Skip to content
28 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb
  • Cəmiyyət
  • Gündəm

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında 2025-ci ilin noyabrın 21-də baş vermiş, 3 nəfərin
Cavidan 25 May, 2026
z28juuYucYIrRjbVOO8 v

Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında 2025-ci ilin noyabrın 21-də baş vermiş, 3 nəfərin ölümü və 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sözügedən faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanıb.

İbtidai istintaqla yaşayış binasının 1-ci və zirzəmi mərtəbəsində yerləşən “Loft Dent” stomatoloji klinikasının direktoru, 1986-cı il təvəllüdlü Bəhruz Paşayevin üzərinə qoyulmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifələrini pozaraq 3 nəfərin ölümünə, 25 nəfərin isə xəsarət almasına, habelə binada olan mənzillərə maddi ziyan vurmaqla ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Bəhruz Paşayevə Cinayət Məcəlləsinin 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən həmin qaydaların pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan olunub.

Bəhruz Paşayevin barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Post navigation

Previous: QMİ Qurban bayramı ilə bağlı fətva verib
Next: Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

Bölmənin digər xəbərləri

6a9032c87922e6 C C
  • Cəmiyyət

Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır

Cavidan 27 Avqust, 2026
6a9029f32000b6a9029f32000c1 v
  • Cəmiyyət

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək

Cavidan 27 Avqust, 2026
prezdent
  • Cəmiyyət

“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb – SƏRƏNCAM

Cavidan 27 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 018)
  • Dünya (1. 031)
  • Gündəm (3. 321)
  • İdman (225)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (274)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb – FOTO 1
  • Kriminal

Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb – FOTO

27 Avqust, 2026
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır 6a9032c87922e6 C C 2
  • Cəmiyyət

Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır

27 Avqust, 2026
Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək 6a9029f32000b6a9029f32000c1 v 3
  • Cəmiyyət

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək

27 Avqust, 2026
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb – SƏRƏNCAM prezdent 4
  • Cəmiyyət

“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb – SƏRƏNCAM

27 Avqust, 2026
“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək 6a901d5d5863 v 5
  • Gündəm

“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək

27 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3018) Dünya (1031) Gündəm (3321) Kateqoriyasızlar (200) Kriminal (274) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (225) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.