Skip to content
23 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • BİZİM TƏQVİM:23 iyunda baş vermiş tarixi hadisələr
  • Cəmiyyət
  • Gündəm

BİZİM TƏQVİM:23 iyunda baş vermiş tarixi hadisələr

Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə iyunun 23-ü Dövlət qulluqçularının peşə bayramı kimi
Cavidan 23 İyun, 2026
Screenshot 2026-06-23 085425

Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə iyunun 23-ü Dövlət qulluqçularının peşə bayramı kimi qeyd edilir. Qeyd edək ki, BMT Baş Assambleyasının 2003-cü il 7 mart tarixli qərarı ilə 23 iyun Dünya Dövlət Qulluğu Günüdür.

Bu bayram dövlət qulluqçularının işinin qiymətləndirilməsi və gənclərin bu vacib sahədə karyera qurmağa marağının artırılmasını nəzərdə tutur. 

Bəs, iyunun 23-də dünyada daha hansı hadisələr baş verib?

1. 1888-ci ilin bu günü Fransanın Lill şəhərində yerli fəhlə-sosialistlər xor bayram mərasimində ilk dəfə “İnternacional” (Beynəlmiləl) marşını oxudular. Marşın bəstəkarı Pyer Degeyter, sözlərin müəllifi isə Ejen Pokyedir.

2. 1894-cü il 23 iyunda Parisdə keçirilən Beynəlxalq İdman Konqresində Fransanın ictimai xadimi Pyer de Kubertenin təşəbbüsü ilə müasir olimpiya hərəkatının rəhbər orqanı – Beynəlxalq Olimpiya Komitəsi yaradıldı. Elə həmin vaxt Beynəlxalq Olimpiya Komitəsi qərargahın İsveçrənin Lozanna şəhərində yerləşməsi barədə qərar qəbul etdi.

3. 23 iyun Ümumdünya Olimpiya Günüdür. 1967-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin qərarı ilə hər ilin bu günü Olimpiya Günü kimi qeyd edilir.

4. 1918-ci il iyunun 23-də Azərbaycanda yaranmış gərgin vəziyyəti nəzərə alaraq Fətəli xan Xoyskinin rəhbərlik etdiyi İkinci Hökumət ölkədə Hərbi Vəziyyət elan etdi. Yenicə yaradılmış Qafqaz İslam Ordusuna tapşırıldı ki, Hərbi Vəziyyətə uyğun olaraq Daxili İşlər Nazirliyinin rəhbərliyi altında fəaliyyət planı hazırlasın.

O zaman Qafqaz İslam Ordusu Osmanlının 5-ci diviziyası və general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu əsasında təşkil edilmişdi. Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunda 18 minədək əsgər və zabit vardı ki, bunun 6000-i Osmanlı nizami ordusundan, 12 minə qədəri isə Azərbaycan hərbi hissələrindən ibarət idi.

5. 23 iyun 1920–ci ildə Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə Azərbaycan Milli Hökuməti qurulub. Cənubi Azərbaycan Milli Hökuməti 1920-ci ilin sentyabrında Şeyx Məhəmməd Xiyabaninin qətlə yetirilməsi ilə süqut edib.

6. 23 iyun 1941-ci ildə Türkiyə “Refah Şilebi faciəsi”lə sarsıldı. II Dünya Müharibəsindən əvvəl İngiltərədən sifariş verilən sualtı qayıq və qırıcı təyyarələri almaq üçün göndərilən heyəti aparan “Refah Şilebi” gəmisi Kiprdən naməlum sualtı qayıq tərəfindən batırıldı, 32 nəfər xilas edilsə də, 168 adam həyatını itirdi.

7. 2016-cı il 23 iyunda İngiltərədə keçirilən “Brexit” referendumunda seçicilərin 52 faizi Birləşmiş Krallığın Avropa İttifaqını tərk etməsi üçün səs verdi.

23 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Osmanlı imperiyasının böyük türk dənizçisi Turqut Rəis Malta mühasirəsi zamanı – 1565-ci ilin bu günündə həlak olub (1485-1565).

2. Tanınmış rus şairəsi Anna Axmatova 1889-cu il 23 iyunda dünyaya gəlib. Ədəbi fəaliyyətinin ilk dövründə akmeizmə meyl edib. Böyük Oktyabr İnqilabını qəbul etməyib. Müharibə illərində vətənpərvərlik ruhunda şeirlər yazıb. Onun şeirləri forma kamilliyi, ahəngdarlığı və dərin lirizmi ilə seçilir. “Qəhrəmansız poema” Anna Axmatova yaradıcılığının zirvəsi sayılır (1889-1966).

3. Türkiyəli yazar Əhməd Həmdi Tanpınar 23 iyun 1901-ci ildə dünyaya gəlib.

4. Azərbaycanlı şairə, tərcüməçi, Əməkdar mədəniyyət işçisi, Xalq şairi Nigar Rəfibəyli 23 iyun 1913-cü ildə anadan olub. Nigar Rəfibəyli Xalq şairi Rəsul Rzanın həyat yoldaşı və Xalq yazıçısı Anarın anasıdır.(Bizim.Media)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir
Next: Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-23 173441
  • Cəmiyyət

İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI

Cavidan 23 İyun, 2026
Screenshot 2026-06-23 170051
  • Gündəm

İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib

Cavidan 23 İyun, 2026
Screenshot 2026-06-23 155526
  • Cəmiyyət

“EU Reporter”: Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib

Cavidan 23 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 635)
  • Dünya (3. 412)
  • Gündəm (11. 895)
  • İdman (666)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (515)
  • Kriminal (1. 404)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI Screenshot 2026-06-23 173441 1
  • Cəmiyyət

İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI

23 İyun, 2026
İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib Screenshot 2026-06-23 170051 2
  • Gündəm

İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib

23 İyun, 2026
DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar Screenshot 2026-06-23 162549 3
  • İdman

DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar

23 İyun, 2026
“EU Reporter”: Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib Screenshot 2026-06-23 155526 4
  • Cəmiyyət

“EU Reporter”: Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib

23 İyun, 2026
Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb Screenshot 2026-06-23 152232 5
  • Kateqoriyasızlar

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb

23 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9635) Dünya (3412) Gündəm (11895) Kateqoriyasızlar (515) Kriminal (1404) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (666) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.