Skip to content
21 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • BİZİM TƏQVİM:21 avqustda baş vermiş tarixi hadisələr
  • Cəmiyyət
  • Gündəm

BİZİM TƏQVİM:21 avqustda baş vermiş tarixi hadisələr

21 avqust 1915-ci ildə türk sərkərdəsi Mustafa Kamal Paşanın tabeliyindəki Osmanlı birlikləri Çanaqqalada İkinci Anafartalar Zəfərini qazandı. Bəs,
Cavidan 21 Avqust, 2026
Screenshot 2026-08-21 092120

21 avqust 1915-ci ildə türk sərkərdəsi Mustafa Kamal Paşanın tabeliyindəki Osmanlı birlikləri Çanaqqalada İkinci Anafartalar Zəfərini qazandı.

Bəs, avqustun 21-də dünyada daha hansı hadisələr baş verib?

1. 1911-ci il 21 avqustda “Mona Liza” şəkli Luvr Muzeyindən oğurlandı. Bu məşhur şəkil 2 il sonra Floransada tapıldı.

2. 1922-ci ilin 21 avqust tarixində Mustafa Kamal ordu komandirləriylə Akşehirdə etdiyi son yığıncaqda Böyük Hücum əmrini verdi.

3. 1966-cı il avqustun 21-də Çində mədəni inqilab başlandı. 10 ildən artıq – Mao Tsedun vəfat edən günədək davam edən bu dəhşətli tarixi eksperiment milyonlarla çinli ziyalının əks-inqilabçı ittihamı ilə qətlə yetirilməsi, yaxud sürgün olunmasına səbəb oldu. O dövrdə ölkədə siyasi vəziyyətə nəzarət “qırmızı milislər”ə – xunveynbinlərə tapşırılmışdı.

4. 1968-ci ildə sovet qoşunları Praqaya daxil oldu. Bununla da o vaxtkı Çexoslavakiyada həyata keçirilən “Praqa baharı” adlı islahatlara son qoyuldu. Sovet qoşunlarının bu müdaxiləsi zamanı Praqada onlarca insan həlak oldu.

5. 21 avqust 1982-ci ildə Fələstin Qurtuluş Təşkilatı Beyrutu boşaltmağa başladı. Təşkilat öz mərkəzini Livandan Tunisə daşıdı.

6. 1986-cı ilin 21 avqustunda Kamerunda Nyos vulkan gölündən çıxan zəhərli qazlar 1746 adamın ölümünə səbəb oldu.

7. 21 avqust 2017-ci ildə tarixin ən böyük günəş tutulması baş verdi. 90 dəqiqə sürən tutulmada 2 dəqiqə 40 saniyə boyu günəş tamamilə bağlandı.

21 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. Bu gün Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı Mikayıl Abdullayevin xatirə günüdür. 1921-ci il 19 dekabrda Bakıda anadan olanMikayıl Abdullayev Azərbaycan milli təsviri sənətinin inkişafında əvəzsiz rol oynayıb. Rəssamın müxtəlif janr və mövzularda yaratdığı boyakarlıq və qrafika əsərləri Azərbaycanın keçdiyi böyük bir dövrün sənət səlnaməsi kimi rəssamlıq tarixinə əbədi həkk olunub. Gənc rəssamlar nəslinin yetişməsində əvəzsiz xidmətləri olan M.Abdullayev 2002-ci il avqustun 21-də 81 yaşında dünyasını dəyişib. (1921 – 2002)

2. 21 avqust 1930-cu ildə görkəmli ədəbiyyatşünas, Azərbaycan SSR Əməkdar Elm Xadimi, akademik Bəkir Nəbiyev anadan olub(1930-2012). Ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidentinin Fəxri diplomu (2010), SSRİ-nin “Xalqlar dostluğu” (1986) və Azərbaycanın “Şöhrət” (2000) ordenləri ilə təltif edilib.

3. 1997-ci ilin bu günündə məşhur rus aktyoru, kloun Yuri Nikulin ürək əməliyyatından sonra vəfat edib (1921-1997). Yuri Vladimiroviç Nikulin bir çox sevilən filmlərdə maraqlı obrazlar yaradıb. Onun iştirakı ilə çəkilən “Brilyant əl”, “12 stul”, “Quldur qocalar”, “Qafqaz əsiri”, “I” əməliyyatı və “Şurikin başqa macəraları” və digər kinokomediyalar məşhurluq qazanıb.

4. 1983-cü ilin 21 avqustunda sürgündən dönən Filipinin müxalifət lideri Benino Akino hava limanında təyyarədən enərkən öldürülüb.

5. 100 metrdə dünya rekordlarını alt-üst edən atlet Usain Bolt 1986-cı ilin bu günü Yamaykada dünyaya gəlib.(Bizim.Media)

Post navigation

Previous: Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib
Next: Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-21 181425
  • Cəmiyyət

CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib

Cavidan 21 Avqust, 2026
Screenshot 2026-08-21 142624
  • Cəmiyyət

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

Cavidan 21 Avqust, 2026
Screenshot 2026-08-21 141443
  • Cəmiyyət

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Cavidan 21 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 979)
  • Dünya (1. 023)
  • Gündəm (3. 300)
  • İdman (219)
  • İqtisadiyyat (155)
  • Kateqoriyasızlar (197)
  • Kriminal (271)
  • Mədəniyyət (93)
  • Siyasət (398)
  • Texnologiya (15)

Xəbər Trendi

CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib Screenshot 2026-08-21 181425 1
  • Cəmiyyət

CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib

21 Avqust, 2026
ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır – BU NƏDİ BELƏ? Screenshot 2026-08-21 174034 2
  • Kateqoriyasızlar

ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır – BU NƏDİ BELƏ?

21 Avqust, 2026
“Sabah” – “Hapoel” matçına 15 min bilet satılıb Screenshot 2026-08-21 162232 3
  • İdman

“Sabah” – “Hapoel” matçına 15 min bilet satılıb

21 Avqust, 2026
İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir Screenshot 2026-08-21 142624 4
  • Cəmiyyət

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

21 Avqust, 2026
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib Screenshot 2026-08-21 141443 5
  • Cəmiyyət

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

21 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2979) Dünya (1023) Gündəm (3300) Kateqoriyasızlar (197) Kriminal (271) Mədəniyyət (93) Siyasət (398) Texnologiya (15) İdman (219) İqtisadiyyat (155)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.