Skip to content
21 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • “Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb
  • Cəmiyyət
  • Gündəm

“Bir pəncərə” layihəsində ixrac gömrük bəyannaməsinin inteqrasiyası yekunlaşıb

Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və texniki
Cavidan 16 İyul, 2026
Screenshot 2026-07-16 110559


Birinci mərhələ çərçivəsində ixrac gömrük bəyannaməsinin “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası üzrə nəzərdə tutulmuş bütün funksional və texniki işlər tam həcmdə başa çatdırılıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov Bakıda keçirilən “Bir pəncərə” informasiya sistemi – Rəqəmsal Logistika Platformasının rəsmi təqdimat mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu mərhələdə API arxitekturası qurulmuş, təhlükəsizlik mexanizmləri yaradılıb, VPN bağlantıları təşkil edilmiş, mal nomenklaturası və digər təsnifat məlumatları üzrə servis interfeysləri hazırlanmış, elektron gömrük bəyannaməsinin formalaşdırılması, status mübadiləsi, bildiriş mexanizmləri, autentifikasiya və digər zəruri funksiyalar yaradılıb:

“Ümumilikdə, layihənin birinci mərhələsi üzrə müəyyən edilmiş 154 funksional və texniki tapşırığın hamısı uğurla icra edilib.

Layihənin hazırlanması prosesində sistemin yalnız texniki baxımdan deyil, həm də istifadəçiyönümlü yanaşma əsasında formalaşdırılmasına xüsusi diqqət yetirilib.

Bu məqsədlə, 2026-cı ilin aprel-may ayları ərzində Bakı Baş Gömrük İdarəsində “bir pəncərə” layihə komandası, gömrük əməkdaşları və gömrük təmsilçilərinin iştirakı ilə sistemin funksional imkanlarına dair praktiki baxış keçirilib. Tədbir zamanı gömrük təmsilçiləri ixrac gömrük bəyannaməsini birbaşa sistem üzərindən formalaşdıraraq bütün prosesləri real iş mühitində sınaqdan keçirmiş, istifadə zamanı əldə etdikləri təcrübə əsasında rəy və təkliflərini təqdim etmişdilər.

Təqdim olunan rəy və təkliflər hərtərəfli təhlil edilmiş, onların əksəriyyəti sistemdə nəzərə alınaraq funksional və istifadə rahatlığı baxımından müvafiq təkmilləşdirmələr həyata keçirilib”.

Birinci mərhələnin mühüm nəticəsi olaraq, 4 may 2026-cı il tarixində “bir pəncərə” informasiya sistemi vasitəsilə təqdim edilmiş ilk ixrac gömrük bəyannaməsi uğurla qəbul olunmuş, avtomatlaşdırılmış emal prosesindən keçərək təsdiqlənmiş və malların buraxılışı həyata keçirilib.

Bu hadisə layihənin praktik tətbiq mərhələsinə keçdiyini və sistemin real əməliyyat mühitündə uğurla fəaliyyət göstərdiyini nümayiş etdirilib.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Şəmkirdə 11 nəfər salatdan zəhərləndi
Sonrakı: İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

Bölmənin digər xəbərləri

v9kUIaJ4R76dOfmCGbSo9f9RK7km_1200
  • Cəmiyyət

Türkiyə Pakistan və daha iki ölkə ilə müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb

Cavidan 21 Oktyabr, 2026
6cfa4b76-74f1-39d8-a59v
  • Cəmiyyət

Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub – Sərəncam

Cavidan 21 Oktyabr, 2026
zjjobmHtzJmLdJFBeV
  • Cəmiyyət

Mirzoyan: Rusiya dəmir yollarının konsessiyası qərb tərəfdaşlarımızda suallar doğurur

Cavidan 21 Oktyabr, 2026

Teqlər

Aktivlərin idarə edilməsi Aktiv yaddaş Android Anime ani çap AnTuTu Apple AzInTelecom Bank infrastrukturu bazar Bee Birbank Business Counterpoint Research Edgerunners fotoaparat Fujifilm geympad Instax Square 2 iPad Pro iPhone 18 Pro JBOD Meta Microsoft Muse Wonder Netflix Newsbeat oyun Oyunlar Planşetlər Pul köçürmələri QNAP Reytinq Roadster Rəqəmsal İmza Samsung Science smartfon spacex Süni intellekt SİMA İmza Texnologiya World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 323)
  • Dünya (1. 088)
  • Gündəm (3. 469)
  • İdman (252)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (241)
  • Kriminal (302)
  • Mədəniyyət (97)
  • Siyasət (442)
  • Texnologiya (23)

Xəbər Trendi

Kreml Ukrayna üzrə üçtərəfli danışıqları bərpa etməyə hazırdır – YENİLƏNİB 6ad8c95ead5546V 1
  • Dünya

Kreml Ukrayna üzrə üçtərəfli danışıqları bərpa etməyə hazırdır – YENİLƏNİB

21 Oktyabr, 2026
Türkiyə Pakistan və daha iki ölkə ilə müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb v9kUIaJ4R76dOfmCGbSo9f9RK7km_1200 2
  • Cəmiyyət

Türkiyə Pakistan və daha iki ölkə ilə müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb

21 Oktyabr, 2026
Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub – Sərəncam 6cfa4b76-74f1-39d8-a59v 3
  • Cəmiyyət

Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub – Sərəncam

21 Oktyabr, 2026
Dövlət Statistika Komitəsinin strukturu dəyişib yyVUZykeN2XWtjMfLb 4
  • Kateqoriyasızlar

Dövlət Statistika Komitəsinin strukturu dəyişib

21 Oktyabr, 2026
Mirzoyan: Rusiya dəmir yollarının konsessiyası qərb tərəfdaşlarımızda suallar doğurur zjjobmHtzJmLdJFBeV 5
  • Cəmiyyət

Mirzoyan: Rusiya dəmir yollarının konsessiyası qərb tərəfdaşlarımızda suallar doğurur

21 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3323) Dünya (1088) Gündəm (3469) Kateqoriyasızlar (241) Kriminal (302) Mədəniyyət (97) Siyasət (442) Texnologiya (23) İdman (252) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 7
  • 657
  • 324
  • 5. 452

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.