Skip to content
20 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib
  • Cəmiyyət

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış
Cavidan 29 İyul, 2026
Screenshot 2026-07-29 145352

Fransaya casusluqda ittiham olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə çıxarılan hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, müdafiə tərəfinin verdiyi şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Martin Ryan 10 il, Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış, əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, bir sıra xarici dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən Martin Ryan Azad Məmmədlini Bakı şəhərində Fransanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşdürüb. Azad Məmmədliyə görəcəyi işlərin qarşılığında xarici vətəndaşlıq vəd olunub. Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryana AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi, AR vətəndaşı Azad Məmmədliyə isə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Post navigation

Previous: Sabah Azərbaycanda 39 dərəcə isti olacaq
Next: Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Bölmənin digər xəbərləri

Screenshot_20260919_142317_com_android_chrome_ChromeTabbedActivity
  • Cəmiyyət

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb

Cavidan 19 Sentyabr, 2026
Screenshot_20260919_123606_com_android_chrome_ChromeTabbedActivity
  • Cəmiyyət

Bazar günü arabir yağış yağacaq

Cavidan 19 Sentyabr, 2026
Screenshot_20260919_114223_com_android_chrome_ChromeTabbedActivity
  • Cəmiyyət

XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib

Cavidan 19 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 142)
  • Dünya (1. 059)
  • Gündəm (3. 378)
  • İdman (237)
  • İqtisadiyyat (162)
  • Kateqoriyasızlar (217)
  • Kriminal (286)
  • Mədəniyyət (96)
  • Siyasət (413)
  • Texnologiya (15)

Xəbər Trendi

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb Screenshot_20260919_142317_com_android_chrome_ChromeTabbedActivity 1
  • Cəmiyyət

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb

19 Sentyabr, 2026
Bazar günü arabir yağış yağacaq Screenshot_20260919_123606_com_android_chrome_ChromeTabbedActivity 2
  • Cəmiyyət

Bazar günü arabir yağış yağacaq

19 Sentyabr, 2026
XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib Screenshot_20260919_114223_com_android_chrome_ChromeTabbedActivity 3
  • Cəmiyyət

XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib

19 Sentyabr, 2026
Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür Screenshot_20260919_095303_com_android_chrome_ChromeTabbedActivity 4
  • Cəmiyyət

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

19 Sentyabr, 2026
WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır Screenshot_20260919_083934_com_android_chrome_ChromeTabbedActivity 5
  • Dünya

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

19 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3142) Dünya (1059) Gündəm (3378) Kateqoriyasızlar (217) Kriminal (286) Mədəniyyət (96) Siyasət (413) Texnologiya (15) İdman (237) İqtisadiyyat (162)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.