Skip to content
8 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 853)
  • Dünya (3. 179)
  • Gündəm (11. 065)
  • İdman (617)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 331)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 936)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

İnstitut direktoru Ramiz Mehdiyevə etiraz edərək İSTEFA VERDİ

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov akademiyanın prezidenti Ramiz
Cavidan 20 Yanvar, 2022

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov akademiyanın prezidenti Ramiz Mehdiyevin ötən gün Rəyasət Heyətinin iclasında institutla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

“Unikal” K.Şükürovun açıqlamasını təqdim edir:

“20 yanvar Ümumxalq Hüzn Günü ərəfəsində AMEA–nın prezidenti akademik Ramiz Mehdiyevin ştat cədvəli üzrə 250-dən çox elmi və texniki personalı olan Tarix İnstitutu, o cümlədən baş direktor kimi mənim haqqımda söylədiyi hüquqi baxımdan ziddiyyətli və həqiqəti əks etdirməyən fikirlərindən çox böyük təəssüf hissi keçirdim. Ramiz Mehdiyev instituta rəhbərlik etdiyim bir ildən az müddət ərzində bir dəfə də olsun məni dəvət edib institut haqqında müzakirə aparmayıb. Fəsadlarını indi də yaşadığım COVİD-i ağır formada keçirib, hospitalda yatmışam, səlahiyyətlərim vitse-prezidentə verilib. Bir dəfə mənim səhhətimlə maraqlanmayıb. Onun belə bir qeyri-professional və qeyri-humanist idarəçiliyini bir tərəfə qoyuram. O, vəzifəsinə uyğun olaraq heç olmasa, Tarix İnstitutunun 2021-ci il üzrə illik elmi hesabatını belə oxumamışdır.

İndi soruşuram: Ramiz Mehdiyev, Tarix İnstitutunda sizin təxəyyülünüzün məhsulu olan xoşa gəlməyən vəziyyət olsaydı, bu işlər necə həyata keçirilə bilərdi? Acı bir təəssüflə qeyd edirəm ki, AMEA –nın prezidenti milli akademiyaların rəhbərləri üçün səciyyəvi olan intellektual səviyyəli dialoq ilə deyil, məişət səviyyəli intriqalar ilə məşğul olur və onu akademiyanın gündəliyinə çevirir. Mən isə bütün fəaliyyətimi müasir çağırışlara cavab verə bilən modern Tarix İnstitutu yaratmağa həsr etmişəm. Bu gün, 20 yanvar şəhidlərinin əziz xatirəsini dövlətimiz və xalqımızla birlikdə qeyd edəcəyəm. Sabah, 21 yanvarda bir tərəfdən AMEA prezidentinin Tarix İnstitutu və onun rəhbəri kimi mənim haqqımdakı qeyri-adekvat fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğum vəzifədən, o cümlədən Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərimdən istefa haqqında ərizəmi təqdim edəcəyəm”.

Continue Reading

Previous: Azərbaycan bir dəqiqəlik susdu
Next: “Qardaşlarımızla birlikdə olmağa davam edəcəyik” – Türkiyə Müdafiə Nazirliyi

Bölmənin digər xəbərləri

İran XİN başçısı: Raket proqramımız müzakirə olunmayacaq
  • Cəmiyyət

İran XİN başçısı: Raket proqramımız müzakirə olunmayacaq

7 Fevral, 2026
Azərbaycan və Pakistan XİN başçıları İslamabaddakı partlayışdan sonrakı vəziyyəti müzakirə ediblər
  • Cəmiyyət

Azərbaycan və Pakistan XİN başçıları İslamabaddakı partlayışdan sonrakı vəziyyəti müzakirə ediblər

7 Fevral, 2026
Hər kəsə yuxarıdan aşağı baxan bürclər- SİYAHI
  • Cəmiyyət

Hər kəsə yuxarıdan aşağı baxan bürclər- SİYAHI

7 Fevral, 2026

Top 7 Xəbər

İŞİD İslamabadda məsciddə törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb 1

İŞİD İslamabadda məsciddə törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

7 Fevral, 2026
KİV: Ağ Ev Trampın “Sülh Şurası” üzrə ilk liderlər görüşünü fevralın 19-na planlaşdırır 2

KİV: Ağ Ev Trampın “Sülh Şurası” üzrə ilk liderlər görüşünü fevralın 19-na planlaşdırır

7 Fevral, 2026
Zelenski: ABŞ Ukraynada müharibənin yaya qədər başa çatmasını istəyir 3

Zelenski: ABŞ Ukraynada müharibənin yaya qədər başa çatmasını istəyir

7 Fevral, 2026
Bakıda körpə əkiz bacı-qardaş dəm qazından boğularaq ölüb 4

Bakıda körpə əkiz bacı-qardaş dəm qazından boğularaq ölüb

7 Fevral, 2026
İran XİN başçısı: Raket proqramımız müzakirə olunmayacaq 5

İran XİN başçısı: Raket proqramımız müzakirə olunmayacaq

7 Fevral, 2026
Azərbaycan və Pakistan XİN başçıları İslamabaddakı partlayışdan sonrakı vəziyyəti müzakirə ediblər 6

Azərbaycan və Pakistan XİN başçıları İslamabaddakı partlayışdan sonrakı vəziyyəti müzakirə ediblər

7 Fevral, 2026
Çində biotexnologiya müəssisəsində partlayış olub, 5 nəfər ölüb 7

Çində biotexnologiya müəssisəsində partlayış olub, 5 nəfər ölüb

7 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 853)
  • Dünya (3. 179)
  • Gündəm (11. 065)
  • İdman (617)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 331)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 936)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8853) Dünya (3179) Gündəm (11065) Kateqoriyasızlar (459) Kriminal (1331) Mədəniyyət (333) Siyasət (2936) Texnologiya (14) İdman (617) İqtisadiyyat (567)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İŞİD İslamabadda məsciddə törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb 7 Fevral, 2026
  • KİV: Ağ Ev Trampın “Sülh Şurası” üzrə ilk liderlər görüşünü fevralın 19-na planlaşdırır 7 Fevral, 2026
  • Zelenski: ABŞ Ukraynada müharibənin yaya qədər başa çatmasını istəyir 7 Fevral, 2026
  • Bakıda körpə əkiz bacı-qardaş dəm qazından boğularaq ölüb 7 Fevral, 2026
  • İran XİN başçısı: Raket proqramımız müzakirə olunmayacaq 7 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.