Skip to content
6 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 043)
  • Dünya (3. 249)
  • Gündəm (11. 354)
  • İdman (633)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (470)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 961)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Tanınmış həkim elan etdi: “Bununla yaşamağı öyrənəcəyik”

“Omikron”un yoluxuculuğu öncəki ştamlardan 70 dəfə daha yüksəkdir. Maskadan istifadə etməli və qabaqlayıcı tədbirlər görməliyik. Təzyiq və şəkərli
Cavidan 22 Yanvar, 2022

“Omikron”un yoluxuculuğu öncəki ştamlardan 70 dəfə daha yüksəkdir. Maskadan istifadə etməli və qabaqlayıcı tədbirlər görməliyik. Təzyiq və şəkərli diabet xəstəliyindən əziyyət çəkən yaşlı bir kəsim var ki, onları qorumalıyıq. “Omikron” ştamının klinik gedişi digərləri ilə müqayisədə daha yüngül olsa da, risk qrupunda olan şəxslər üçün yenə də təhlükəlidir. Ola bilər ki, yüngül keçirəsiniz, lakin yaşlıları yoluxdurmamaq üçün maskadan istifadə etməliyik.

Bu sözləri həkim Turanə Rəsulova deyib.

O bildirib ki, hər bir ölkə əvvəlki ştamlarla müqayisədə yoluxma sayında pik yaşayır:

“Amma xəstəxanaya yatış və reanimasiyaya ehtiyacı olanların sayında elə bir artım yoxdur. Bu o deməkdir ki, yoluxma artsa da, səhiyyə sisteminin yüklənməsi ehtimalı gözlənilmir. Əlbəttə ki, hər vəziyyətin dinamikasına uyğun düşünüb qərar verilməlidir. Amma cənab Prezidentin və səhiyyə nazirinin çıxışlarında deyildiyi kimi, yataq rezervi yetərlidir. Bu səbəbdən də mənim fikrimcə, daha sərt karantin tədbirlərinə hələ ehtiyac yoxdur”.

“Turkovac” vaksinindən danışan mütəxəssis qeyd edib ki, istənilən halda vaksinlərə etibar etməyə dəyər:

“Vaksinin edə biləcəyi ən yaxşı funksiyası bizi qorumaqdır. Bu vaksinlərin zərərli olmadığı aydınlaşandan sonra istifadəsinə icazə verilir. Odur ki, vaksinasiyaya mütləq şəkildə “hə” deməliyik.

Vəba dönəmində də insanlar elə hesab edirdi ki, xəstəliyi həkimlər özləri yayır. Bizim yeganə istəyimiz odur ki, insanlar sağlam olsunlar və tezliklə bu ağır dönəmi atladaq. Vaksinlərin yol aça biləcəyi ciddi problem mövcud deyil. İnsan hüquqları və tibbi etika tələb edir ki, zərər vermədiyi müddətdə nəsə edə bilərsən. Və bu, çox leqal prosesdir. Vaksinlərin istifadəyə başlaması üçün Ümumdünya Səhiyyə Təşkilatının nüfuzlu ekspertləri iştirak edir və sınaqdan keçirilir. Eyni zamanda vurğulamaq lazımdır ki, vaksinlər dünyada ilk növbədə tibb işçilərinə, həkimlərə vurulur. Əgər burada şübhə yeri olsaydı, həkimlər vaksin vurdurardımı?”

T.Rəsulova bildirib ki, “omikron” ştamı mövsümi qriplə bənzərdir:

“Burun axıntısı, oynayan qızdırma, halsızlıq eyni ilə mövsüm qripində olduğu kimidir. Yay dönəmində də deyirdik ki, qış gələnə qədər vaksinasiya olunmaq lazımdır. Çünki qış özü ilə birlikdə başqa viral xəstəliklər də gətirəcək. Azərbaycanda hazırda influenza da yayılmağa başlayıb və bu, digər ölkələrdə də belədir. Hazırda “omikron”un dünyada yayılması qriplə eynidir. Zamanla “omikron”a qarşı immunitet qazanmış olacağıq. Hazırda edə biləcəyimiz effektiv yol 3 doza vaksin vurdurmaq və “omikron” ştamının yarada biləcəyi ağırlaşmaları ortadan qaldırmaqdır. Bundan əlavə, yuxu rejiminin düzgün olması, sağlam qidalanma və idman orqanizmin immunitetini güclü saxlayan amillərdir.

