Skip to content
15 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər
  • Cəmiyyət

Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər

Yaşayış binalarının dəhlizlərindəki qonşunu izləyən kameralar qanunsuz sayıla bilər. Bu barədə Ali Məhkəmədə baxılan iş əsasında qərar qəbul
Cavidan 9 İyul, 2026
Screenshot 2026-07-09 103712

Yaşayış binalarının dəhlizlərindəki qonşunu izləyən kameralar qanunsuz sayıla bilər.

Bu barədə Ali Məhkəmədə baxılan iş əsasında qərar qəbul olunub.

Belə ki, baxılan işdə tərəflər yaşayış binasının eyni girişində, eyni mərtəbəsində yaşayan qonşular olub. Qarşı tərəf cavabdehin ümumi dəhlizdə və öz mənzilinin giriş hissəsində kameralar quraşdırmasının onun şəxsi həyatının toxunulmazlığı hüququnu pozduğu ilə bağlı məhkəməyə müraciət edib.

Ali Məhkəmə qərarda qeyd edib ki, hər bir şəxs öz mənzilinin və əmlakının təhlükəsizliyini təmin etmək üçün müşahidə kamerası quraşdıra bilər. Ancaq bu hüquq həyata keçirilməsi digər şəxslərin şəxsi həyatına qanunsuz müdaxilə təşkil etməməlidir.

Qərarda vurğulanıb ki, şəxsi həyat anlayışı yalnız mənzilin daxilində baş verən hadisələrlə məhdudlaşmır. Şəxsin mənzilə nə vaxt daxil olub-çıxması, onu kimlərin ziyarət etməsi, gündəlik həyat ritmi, eləcə də təsvirinin davamlı şəkildə qeydə alınması onun şəxsi həyatına aid məlumatlardır. Buna görə də bu məlumatların sistemli şəkildə toplanmasına imkan verən müşahidə şəxsi həyata müdaxilə hesab oluna bilər.

Ali Məhkəmənin hüquqi mövqeyinə görə, çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan dəhlizini və ya digər mənzillərin giriş hissələrini əhatə edən müşahidə kamerası yalnız həmin dəhlizə çıxan qonşuların razılığı olduqda quraşdırıla bilər.

Əgər belə razılıq yoxdursa, təhlükəsizlik məqsədilə quraşdırılan kameranın görüntü bucağı yalnız onu quraşdıran şəxsin mənzilinin giriş hissəsini əhatə etməlidir. Kamera dəhlizi, liftin qarşısını, digər qonşuların mənzillərinin girişini, onların mənzilə giriş-çıxışını və ya təsvirini davamlı şəkildə qeydə almamalıdır. Kameranın görüntü dairəsi zəruri həddi aşaraq qonşuların mənzillərini və onların hərəkətlərini əhatə edərsə, bu artıq Konstitusiya ilə qorunan şəxsi həyata müdaxilə sayılır.

Konkret iş üzrə Ali Məhkəmə yalnız mənzilin qapısı üzərində quraşdırılmış kameranın görüntü bucağının həmin mənzilin giriş hissəsi ilə məhdudlaşdırılmasını, ümumi dəhlizi və qonşuların mənzillərini əhatə edən digər kameranın isə sökülməsini qərara alıb. Məhkəmə bu yanaşmanı tərəflərin hüquqları arasında ədalətli balansın təmin edilməsinə yönəlmiş, zəruri və proporsional tədbir hesab edib.

Həmçinin məhkəmə hesab edib ki, şəxsin iradəsi xaricində uzun müddət müşahidə olunması və təsvirinin müntəzəm qeydə alınması onda daimi izlənildiyi hissini yarada, psixoloji narahatlıq və mənəvi iztirablara səbəb ola bilər. Belə hallarda şəxsi həyata qanunsuz müdaxilə sübuta yetirilərsə, mənəvi zərərin ayrıca sübut edilməsinə ehtiyac yoxdur. Hüquqazidd müdaxilənin özü mənəvi zərərin mövcudluğu barədə prezumpsiya yaradır və əksini iddia edən şəxs bunu sübut etməlidir.

Bu hüquqi mövqeyə əsaslanaraq Ali Məhkəmə qonşunun şəxsi həyat hüququnun pozulduğunu qəbul etməklə yanaşı, onun xeyrinə mənəvi zərər əvəzinin tutulmasını da qanuni hesab edib.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib
Sonrakı: Bağçalara sənəd qəbulu başlayır – valideynlər nəyi bilməlidir? 

Bölmənin digər xəbərləri

H9GxZ8AoUMky1Zpq b
  • Cəmiyyət

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Cavidan 15 Oktyabr, 2026
HrORBeEahVUEHCvoxnsQK8 b
  • Cəmiyyət

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

Cavidan 15 Oktyabr, 2026
uC41Nw6b8rLfmv
  • Cəmiyyət

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

Cavidan 14 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google iPad Pro iPhone 18 Pro Mastercard Messi Meta Muse Wonder Newsbeat Oyunlar Panic Button Pele Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Sport Stories Süni intellekt Texnologiya Tədqiqat World

Bölmələr

  • Cəmiyyət (3. 276)
  • Dünya (1. 083)
  • Gündəm (3. 461)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (11)

Xəbər Trendi

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər H9GxZ8AoUMky1Zpq b 1
  • Cəmiyyət

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

15 Oktyabr, 2026
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb kPg3Qjt2ZCfKsCe6jE v 2
  • İqtisadiyyat

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb

15 Oktyabr, 2026
UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır 753c2c08-584e-3583-a7ea v 3
  • İdman

UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır

15 Oktyabr, 2026
Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq HrORBeEahVUEHCvoxnsQK8 b 4
  • Cəmiyyət

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

15 Oktyabr, 2026
Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub uC41Nw6b8rLfmv 5
  • Cəmiyyət

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

14 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3276) Dünya (1083) Gündəm (3461) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (11) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 2
  • 92
  • 90
  • 4. 747

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.