Skip to content
11 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub
  • Cəmiyyət
  • Gündəm

Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub

Cavidan 22 İyun, 2026
Screenshot 2026-06-22 105831

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Ağcabədi Pedaqoji Kollecinin rəhbər heyətinə yeni təyinatlar olub.

Agentlikdən verilən məlumata görə, əmrə əsasən, Əhəd Məmmədov Ağcabədi Pedaqoji Kollecinin direktoru, Cəlal Bayramov isə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

Əhəd Məmmədov bakalavr təhsilini Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında “İngilis dili müəllimliyi” ixtisası üzrə alıb. Hazırda ADA Universitetində “Təlim və tədrisin təşkili” ixtisaslaşması üzrə magistratura səviyyəsində təhsilini davam etdirir. Əmək fəaliyyətinə ingilis dili müəllimi kimi başlayan Əhəd Məmmədov 2015–2021-ci illərdə müxtəlif təhsil müəssisələrində çalışıb. O, 93 nömrəli tam orta məktəbdə, eləcə də Tərtər şəhər Ə.Məmmədov adına 1 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərib. 2025-ci ildən Ağcabədi Pedaqoji Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb, 2026-cı ilin fevral ayından isə son təyinatadək kollecin direktoru vəzifəsini müvəqqəti icra edib.

Cəlal Bayramov ali təhsilini Gəncə Dövlət Universitetində “Biologiya müəllimliyi” ixtisası üzrə alıb. Pedaqoji fəaliyyəti dövründə Ağsu, Şəki və Oğuz rayonlarının müxtəlif kənd məktəblərində biologiya müəllimi kimi çalışıb. 2022-ci ildən etibarən Şəki rayon İbrahimkənd kənd tam orta məktəbinin direktoru vəzifəsində fəaliyyət göstərib. O, təhsilin idarə olunması sahəsində bir sıra yerli və beynəlxalq təlim proqramlarında iştirak edib, o cümlədən ADA Universitetinin “Bir müəllimin manifesti” ixtisasartırma proqramını uğurla başa vurub. Cəlal Bayramov, həmçinin 2022-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən “İlin peşəkar gənci” döş nişanı və fəxri diplomu ilə təltif olunub. O, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə də təltif edilib.

Post navigation

Previous: Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Next: Sabah Cəlilabadın üç kəndində qaz olmayacaq

Bölmənin digər xəbərləri

Screenshot_20260810_181347_com_android_chrome_ChromeTabbedActivity
  • Cəmiyyət

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

Cavidan 10 Avqust, 2026
Screenshot 2026-08-10 124503
  • Cəmiyyət

Sabah yağış yağacaq, güclü külək əsəcək

Cavidan 10 Avqust, 2026
Screenshot 2026-08-10 121949
  • Cəmiyyət

Sabah Astarada qaz olmayacaq

Cavidan 10 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 910)
  • Dünya (1. 003)
  • Gündəm (3. 256)
  • İdman (214)
  • İqtisadiyyat (149)
  • Kateqoriyasızlar (188)
  • Kriminal (264)
  • Mədəniyyət (93)
  • Siyasət (395)
  • Texnologiya (15)

Xəbər Trendi

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb Screenshot_20260810_181347_com_android_chrome_ChromeTabbedActivity 1
  • Cəmiyyət

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

10 Avqust, 2026
MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır Screenshot_20260810_173149_com_android_chrome_ChromeTabbedActivity 2
  • Kateqoriyasızlar

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

10 Avqust, 2026
Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib Screenshot_20260810_164042_com_android_chrome_ChromeTabbedActivity 3
  • Kateqoriyasızlar

Bolqarıstan XİN başçısı Ukrayna səfiri ilə PUA insidentini müzakirə edib

10 Avqust, 2026
Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək Screenshot_20260810_150945_com_android_chrome_ChromeTabbedActivity 4
  • Mədəniyyət

Adil Kərimli Laçında vətəndaş qəbulu keçirəcək

10 Avqust, 2026
Azərbaycan nefti cüzi bahalaşıb Screenshot_20260810_141358_com_android_chrome_ChromeTabbedActivity 5
  • Kateqoriyasızlar

Azərbaycan nefti cüzi bahalaşıb

10 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2910) Dünya (1003) Gündəm (3256) Kateqoriyasızlar (188) Kriminal (264) Mədəniyyət (93) Siyasət (395) Texnologiya (15) İdman (214) İqtisadiyyat (149)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.