Skip to content
6 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib
  • Cəmiyyət

Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib

Bu ilin birinci yarısında Səngəçal terminalı vasitəsilə neft və kondensat ixracı 97 milyon barel təşkil edib, bu da
Cavidan 6 Avqust, 2026
Screenshot 2026-08-06 150806

Bu ilin birinci yarısında Səngəçal terminalı vasitəsilə neft və kondensat ixracı 97 milyon barel təşkil edib, bu da ötən ilin eyni dövrünün göstəricisindən 8,5 % azdır.

Bu barədə terminalın operatoru olan “BP-Azerbaijan” şirkətinin yanvar–iyun ayları üzrə fəaliyyətinin yekunlarına dair hesabatında əks olunub.

“Hesabat dövründə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan neftin, eləcə də “Şahdəniz” yatağından kondensatın və təbii qazın yola salınması adi rejimdə həyata keçirilib. Terminaldan Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə nəql olunan təxminən 97 milyon barel neft və kondensat ixrac edilib”, – hesabatda qeyd olunub.

İlk 6 ay ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 74 milyon standart kubmetr (təxminən 2 milyard 611 milyon standart kubfut) Şahdəniz qazı göndərilib ki, bu da ötən ilin birinci yarısının göstəricisi ilə eynidir.

Şirkətdən qeyd edilib ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Qeyd edək ki, Qaz terminaldan, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla, əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.

Bakıdan 55 km cənubda yerləşən Səngəçal terminalı Azərbaycanın neft-qaz sənayesinin ən mühüm obyektlərindən biridir, təxminən 550 hektar sahəni əhatə edir, bu da onu dünyanın ən böyük neft-qaz terminallarından birinə çevirir. O, Xəzər hövzəsində “BP plc” tərəfindən istismar olunan bütün mövcud dəniz yataqlarından neft və qazın qəbulu, emalı, saxlanması və ixracı üçün layihələndirilib və genişləndirilmə potensialına malikdir.

Post navigation

Previous: UEFA Konfrans Liqası: “Qarabağ”ı “Dinamo” ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək
Next: Bir məktubun izi ilə: Türk mühəndis “Vardanyan layihəsi”nin pərdəarxasına işıq saldı – ŞƏRH

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-06 125805
  • Cəmiyyət

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

Cavidan 6 Avqust, 2026
Screenshot 2026-08-06 123800
  • Cəmiyyət

ARDNF 3 illik auditor seçir

Cavidan 6 Avqust, 2026
Screenshot 2026-08-06 121457
  • Cəmiyyət

Overçuk: Rusiya və Ermənistan arasında ticarət dövriyyəsi bu il üçdə iki dəfə azalıb

Cavidan 6 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 891)
  • Dünya (996)
  • Gündəm (3. 247)
  • İdman (213)
  • İqtisadiyyat (147)
  • Kateqoriyasızlar (184)
  • Kriminal (1. 416)
  • Mədəniyyət (92)
  • Siyasət (392)
  • Texnologiya (15)

Xəbər Trendi

Bir məktubun izi ilə: Türk mühəndis “Vardanyan layihəsi”nin pərdəarxasına işıq saldı – ŞƏRH Screenshot 2026-08-06 153106 1
  • Siyasət

Bir məktubun izi ilə: Türk mühəndis “Vardanyan layihəsi”nin pərdəarxasına işıq saldı – ŞƏRH

6 Avqust, 2026
Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib Screenshot 2026-08-06 150806 2
  • Cəmiyyət

Səngəçal terminalı ilə neft və kondensat ixracı təxminən 100 milyon barel təşkil edib

6 Avqust, 2026
UEFA Konfrans Liqası: “Qarabağ”ı “Dinamo” ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək Screenshot 2026-08-06 143316 3
  • Kateqoriyasızlar

UEFA Konfrans Liqası: “Qarabağ”ı “Dinamo” ilə Polşadakı matçda 300-dən çox azarkeş dəstəkləyəcək

6 Avqust, 2026
Azərbaycanda sabah 39 dərəcə isti olacaq Screenshot 2026-08-06 125805 4
  • Cəmiyyət

Azərbaycanda sabah 39 dərəcə isti olacaq

6 Avqust, 2026
ARDNF 3 illik auditor seçir Screenshot 2026-08-06 123800 5
  • Cəmiyyət

ARDNF 3 illik auditor seçir

6 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2891) Dünya (996) Gündəm (3247) Kateqoriyasızlar (184) Kriminal (1416) Mədəniyyət (92) Siyasət (392) Texnologiya (15) İdman (213) İqtisadiyyat (147)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.