Skip to content
28 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Fransanın ikiüzlü siyasəti – Başqasına azadlıq dərsi keçən Parisin kolonializm ambisiyaları – ŞƏRH
  • Cəmiyyət
  • Gündəm

Fransanın ikiüzlü siyasəti – Başqasına azadlıq dərsi keçən Parisin kolonializm ambisiyaları – ŞƏRH

Dünyada və müxtəlif beynəlxalq platformalarda özünü insan hüquqları və demokratiyanın beşiyi, azadlıq ideyaları, insan hüquqları və ədalətin əsas
Cavidan 10 İyun, 2026
Screenshot 2026-06-10 141020

Dünyada və müxtəlif beynəlxalq platformalarda özünü insan hüquqları və demokratiyanın beşiyi, azadlıq ideyaları, insan hüquqları və ədalətin əsas müdafiəçisi kimi təqdim edən Fransanın qlobal arenada maskası düşməyə davam edir.

Fransa on illərdir Fransız Polineziyasına qarşı laqeyd, hegemon və beynəlxalq hüquq normalarına saymazlıq nümayiş etdirir. Yelisey sarayı Avropada və dünyada ədalət və bərabərlikdən dəm vurduğu halda, dənizaşırı müstəmləkələrində xalqların hüquqlarını tapdalayır.

Bunun ən bariz nümunəsi bu yaxınlarda Nikaraquada keçirilən BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin (C-24) növbəti regional seminarı çərçivəsində Fransız Polineziyasının (FP) prezidentinin rəsmi nümayəndəsi Mareva Lechat-Kitalongun kürsüdən səsləndirdiyi fikirlərdir.

FP rəsmisi çıxışında Fransanın beynəlxalq hüququ heçə saydığını və beynəlxalq öhdəliklərdən hansı yollarla qaçdığını ifşa edib.

Hələ 2013-cü ildə (17 may) BMT Baş Assambleyası Fransız Polineziyasının dekolonizasiya edilməli olan ərazilərin rəsmi siyahısına daxil edib. Bu qərar o dövrdə dünya birliyi tərəfindən tarixi ədalətin bərpası kimi qəbul edilsə də, bu günə qədər rəsmi Paris bu məsələdə bir addım belə atmayıb.

Bununla belə, Fransaya qarşı heç bir hüquqi addım atılmayıb. Bu, qlobal miqyasda özbaşınalıq sayılır. Rəsmi Paris əslində keçmişi ilə üzləşmək və bir xalqın suverenlik hüququnu tanımaqla nümunəvi addım ata bilərdi. Amma aradan 13 il keçsə də, nəinki dekolonizasiya, hətta bu istiqamətdə rəsmi siyasi dialoqu başlatmaq üçün heç bir təşəbbüs irəli sürülməyib.

Hər zaman olduğu kimi, Fransa sadəcə zaman qazanmaq, status-kvonu qorumaq üçün müxtəlif diplomatik manevr və manipulyasiyalardan istifadə edir. Bu üsullardan ən rüsvayçısı isə “boş stul” siyasətidir. Bu, fransız hökumətinin iç üzü, dünya qanunlarına, beynəlxalq hüquqa, BMT kimi quruma olan “hörmətinin” bariz göstəricisidir. Bu biabırçı “diplomatik gediş”lə Yelisey sarayı C-24 regional seminarları qəsdən boykot edir, müzakirələrdə iştirak etmir, danışıqlar masasını boş qoyur.

Əslində bu hərəkəti ilə Fransa sübut edir ki, dialoqdan, Fransız Polineziyası rəhbərliyinin haqlı arqumentlərindən qorxur, paralel olaraq isə hamıya yuxarıdan aşağı baxır, beynəlxalq aktları ciddi qəbul etmir.

Ehtimal etmək olardı ki, uzun müddətdən sonra rəsmi Paris nəhayət beynəlxalq hüquqa, BMT-yə hörmətlə yanaşacaq. Amma 2023-cü ildə atılan addımlar bunun tam əksini sübut etdi. Fransa “boş stul” siyasətini daha aqressiv yanaşma ilə əvəzlədi.

