Skip to content
17 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
  • Cəmiyyət

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Prezident İlham Əliyev avqustun 13-də Almaniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib.Səfir
Cavidan 13 Avqust, 2026
Screenshot 2026-08-13 124556

Prezident İlham Əliyev avqustun 13-də Almaniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkeni qəbul edib.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Dövlət başçısı səfirlə söhbət edib.

Ötən ay Almaniyaya rəsmi səfərini məmnunluqla xatırlayan dövlət başçısı səfər zamanı Prezident Frank-Valter Ştaynmayer və Kansler Fridrix Merts ilə ikitərəfli əlaqələr və beynəlxalq məsələlər üzrə yaxşı müzakirələrin aparıldığını vurğulayıb, ölkələrin regional sabitlik, təhlükəsizlik və inkişafla bağlı baxışlarının üst-üstə düşdüyünü qeyd edib.

Müzakirələr zamanı potensial əməkdaşlığın yeni sahələrinin müəyyənləşdirildiyini, bunların qarşılıqlı anlaşmaya və tərəfdaşlığımızın inkişafına gətirib çıxardığını deyən dövlət başçısı Berlində imzalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin əhəmiyyətini vurğulayıb, bunun münasibətləri keyfiyyətcə üstün səviyyəyə qaldırdığını bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, bu gün biz artıq bir çox sahələrdə strateji qarşılıqlı əlaqələr haqqında danışırıq və ticarət, investisiyalar, biznes sahələrində mövcud olan imkanlar ikitərəfli əlaqələrimizi gücləndirir.

Dövlət başçısı səfirin Azərbaycanda fəaliyyətə onun Almaniyaya rəsmi səfərindən sonra başladığını vurğulayaraq, bunun ikitərəfli əlaqələrin gələcək inkişafı baxımından çox önəmli olduğunu diqqətə çatdırıb.

Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.

Qəbula görə minnətdarlığını bildirən Dirk Lölke ötən il avqustun 8-də Azərbaycanla Ermənistan arasında Vaşinqtonda keçirilmiş Zirvə Görüşünün birinci ildönümü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Dövlət başçısı öz növbəsində regionda sülh gündəliyinin məhz Azərbaycanın təşəbbüsü ilə başladığını, sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin səylərini bundan sonra da davam etdirəcəyini və bölgədə sülhün artıq dönməz olduğunu bir daha vurğulayıb.

Səfir Almaniya hökumətinin Prezident İlham Əliyevin səfərinin nəticələrindən çox məmnun olduğunu qeyd edib. O, müzakirə olunmuş işlərin tezliklə icra ediləcəyinə ümidvarlığını bildirib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər və son dövrlərdə bu əlaqələrin inkişafında müşahidə olunan müsbət dinamika vurğulanıb.

Həmçinin Şərq-Qərb nəqliyyat dəhlizi və Almaniya şirkətlərinin gələcəkdə bu marşrutun imkanlarından istifadə etmələri, ənənəvi və bərpaolunan enerji, eləcə də təhsil sahələrində əməkdaşlıq imkanlarına toxunulub.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib
Sonrakı: Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Bölmənin digər xəbərləri

cSbeaGkhvXU0 v
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

Cavidan 17 Oktyabr, 2026
Ni14yWlichJYsbfPxGKVaqc b
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Cavidan 17 Oktyabr, 2026
qeza__1_
  • Cəmiyyət

Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var

Cavidan 16 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android ani çap AnTuTu Apple Azerbaijan Business Women AzInTelecom Birbank Business Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Microsoft Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Reytinq Rəqəmsal İmza Samsung Science SheMatters Pakistan smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 301)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (237)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (15)

Xəbər Trendi

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb cSbeaGkhvXU0 v 1
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

17 Oktyabr, 2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb 6ad31782140b36ad31782140b41v 2
  • Kriminal

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

17 Oktyabr, 2026
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür Ni14yWlichJYsbfPxGKVaqc b 3
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

17 Oktyabr, 2026
Azərbaycan Premyer Liqasında bu gün “Qarabağ” “Neftçi” ilə qarşılaşacaq 4
  • Gündəm

Azərbaycan Premyer Liqasında bu gün “Qarabağ” “Neftçi” ilə qarşılaşacaq

17 Oktyabr, 2026
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib 5
  • Kateqoriyasızlar

Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

17 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3301) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (237) Kriminal (301) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (15) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 2
  • 46
  • 43
  • 4. 942

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.