Skip to content
19 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • BİZİM TƏQVİM:18 avqust Azərbaycanda Sərhəd Qoşunları Günüdür
  • Cəmiyyət

BİZİM TƏQVİM:18 avqust Azərbaycanda Sərhəd Qoşunları Günüdür

18 avqust 1919–cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq
Cavidan 18 Avqust, 2026
Screenshot 2026-08-18 091915

18 avqust 1919–cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb. Prezident Heydər Əliyevin 2000-ci il 16 avqust tarixli fərmanı ilə avqustun 18-i Azərbaycan Sərhəd Qoşunları Günü kimi qeyd olunur. 

Bəs, avqustun 18-də dünyada daha hansı hadisələr baş verib? 

1. 1791-ci il 18 avqustda Osmanlı – Rusiya müharibəsini sona çatdıran Kalas sülh müqaviləsi imzalandı. 

2. 1873-cü ilin bu günü Qarabağ xanının qızı və Azərbaycanın tanınmış şairəsi Xurşudbanu Natəvanın Şuşaya su çəkdirməsi münasibətilə xalq şənliyi keçirildi.    

3. 1917-ci ilin 18 avqustunda “Böyük Selanik yanğını” çıxdı. 32 saat sürən yanğında şəhərin 30 faizdən çoxu məhv oldu, 70 min adam evsiz qaldı. 

4. 18 avqustda “Türkiyə gözəli” Keriman Halis “1932-ci ilin dünya gözəli” seçildi. 

5. 1971-ci ilin 18 avqustunda Avstraliya və Yeni Zelandiya Vyetnam Müharibəsindən əsgərlərini geriçəkmə qərarı verdilər. 

6. 1992-ci il. Naxçıvanda yerləşən 75-ci motoatıcı diviziyanın heyəti Azərbaycandan çıxarılıb. Hərbi əmlakın bütünlüklə Milli Ordunun briqadasına verilməsi haqqında akt imzalanıb. 

7. 1993–cü il. BMT Təhlükəsizlik Şurasının iclasında erməni silahlı qüvvələrinin Ağdam rayonundan və Azərbaycanın işğal olunmuş digər rayonlarından tamamilə, dərhal və qeyd-şərtsiz çıxarılması barədə Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul olunub.

8. 1998-ci ildə Rusiyadakı iqtisadi böhran dünyanı sarsıtdı. Avqustun 18-dən Rusiya bütün xarici borc ödəmələrini dayandırdı. 

9. 1998-ci il 18 avqustda ifadə verməyə məcbur olan ABŞ prezidenti Bill Klinton Ağ Evdə təcrübəçi  olaraq çalışan Monika Levinski ilə əlaqəsini etiraf etdi.  

18 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır. 

1. 1227-ci ilin bu günü tarixin ən böyük imperiyalarından birinin qurucusu, moğol imperatoru Çingiz Xan dünyadan köçüb. O, həmin il çıxdığı hərbi səfər zamanı xəstələnmişdi. Amma Çingiz Xanın məzarının yeri bu günə qədər məlum deyil.   

2. 18 avqust “Vadidəki zanbaq”, “Qoriot ata” kimi klassik əsərlərilə dünya şöhrəti qazanan fransız yazıçısı Onore de Balzakın xatirə günüdür. O, 1850-ci ilin bu günü 51 yaşında Parisdə dünyasını dəyişib. (1799-1850) 

3. Port-Artur döyüşünün qəhrəmanlarından biri, görkəmli Azərbaycan sərkərdəsi general Əliağa Şıxlinskinin bu gün xatirə günüdür. 1904-1905-ci illərdə Rusiya-Yaponiya müharibəsində batareya komandiri olub. Şıxlinski Port-Arturun müdafiəsində göstərdiyi igidliyə görə “Qızıl qılınc” mükafatına layiq görülüb.

1917-ci ildə artilleriya general-leytenantı rütbəsi alan Əliağa Şıxlinski Azərbaycan Demokratik Respublikası dövründə müdafiə nazirinin müavini vəzifəsində çalışıb. Azərbaycan sovetləşəndən sonra o, bir müddət xalq hərbi və dəniz işləri komissarının müavini işləyib.