Fransız hökuməti FP-nin koloniyadan azad edilməli olan ərazilər siyahısında olmasını şübhə altına alır, bununla da BMT qərarlarının legitimliyini sıfırlamağa çalışdı.

Əlavə edək ki, bu cür yanaşma həm də hüquqi sənədlərlə bağlı böhran yaradır, bütöv bir xalqın əzilməsi, hüquqlarının tapdalanması, haqq səsinin boğulması mənasına da gəlir. Tarix də sübut edir ki, bir xalqın gələcəyinə, hüququna qarşı atılan bu tip addımlar sonradan böyük bir qəzəbin ortaya çıxmasına səbəb ola bilər.

Rəsmi Parisin özbaşınalığı BMT-nin hansısa bir dövlətin imperialist maraqlarına qurban verilməsi haqlı bir sualı ortaya çıxarır: Əgər Fransa kimi böyük dövlətlər BMT-nin ali orqanlarının qərarlarını sadəcə kağız parçası hesab edib icra etməyəcəksə, onda bu beynəlxalq təşkilat kimə və nəyə lazımdır? BMT qətnamələrinin bu cür tapdalanması, qurumun dünyadakı nüfuzunu sıfırlayır və beynəlxalq hüququn artıq işləmədiyini, sadəcə güclülərin maraqlarına xidmət edən bir alətə çevrildiyini göstərir.

Bu gün baş verən bu hüquq pozulması əslində Azərbaycana da tanış bir mənzərəni xatırladır. Vaxtilə rəsmi Bakı da bu cür ikiüzlü yanaşmanın və beynəlxalq laqeydliyin şahidi olub. Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarının dərhal və qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT tərəfindən qəbul edilən 4 qətnamə böyük güclərin, xüsusən də Fransanın maraqlı olduğu status-kvonun qorunması ucbatından kağız üzərində qaldı.

Azərbaycan xalqı onilliklər ərzində beynəlxalq hüququn reallaşmasını, qlobal ədalətin bərqərar olmasını gözlədi, lakin dünya birliyi təcavüzkara qarşı heç bir real addım atmadı. Sonda Azərbaycan öz gücü hesabına o qətnamələri yerinə yetirməli və ədaləti təkbaşına bərpa etməli oldu.

Bu gün Fransız Polineziyası da eyni ssenari ilə üzləşib. Bu da haqlı olaraq, Fransız Polineziyasında bir sualı ortaya çıxarır: dekolonizasiya prosesinin başlaması üçün nə qədər vaxt keçməlidir? Fransa nə vaxt danışıqlar masasına əyləşib bir xalqın taleyini həll etmək üçün siyasi iradə nümayiş etdirəcək?

Nikaraquada kürsüdən səslənən fikirlər göstərir ki, artıq xalq öz səsini dünyaya çatdırmaq, ədaləti bərpa etmək niyyətindədir. Onlar rəsmi Parisin gözündə təbəə kimi görünməkdən artıq yorulduqlarını, bu yoldan dönməyəcəklərini bəyan edirlər. Xalqın liderləri isə Fransa boyunduruğundan qurtulmaq üçün BMT platformalarından istifadə edəcəyini kəskin dillə bildirir.

Ehtimal etmək olar ki, cari ilin oktyabr ayında bu mübarizə kəskin bir fazaya qədəm qoyacaq. Fransız Polineziyasının Prezidenti Moetai Brotherson şəxsən BMT-nin Dördüncü Komissiyası qarşısına çıxaraq, bütöv bir xalqın azadlıq və suverenlik iradəsini birbaşa dünya birliyinin kürsüsündən səsləndirəcək. Bu addım rəsmi Parisin beynəlxalq hüququ boğan yalanlarına qarşı sarsıdıcı bir siyasi demarş və müasir kolonializmə qarşı aşkar bir meydan oxumadır.

Paralel olaraq isə irəli sürülən hüquqi tələblər Makron hökumətini çətin vəziyyətdə qoya bilər. Çünki BMT-nin xüsusi monitorinq missiyasının Fransız Polineziyasına göndərilməsi əslində Yelisey sarayının çəkindiyi addım ola bilər.

