Skip to content
15 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb
  • Cəmiyyət

Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb

Cavidan 23 May, 2026
Screenshot_20260523_094459_com_android_chrome_ChromeTabbedActivity


Azərbaycan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) kimi mötəbər tədbiri ən yüksək səviyyədə təşkil etməklə, növbəti dəfə mühüm beynəlxalq sınağın öhdəsindən uğurla gəldi. Bu mötəbər tədbirin uğurla reallaşdırılması ölkəmizin təkcə yüksək təşkilatçılıq bacarığını deyil, həm də qlobal şəhərsalma çağırışlarına, sosial məskunlaşma və urbanizasiya problemlərinə yaradıcı yanaşmasını bütün dünyaya nümayiş etdirdi. Forumun davam etdiyi altı gün ərzində Azərbaycanın elmi-texnoloji yeniliklərə əsaslanan təcrübəsi, xüsusilə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl zona” layihələri beynəlxalq birliyin xüsusi rəğbətini qazandı.

Forum işini başa çatdırsa da, onun qlobal miqyaslı əks-sədası hələ də davam etməkdədir. Dünyanın aparıcı media resursları Prezident İlham Əliyevin açılış mərasimindəki konseptual çıxışını, ölkəmizin foruma nümunəvi ev sahibliyini və şəhərsalma sahəsindəki nailiyyətlərini geniş işıqlandıraraq silsilə materiallar yayımlayıb. Beynəlxalq mətbuat WUF13-ü qlobal şəhərsalma gündəmini müəyyən edən ən mühüm intellektual və siyasi platforma, müasir urbanizasiya böhranlarına qarşı “Bakı Çağırışı”nın səsləndiyi strateji məkan kimi xarakterizə edib. Forumda müzakirə olunan iqlim dözümlülüyü, mənzil əlçatanlığı və rəqəmsal transformasiya kimi mövzular bəşəriyyətin gələcək taleyini həll edən aktual məsələlər kimi dünyanın aparıcı xəbər agentliklərinin manşetinə çevrilib. Səsləndirilən innovativ həllər bir daha təsdiqlədi ki, Azərbaycan qlobal problemlərin həllində təkcə ev sahibi deyil, həm də mühüm ideya və strategiya ixracatçısıdır.

WUF13 ilk gündən etibarən Türkiyə mediası tərəfindən böyük maraqla qarşılanıb. Qardaş ölkənin “Anadolu Ajansı”, “Haber Global”, “TRT Haber”, “CNN Türk”, “Yeni Şafak”, “Milliyet”, “Türkiye Gazetesi”, “Akşam”, “Star” və “İhlas Haber Ajansı” kimi mötəbər media qurumları WUF13-ü region və dünya üçün mühüm platforma kimi təqdim edib. Materiallarda Bakının urbanizasiya, “ağıllı şəhər”, yaşıl enerji, dayanıqlı nəqliyyat və iqlim dəyişiklikləri ilə mübarizə sahəsində beynəlxalq müzakirələrin mərkəzinə çevrildiyi vurğulanıb. Türkiyə mediası Azərbaycanın irimiqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində peşəkarlığını və yüksək logistika imkanlarını da xüsusi qeyd edib.

İranın IRNA, ISNA, “Mehr News”, “Tasnim”, “Fars News”, ILNA, YJC və “Bultan News” kimi aparıcı media orqanları da Bakıdakı forumu inkişaf etməkdə olan ölkələrin şəhərsalma problemlərinin beynəlxalq səviyyədə müzakirəsi üçün mühüm imkan kimi dəyərləndirib. İran nəşrlərində Bakı forumunun regional əməkdaşlıq, davamlı şəhər inkişafı və ekoloji yanaşmalar baxımından əhəmiyyətinə diqqət çəkilib. Məqalələrdə Azərbaycanın “Yaşıl şəhər” konsepsiyası və müasir urbanizasiya təcrübələrinin forumun əsas istiqamətlərindən biri olduğu vurğulanıb.