1920-ci ilin avqustunda Səmədbəy Mehmandarovla birlikdə baş qərargahda işləmək adı ilə Moskvaya göndərilib. Az sonra hər ikisi müsavatçı olaraq ittiham edilərkən Nəriman Nərimanovun bilavasitə köməyilə həbsdən qurtulublar.

1929-cu ildə Şıxlinski istefaya çıxmağa məcbur olub. O, 1943-cü ilin bu günü Bakıda 78 yaşında həyatdan köçüb. (1865-1943) 

4. 18 avqust görkəmli Azərbaycan şərqşünası və türkoloqu Əkrəm Cəfərin xatirə günüdür. O 1991-ci ildə 86 yaşında dünyasını dəyişib. 

5.  18 avqust 2018-ci ildə Qıbrız (Kipr) Barış Planı ilə tanınan, Nobel Sülh Mükafatının sahibi, BMT-nin baş katibi olmuş Kofi Annan İsveçrədə dünyasını dəyişib. (1938-2018) 

Bizim.Media

Post navigation

Previous: Hörmüz boğazında gəmiyə hücum edilib, ekipaj üzvü həlak olub
Next: Ədalət Mədətoğlu vəfat etdi – FOTO

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-19 180951
  • Cəmiyyət

DİM-dən son xəbərdarlıq: Minlərlə abituriyent hələ seçimini təsdiqləməyib

Cavidan 19 Avqust, 2026
Screenshot 2026-08-19 170739
  • Cəmiyyət

Azərbaycan-Qazaxıstan Müdafiə nazirlikləri arasında qərargah danışıqları aparılıb

Cavidan 19 Avqust, 2026
Screenshot_20260819_140125_com_android_chrome_ChromeTabbedActivity
  • Cəmiyyət

Sabah bəzi rayonlarda leysan olacaq

Cavidan 19 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 963)
  • Dünya (1. 018)
  • Gündəm (3. 290)
  • İdman (218)
  • İqtisadiyyat (154)
  • Kateqoriyasızlar (196)
  • Kriminal (271)
  • Mədəniyyət (93)
  • Siyasət (397)
  • Texnologiya (15)

Xəbər Trendi

Keniyada helikopter qəzası nəticəsində 7 nəfər ölüb – YENİLƏNİB Screenshot 2026-08-19 184458 1
  • Kateqoriyasızlar

Keniyada helikopter qəzası nəticəsində 7 nəfər ölüb – YENİLƏNİB

19 Avqust, 2026
DİM-dən son xəbərdarlıq: Minlərlə abituriyent hələ seçimini təsdiqləməyib Screenshot 2026-08-19 180951 2
  • Cəmiyyət

DİM-dən son xəbərdarlıq: Minlərlə abituriyent hələ seçimini təsdiqləməyib

19 Avqust, 2026
“Sabah” bu axşam Çempionlar Liqasında pley-off oyununa çıxır Screenshot 2026-08-19 173639 3
  • Gündəm

“Sabah” bu axşam Çempionlar Liqasında pley-off oyununa çıxır

19 Avqust, 2026
Azərbaycan-Qazaxıstan Müdafiə nazirlikləri arasında qərargah danışıqları aparılıb Screenshot 2026-08-19 170739 4
  • Cəmiyyət

Azərbaycan-Qazaxıstan Müdafiə nazirlikləri arasında qərargah danışıqları aparılıb

19 Avqust, 2026
Rumıniya Azərbaycandan neft idxalını 20 %-ə yaxın artırıb Screenshot 2026-08-19 162908 5
  • İqtisadiyyat

Rumıniya Azərbaycandan neft idxalını 20 %-ə yaxın artırıb

19 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2963) Dünya (1018) Gündəm (3290) Kateqoriyasızlar (196) Kriminal (271) Mədəniyyət (93) Siyasət (397) Texnologiya (15) İdman (218) İqtisadiyyat (154)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.