Beynəlxalq müşahidəçilərin buraya səfəri Fransanın 193 nüvə sınağı və onun dəhşətli fəsadları, yerli əhalinin məruz qaldığı sosial, ekoloji və tibbi problemlərin rəsmi hesabatlarda öz əksini tapması deməkdir. Eyni zamanda növbəti il BMT-nin C-24 Komitəsinin rəsmi seminarının məhz Fransız Polineziyasında keçirilməsi təklifinin də səbəbi əslində fransız manipulyasiyalarına qarşı sərt addım, mübarizəni Yelisey sarayının qapılarına daşımaq mənasına gəlir.

Bu, Parisi öz müstəmləkəsində beynəlxalq birliklə üz-üzə gətirmək strategiyasıdır. Əgər oktyabr ayında keçiriləcək tədbirdə yuxarıda sadalananlar əldə edilsə, Fransanın müstəmləkə siyasəti növbəti dəfə ifşa olunacaq. Rəsmi Paris gec-tez danışıqlar masasına əyləşməli, törətdiyi cinayətlərə görə cavab verməli olacaq…(Report)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: İranda 20 min nəfər susuz qalıb
Sonrakı: Azərbaycanın şito-ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb

Bölmənin digər xəbərləri

pCrIZCchC8hO3L V
  • Cəmiyyət

EBRD Azərbaycanla Yaşıl Enerji Səmərəliliyi Çərçivəsi quracaq

Cavidan 28 Oktyabr, 2026
fe2e6085-41V
  • Cəmiyyət

Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Cavidan 28 Oktyabr, 2026
1793131696_gear_insta_v
  • Cəmiyyət

“Instagram”da yeni funksiya

Cavidan 28 Oktyabr, 2026

Teqlər

AI Aktivlərin idarə edilməsi Android AnTuTu Apple App Store AzInTelecom Azərbaycan Bad Cheese Bank infrastrukturu biznes Business ChatGPT Elektromobil Epic Games Store Google Chrome HDD JBOD NAS Newsbeat OpenAI oyun Oyunlar Payment Security PCI DSS Qadcetlər QNAP Reytinq Roadster Rəqəmsal İmza sahibkarlar Science smartfon spacex SSD Süni intellekt SİMA İmza Tesla Texnologiya TravelLite Təhlükəsizlik USB 4 World İlon Mask İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 357)
  • Dünya (1. 097)
  • Gündəm (3. 478)
  • İdman (256)
  • İqtisadiyyat (171)
  • Kateqoriyasızlar (244)
  • Kriminal (305)
  • Mədəniyyət (97)
  • Siyasət (447)
  • Texnologiya (35)

Xəbər Trendi

EBRD Azərbaycanla Yaşıl Enerji Səmərəliliyi Çərçivəsi quracaq pCrIZCchC8hO3L V 1
  • Cəmiyyət

EBRD Azərbaycanla Yaşıl Enerji Səmərəliliyi Çərçivəsi quracaq

28 Oktyabr, 2026
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək fe2e6085-41V 2
  • Cəmiyyət

Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28 Oktyabr, 2026
İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb vcrMyLIl9JHkUe v 3
  • İqtisadiyyat

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

28 Oktyabr, 2026
Yeni qərar müəllimlərin maaşına təsir edəcək 1793167058_1558 v 4
  • Kateqoriyasızlar

Yeni qərar müəllimlərin maaşına təsir edəcək

28 Oktyabr, 2026
Azərbaycan Kuboku: Bu gün II təsnifat mərhələsinin daha 5 oyunu keçiriləcək ZZErAyX5BUyv 5
  • İdman

Azərbaycan Kuboku: Bu gün II təsnifat mərhələsinin daha 5 oyunu keçiriləcək

28 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3357) Dünya (1097) Gündəm (3478) Kateqoriyasızlar (244) Kriminal (305) Mədəniyyət (97) Siyasət (447) Texnologiya (35) İdman (256) İqtisadiyyat (171)

Sayt üzrə statistika

  • 0
  • 30
  • 27
  • 6. 525

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.