Skip to content
14 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • “Diario La R”: Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir
  • Cəmiyyət
  • Gündəm

“Diario La R”: Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Cavidan 11 Avqust, 2026
Screenshot 2026-08-11 131413

Minillik mədəni irsə malik olan Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini – qədim petroqliflərdən və zərdüştlük abidələrindən tutmuş muğam, xalçaçılıq, teatr və müasir incəsənətə qədər özündə birləşdirir.

Bu barədə Uruqvayın “Diario La R” qəzetinin məqaləsində əks olunub.

“Azərbaycanın zəngin və rəngarəng mədəniyyəti uzun və zəngin tarixin nəticəsidir”, – nəşrdə qeyd olunub.

Məqalə müəllifləri vurğulayıblar ki, Azərbaycan mədəniyyətini incəsənətin və memarlığın ən müxtəlif formalarında görmək olar: “Rəngarəng mətbəxdən və ənənəvi sənətkarlıqdan tutmuş təbiətin gözəlliklərinə, memarlıq möcüzələrinə, musiqi və incəsənətə qədər – Azərbaycan əsl mədəniyyət mərkəzidir”.

Materialda ölkənin tarixi irsinə xüsusi diqqət yetirilib. Xüsusilə, müəlliflər zərdüştlük məbədi olan Atəşgahı və qayaüstü rəsmlər, keramika, məişət əşyaları, zərgərlik məmulatları, silahlar və sikkələrin nümayiş olunduğu “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunu ziyarət etməyi tövsiyə edirlər.

“Bu kolleksiya yunanların, romalıların, farsların, moğolların və türklərin mədəni təsirini nümayiş etdirir, həmçinin Azərbaycanın özünəməxsus kimliyinə qədimdən sadiqliyini təsdiq edir”, – məqalədə bildirilir.

Azərbaycan musiqisindən bəhs edən “Diario La R” muğamı xüsusi olaraq vurğulayır.

“Azərbaycan musiqisinin ən xarakterik cəhəti muğamdır – bu, vokal və instrumental hissələrin növbələşməsi ilə ifadə olunan musiqi improvizasiyasıdır. O, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib və hər il Ümumdünya Muğam Festivalında qeyd olunur”, – nəşrdə bildirilib.

Materialda həmçinin Azərbaycan ədəbiyyatının, təsviri sənətinin, teatrının və kinematoqrafiyasının inkişafından bəhs edilir. Müəlliflər Qobustanın qədim petroqliflərinə, xalçaçılıq ənənələrinə və müasir incəsənətə diqqət çəkirlər.

“Azərbaycan təsviri sənətini Qobustan qayaüstü rəsmləri kimi tanınan qədim petroqliflərdə, Milli İncəsənət Muzeyində sərgilənən keramika məmulatlarında, Naxçıvan və Qəbələdə aşkar edilmiş dekorativ sütunlarda görmək olar”, – nəşrin müəllifi qeyd edib.

Bununla yanaşı vurğulanıb ki, Sovet İttifaqı dağıldıqdan sonra azərbaycanlı rəssamlar beynəlxalq incəsənət səhnəsinə çıxış əldə ediblər və bu gün öz əsərlərini həm ölkə daxilində, həm də xaricdə təqdim edirlər. Bakıda və digər iri şəhərlərdə həmçinin müntəzəm olaraq kinofestivallar keçirilir.

Qəzet Azərbaycan kinematoqrafiyasının tarixinə xüsusi diqqət yetirir. Məqalədə qeyd olunub ki, Azərbaycan kino istehsalının inkişaf etməyə başladığı ilk ölkələrdən biri olub. Nümunə kimi 1898-ci ildə neft mədənlərindəki yanğınlar haqqında çəkilmiş səssiz film vurğulanıb.

Bundan əlavə, nəşr qeyd edir ki, Azərbaycanda 50-dən çox muzey var. Ən məşhurları arasında Azərbaycan Xalça Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin adları çəkilir.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Sabah Azərbaycanda yağış yağacaq
Sonrakı: Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

Bölmənin digər xəbərləri

6ace27f4e7ed26ace27f4e7eb(2)
  • Cəmiyyət

Professor Tərlan Quliyev vəfat edib

Cavidan 13 Oktyabr, 2026
AZkdKUX7yURgCSsI V
  • Cəmiyyət

Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

Cavidan 13 Oktyabr, 2026
6ac8f3a1baa866ac8 b
  • Cəmiyyət

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

Cavidan 13 Oktyabr, 2026

Teqlər

2026 Alış-veriş Android AnTuTu Apple Apple AirPods 3 Azerbaijan Business Women Azərbaycan-Pakistan Business Elektron ticarət FCC Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google Health iPad Pro iPhone 18 Pro Mastercard MIUI12 mobil rabitə Newsbeat Oyunlar Panic Button peyk interneti Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Science SheMatters Pakistan SHE RISES Baku 2026 Smartfonlar Snapdragon 888 Sport Starlink Mobile Stories Texnologiya Tədqiqat World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 267)
  • Dünya (1. 082)
  • Gündəm (3. 456)
  • İdman (247)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (9)

Xəbər Trendi

Professor Tərlan Quliyev vəfat edib 6ace27f4e7ed26ace27f4e7eb(2) 1
  • Cəmiyyət

Professor Tərlan Quliyev vəfat edib

13 Oktyabr, 2026
FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb 6ace189486be46ace1 2
  • İdman

FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb

13 Oktyabr, 2026
XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir vvv 3
  • Kateqoriyasızlar

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

13 Oktyabr, 2026
AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri 4
  • Texnologiya

AnTuTu versiyasına görə sentyabr ayının ən məhsuldar Android-planşetləri

13 Oktyabr, 2026
AnTuTu sentyabrın ən güclü Apple cihazlarını açıqladı AnTuTu sentyabrın ən güclü Apple cihazlarını açıqladı 5
  • Texnologiya

AnTuTu sentyabrın ən güclü Apple cihazlarını açıqladı

13 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3267) Dünya (1082) Gündəm (3456) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (9) İdman (247) İqtisadiyyat (169)

Sayt üzrə statistika

  • 0
  • 18
  • 17
  • 4. 597

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.