Skip to content
15 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur
  • Cəmiyyət

Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur

2025-ci ildə Azərbaycanda sosialyönümlü xərclərin məbləği və dövlət büdcəsindəki payı artıb, aparılan təhlillər sosialyönümlü xərclərin tərkibinə yenidən baxılmasının
Cavidan 12 İyun, 2026
Screenshot 2026-06-12 114928


2025-ci ildə Azərbaycanda sosialyönümlü xərclərin məbləği və dövlət büdcəsindəki payı artıb, aparılan təhlillər sosialyönümlü xərclərin tərkibinə yenidən baxılmasının zəruriliyini göstərib.

Bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsinin icrası” haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənəddə deyilir ki, 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata əsasən, ötən il sosialyönümlü xərclər dövlət büdcəsi xərclərinin 39,5 %-i qədər və yaxud 15 milyard 254,2 milyon manat icra olunub ki, bu da 2024-cü illə müqayisədə 4,1 % çoxdur.

“Müsbət haldır ki, 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda sosialyönümlü xərclərin tərkib elementləri 2025-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı təqdim edilmiş İzahatdakı komponentlərlə uyğunlaşdırılıb, əhalinin icbari tibbi sığortalanması və səhiyyə sahəsində dövlət proqramları və tədbirlərinin icrası, kommunal, kommunikasiya xidmətləri və digər tədbirlərlə bağlı xərclər sosialyönümlü xərclərə daxil edilib.

Bununla yanaşı, təhlillərimiz əvvəlki rəylərimizdə də bildirdiyimiz kimi, sosialyönümlü xərclərin tərkibinə daxil edilə biləcək digər xərc istiqamətlərinin də olduğunu göstərir ki, bu da sosialyönümlü xərclərin məbləğinin qeyd olunandan daha artıq olduğunu deməyə imkan verir. Məsələn, yararsız və qəzalı hala düşmüş binalardan köçürülmüş sakinlərə kirayə haqqının ödənilməsi, işğaldan azad edilmiş ərazilərdə ödənilmiş kommunal xidmətlərə və məcburi dövlət sosial sığorta haqlarına görə 10 il müddətinə dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımının göstərilməsi və s. kimi xərclər də mahiyyət etibarilə sosialyönümlü hesab edilə bilər”, – deyə Rəydə qeyd olunub.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Milli Məclisin iclası başlayıb
Sonrakı: Xüsusi qabiliyyət imtahanlarına start verilir

Bölmənin digər xəbərləri

H9GxZ8AoUMky1Zpq b
  • Cəmiyyət

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Cavidan 15 Oktyabr, 2026
HrORBeEahVUEHCvoxnsQK8 b
  • Cəmiyyət

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

Cavidan 15 Oktyabr, 2026
uC41Nw6b8rLfmv
  • Cəmiyyət

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

Cavidan 14 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google iPad Pro iPhone 18 Pro Mastercard Messi Meta Muse Wonder Newsbeat Oyunlar Panic Button Pele Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Sport Stories Süni intellekt Texnologiya Tədqiqat World

Bölmələr

  • Cəmiyyət (3. 276)
  • Dünya (1. 083)
  • Gündəm (3. 461)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (11)

Xəbər Trendi

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər H9GxZ8AoUMky1Zpq b 1
  • Cəmiyyət

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

15 Oktyabr, 2026
Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb kPg3Qjt2ZCfKsCe6jE v 2
  • İqtisadiyyat

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb

15 Oktyabr, 2026
UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır 753c2c08-584e-3583-a7ea v 3
  • İdman

UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır

15 Oktyabr, 2026
Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq HrORBeEahVUEHCvoxnsQK8 b 4
  • Cəmiyyət

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

15 Oktyabr, 2026
Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub uC41Nw6b8rLfmv 5
  • Cəmiyyət

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

14 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3276) Dünya (1083) Gündəm (3461) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (11) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 93
  • 91
  • 4. 748

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.