Pandemiyanın bitməsinin bir neçə ssenarisi mümkündür. Onlardan biri o idi ki, özü-özünü bitirsin, amma bu ssenari özünü doğrultmadı. İkinci variant odur ki, endemik olsun. Biz hər il bunu keçirəcəyik, daha çox mövsüm qripinə bənzəyəcək, əsasən yüngül olacaq. Əlbəttə ki, həssas şəxslər qripdə olduğu kimi, bundan daha çox təsirlənəcək. Amma bununla yaşamağı öyrənəcəyik”.

Continue Reading

Previous: İmmunitet sertifikatı test nəticəsindən 7 gün sonra veriləcək
Next: Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Bölmənin digər xəbərləri

Ağsaqqallar Şurası İranın Azərbaycana dron hücumu ilə bağlı bəyanat yayıb
  • Cəmiyyət

Ağsaqqallar Şurası İranın Azərbaycana dron hücumu ilə bağlı bəyanat yayıb

6 Mart, 2026
Rəsmi Bakı: Qətər, Küveyt və Bəhreyndə qalan Azərbaycan vətəndaşları sabah Ciddədən təxliyə ediləcək
  • Cəmiyyət

Rəsmi Bakı: Qətər, Küveyt və Bəhreyndə qalan Azərbaycan vətəndaşları sabah Ciddədən təxliyə ediləcək

6 Mart, 2026
Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng edib, İranın hərbi hücumunu pisləyib
  • Cəmiyyət

Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng edib, İranın hərbi hücumunu pisləyib

6 Mart, 2026

Top 7 Xəbər

Ağsaqqallar Şurası İranın Azərbaycana dron hücumu ilə bağlı bəyanat yayıb 1

Ağsaqqallar Şurası İranın Azərbaycana dron hücumu ilə bağlı bəyanat yayıb

6 Mart, 2026
Rəsmi Bakı: Qətər, Küveyt və Bəhreyndə qalan Azərbaycan vətəndaşları sabah Ciddədən təxliyə ediləcək 2

Rəsmi Bakı: Qətər, Küveyt və Bəhreyndə qalan Azərbaycan vətəndaşları sabah Ciddədən təxliyə ediləcək

6 Mart, 2026
Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğunun təxliyəsi ilə bağlı tapşırıq verilib 3

Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğunun təxliyəsi ilə bağlı tapşırıq verilib

6 Mart, 2026
Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng edib, İranın hərbi hücumunu pisləyib 4

Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng edib, İranın hərbi hücumunu pisləyib

6 Mart, 2026
İsraildə İranla müharibə başlayandan bəri 1 619 nəfər xəsarət alıb 5

İsraildə İranla müharibə başlayandan bəri 1 619 nəfər xəsarət alıb

6 Mart, 2026
Prezident İlham Əliyev Moldova xarici işlər nazirini qəbul edib 6

Prezident İlham Əliyev Moldova xarici işlər nazirini qəbul edib

6 Mart, 2026
KİV: BƏƏ İranın aktivlərinin dondurulması imkanlarını araşdırır 7

KİV: BƏƏ İranın aktivlərinin dondurulması imkanlarını araşdırır

6 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 043)
  • Dünya (3. 249)
  • Gündəm (11. 354)
  • İdman (633)
  • İqtisadiyyat (574)
  • Kateqoriyasızlar (470)
  • Kriminal (1. 345)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 961)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9043) Dünya (3249) Gündəm (11354) Kateqoriyasızlar (470) Kriminal (1345) Mədəniyyət (338) Siyasət (2961) Texnologiya (14) İdman (633) İqtisadiyyat (574)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ağsaqqallar Şurası İranın Azərbaycana dron hücumu ilə bağlı bəyanat yayıb 6 Mart, 2026
  • Rəsmi Bakı: Qətər, Küveyt və Bəhreyndə qalan Azərbaycan vətəndaşları sabah Ciddədən təxliyə ediləcək 6 Mart, 2026
  • Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğunun təxliyəsi ilə bağlı tapşırıq verilib 6 Mart, 2026
  • Şahbaz Şərif Azərbaycan Prezidentinə zəng edib, İranın hərbi hücumunu pisləyib 6 Mart, 2026
  • İsraildə İranla müharibə başlayandan bəri 1 619 nəfər xəsarət alıb 6 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.