2026

Teqlər

2026 Alış-veriş Android AnTuTu Apple Apple AirPods 3 Azerbaijan Business Women Azərbaycan-Pakistan Business Elektron ticarət FCC Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google Health iPad Pro iPhone 18 Pro Mastercard MIUI12 mobil rabitə Newsbeat Oyunlar Panic Button peyk interneti Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Science SheMatters Pakistan SHE RISES Baku 2026 Smartfonlar Snapdragon 888 Sport Starlink Mobile Stories Texnologiya Tədqiqat World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 268)
  • Dünya (1. 083)
  • Gündəm (3. 459)
  • İdman (248)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (9)

Xəbər Trendi

Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb B23C bknA6_1200 1
  • Dünya

Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb

14 Oktyabr, 2026
UEFA Çempionlar Liqasında II turun növbəti matçları keçiriləcək R3xR5iDxVzvYNgO v 2
  • Gündəm

UEFA Çempionlar Liqasında II turun növbəti matçları keçiriləcək

14 Oktyabr, 2026
Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq c3jaf3nCpTNLl5jb4E b 3
  • Cəmiyyət

Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq

14 Oktyabr, 2026
Professor Tərlan Quliyev vəfat edib 6ace27f4e7ed26ace27f4e7eb(2) 4
  • Cəmiyyət

Professor Tərlan Quliyev vəfat edib

13 Oktyabr, 2026
FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb 6ace189486be46ace1 5
  • İdman

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

13 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3268) Dünya (1083) Gündəm (3459) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (9) İdman (248) İqtisadiyyat (169)

Sayt üzrə statistika

  • 1
  • 58
  • 55
  • 4. 637

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.