Skip to content
31 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Magistratura üzrə plan yerləri niyə boş qalıb?
  • Cəmiyyət

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

“2026-cı ilin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 17658 plan yerinin 13845-i (78.41%-i) dolub. Ötən il
Cavidan 31 İyul, 2026
Screenshot 2026-07-31 161554

“2026-cı ilin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 17658 plan yerinin 13845-i (78.41%-i) dolub. Ötən il müvafiq göstərici 16848 plan yeri və 79.81% olub. Göründüyü kimi, bu il plan yerləri də daha çox (810 yer) olub”.

Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15721 bakalavrdan 13845 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub: “Qəbul olunanlardan 6580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabı, 7213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 10510 nəfər ali təhsil müəssisələrinin cari, 3335 nəfər isə əvvəlki illərin məzunudur. Bu il ali təhsil müəssisələrinin magistraturalarına ötən illə müqayisədə ixtisaslaşma seçimində iştirak edənlərin sayı 166 nəfər daha çox olub. Əsas yerləşdirmədən sonra magistraturaya qəbul olunanların sayı da bu il 399 nəfər daha çoxdur. Ötən il 5798 nəfər dövlət sifarişi ilə qəbul olmuşdusa, bu il 6580 nəfər dövlət sifarişi, 52 nəfər isə dövlət hesabına qəbul olunub. Yəni ötən illə müqayisədə daha çox bakalavr (834 nəfər) ödənişsiz təhsil almaq imkanı əldə edib. Ümumiyyətlə, plan yerlərinin müəyyən hissəsinin boş qalacağı əvvəlcədən də bəlli idi. Çünki ixtisaslaşma seçimi edən bakalavrların sayı 15721 olduğu halda, plan yerlərinin sayı 17658 idi”.

M. Abbaszadə bildirib ki, bu il magistraturaya qəbul 67 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub: “Proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Misal üçün, maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis, aerokosmik mühəndislik, yanğın təhlükəsizliyi mühəndisliyinə uyğun olan 4, 8, 21, 52, 55, 57, 60, 71 saylı proqramlara ayrılmış plan yerləri tam (100%) dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramların bəziləri üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi. Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı mədən mühəndisliyi, tərcümə, kitabxanaçılıq, regionşünaslıq, hava nəqliyyatı, səhiyyə, biotexnologiya, incəsənət sahələrinə aid 29, 43, 45, 47, 58, 59, 66, 69, 70 saylı proqramlara ayrılmış plan yerlərinin 50% və ya daha çoxu boş qalıb.

Ümumiyyətlə qəbul proqramlarının bəziləri üzrə qəbul planının bu və ya digər səviyyədə kəsirdə qalacağı əvvəlcədən bəlli idi. Belə ki, imtahan nəticələrinə uyğun olaraq həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərinin sayından az idi. Müsabiqənin nəticələrinə əsasən, Dövlət Gömrük Komitəsinin Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında plan yerləri tam (100%), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyasında 90% və daha çox dolub. Plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Bakı Avrasiya Universiteti (21.30%) və Azərbaycan Kooperasiya Universitetinə (36.51%) aiddir”.

Xatırladaq ki, ümumi müsabiqə nəticəsində magistraturaya 13845 nəfər qəbul olunub. Bundan əlavə, ixtisaslaşma seçimi haqqında elana uyğun olaraq 500 nəfərdən çox bakalavr qəbul imtahanından sonra “ADA” Universiteti, M.V.Lomonosov adına MDU-nun Bakı filialı, Birgə Azərbaycan Fransız Universiteti (UFAZ), İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, DSX Akademiyası, digər hüquq mühafizə orqanlarının akademiyaları və hərbi institutların qəbul prosedurlarına əsasən ali təhsil müəssisələrinə qəbul olunublar.

Post navigation

Previous: Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
Next: Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-31 171701
  • Cəmiyyət

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Cavidan 31 İyul, 2026
Screenshot 2026-07-31 164520
  • Cəmiyyət

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Cavidan 31 İyul, 2026
Screenshot 2026-07-31 155150
  • Cəmiyyət

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

Cavidan 31 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 847)
  • Dünya (993)
  • Gündəm (3. 237)
  • İdman (681)
  • İqtisadiyyat (610)
  • Kateqoriyasızlar (174)
  • Kriminal (1. 416)
  • Mədəniyyət (356)
  • Siyasət (391)
  • Texnologiya (15)

Xəbər Trendi

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq Screenshot 2026-07-31 171701 1
  • Cəmiyyət

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

31 İyul, 2026
Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib Screenshot 2026-07-31 164520 2
  • Cəmiyyət

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

31 İyul, 2026
Magistratura üzrə plan yerləri niyə boş qalıb? Screenshot 2026-07-31 161554 3
  • Cəmiyyət

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

31 İyul, 2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir Screenshot 2026-07-31 155150 4
  • Cəmiyyət

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

31 İyul, 2026
İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı olub Screenshot 2026-07-31 152028 5
  • Siyasət

İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışı olub

31 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2847) Dünya (993) Gündəm (3237) Kateqoriyasızlar (174) Kriminal (1416) Mədəniyyət (356) Siyasət (391) Texnologiya (15) İdman (681) İqtisadiyyat (610)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.