Skip to content
5 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib
  • Cəmiyyət

Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon ərazisindən axan dağ
Cavidan 5 Avqust, 2026
Screenshot 2026-08-05 100303

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon ərazisindən axan dağ çaylarında sel və daşqın təhlükəsinin qarşısının alınması məqsədilə idarənin irihəcmli texnikaları tərəfindən zəruri tədbirlər davam etdirilir.

Bu barədə Agentlikdən məlumat verilib.

Bildirilib ki, hazırda Talaçayın sağ və sol sahillərində Yuxarı Tala, Aşağı Tala, Göyəm, Dardoqqaz, Höytala və Yolayrıc kəndləri ərazilərində sahilbərkitmə işləri həyata keçirilir. Bununla yanaşı, Muxaxçayda Yuxarı Çardaxlar, Mamrux, Zəyəm, Çobankol və Suvagil kəndləri ərazilərində, Katexçayın sol sahilində Paşan kəndi ərazisində, həmçinin Bəkməzçayda Car və Axaxdərə kəndləri ərazilərində daşqın riski yüksək olan zonalarda məcratəmizləmə və sahilbərkitmə tədbirləri davam etdirilir. Görülən işlərin əsas məqsədi yaşayış məntəqələrinin, kənd təsərrüfatı sahələrinin və mühəndis-kommunikasiya infrastrukturlarının sel və daşqın sularının yaratdığı təhlükələrdən qorunmasını təmin etməkdir.

Məlumata əsasən, Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon ərazisində əkin sahələrinin suvarılması, sel və daşqınlara qarşı mübarizə tədbirləri ilə yanaşı əhalinin keyfiyyətli içməli su təchizatını da həyata keçirir. Bu istiqamətdə də hazırda şəhər ərazisində mütəmadi işlər aparılır. İçməli suyun verilişində fasilələrin yaranmaması üçün baş verən qəzalar operativ şəkildə aradan qaldırılır. Bununla yanaşı son vaxtlar yağan intensiv yağışlar nəticəsində çaylara gələn sel suları içməli su mənbəsində də fəsadlar yaradıb ki, artıq bu fəsadların aradan qaldırılması istiqamətində də xeyli işlər görülüb.

Xatırladaq ki, iyulun əvvələrində Şimal-qərb bölgəsində leysan xarakterli güclü yağışlar yağıb. Nəticədə dağ çaylarından sel keçib. Ətraf əraziləri sel sularından mühafizə etmək üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlər görülüb, çaylara ağır texnikalar yönləndirilib. Hazırda rayondan axan bütün dağ çayları nəzarətdə saxlanılır.

Post navigation

Previous: UEFA Çempionlar Liqası: “Sabah” Danimarkada “Orhus”la qarşılaşacaq
Next: Tramp İranla Hörmüz razılaşması üzrə danışıqların yaxşı getdiyini bildirib

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-05 113341
  • Cəmiyyət

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub

Cavidan 5 Avqust, 2026
Screenshot 2026-08-04 174543
  • Cəmiyyət

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək – YENİ QAYDALAR

Cavidan 4 Avqust, 2026
Screenshot 2026-08-04 164133
  • Cəmiyyət

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

Cavidan 4 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 875)
  • Dünya (995)
  • Gündəm (3. 242)
  • İdman (213)
  • İqtisadiyyat (146)
  • Kateqoriyasızlar (182)
  • Kriminal (1. 416)
  • Mədəniyyət (92)
  • Siyasət (391)
  • Texnologiya (15)

Xəbər Trendi

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub Screenshot 2026-08-05 113341 1
  • Cəmiyyət

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub

5 Avqust, 2026
Tramp İranla Hörmüz razılaşması üzrə danışıqların yaxşı getdiyini bildirib Screenshot 2026-08-05 102844 2
  • Dünya

Tramp İranla Hörmüz razılaşması üzrə danışıqların yaxşı getdiyini bildirib

5 Avqust, 2026
Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib Screenshot 2026-08-05 100303 3
  • Cəmiyyət

Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib

5 Avqust, 2026
UEFA Çempionlar Liqası: “Sabah” Danimarkada “Orhus”la qarşılaşacaq Screenshot 2026-08-05 091605 4
  • Gündəm

UEFA Çempionlar Liqası: “Sabah” Danimarkada “Orhus”la qarşılaşacaq

5 Avqust, 2026
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək – YENİ QAYDALAR Screenshot 2026-08-04 174543 5
  • Cəmiyyət

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək – YENİ QAYDALAR

4 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2875) Dünya (995) Gündəm (3242) Kateqoriyasızlar (182) Kriminal (1416) Mədəniyyət (92) Siyasət (391) Texnologiya (15) İdman (213) İqtisadiyyat (146)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.