Pakistan mediası da Foruma ilk gündən geniş yer ayırıb. Dost ölkənin APP Agentliyi, “Radio Pakistan”, DND, “The News”, “Nation” və “Tribune” nəşrləri forumu urbanizasiya çağırışları və beynəlxalq tərəfdaşlıq baxımından mühüm platforma kimi təqdim edib. Materiallarda Pakistan nümayəndə heyətinin Bakıda şəhər inkişafı strategiyalarını və urbanizasiya layihələrini təqdim etdiyi bildirilib.

Rusiyanın TASS, “RİA Novosti”, “İnterfaks” agentlikləri, “Rossiyskaya Gazeta” və “Vestnik Kavkaza” nəşrləri də Bakının beynəlxalq urbanizasiya gündəliyində artan rolunu ön plana çıxarıb. Eyni zamanda vurğulanıb ki, 2024-cü ilin noyabrında COP29-dan sonra indi WUF13-ü keçirməklə Azərbaycan qlobal beynəlxalq tədbirdə ev sahibliyi etmək qabiliyyətini bir daha nümayiş etdirdi. Xəbərlərdə WUF13-ün nəticələrinin yaxın gələcəkdə beynəlxalq şəhər idarəçiliyi standartlarını yenidən formalaşdıracağı bildirilib.

Hindistanın “The Hindu”, “Times of India”, “Hindustan Times” nəşrləri və ANI Agentliyi WUF13-ü qlobal şəhər inkişafı siyasətinin əsas beynəlxalq platformalarından biri kimi qiymətləndirib. Hindistan mediasında Azərbaycanın tədbiri yüksək səviyyədə təşkil etdiyi, Bakının isə urbanizasiya sahəsində beynəlxalq əməkdaşlığın vacib mərkəzinə çevrildiyi vurğulanıb.

Qazaxıstanın “Kazinform” Agentliyi, “Kazpravda”, “24.kz” və “Egemen Qazaqstan” nəşrləri WUF13-ü Mərkəzi Asiya regionu üçün vacib əməkdaşlıq və təcrübə platforması kimi xarakterizə edib.

Özbəkistanın UZA Agentliyi, “Kun.uz”, “Gazeta.uz” və “Yuz.uz” nəşrləri də Bakıda keçirilən forumun şəhərlərin dayanıqlı inkişafı və innovativ urbanizasiya modellərinin müzakirəsində mühüm rol oynadığını yazıblar.

Gürcüstanın “Interpressnews”, “1TV” və “BM.ge” nəşrləri forumu region ölkələri üçün vacib beynəlxalq platforma kimi qiymətləndiriblər.

Ukraynanın “Ukrinform”, “RBC-Ukrayna” və “İnterfaks-Ukrayna” agentlikləri forum çərçivəsində şəhərlərin bərpası, dayanıqlı infrastruktur və rəqəmsal urbanizasiya məsələlərinə diqqət çəkib.

Misirin “Əl-Əhram”, “Youm7” və “Al Masry Al Youm” nəşrlərində isə forumun Yaxın Şərq və Afrika regionu üçün əhəmiyyəti vurğulanıb.

Birləşmiş Ərəb Əmirliklərinin WAM Agentliyi, “Al İttihad” və “Emarat Al Youm” qəzetləri, həmçinin Səudiyyə Ərəbistanının SPA Agentliyi, “Ər-Riyad” və “Okaz” nəşrləri Bakının qlobal şəhərsalma gündəliyinin əsas müzakirə məkanlarından birinə çevrildiyini qeyd edib.

Çinin “Sinxua”, İndoneziyanın “Antara”, Malayziyanın “Bernama”, Vyetnamın VNA, ABŞ-nin “Associated Press”, Fransanın AFP, Almaniyanın DPA, İtaliyanın ANSA, İspaniyanın EFE agentlikləri, Böyük Britaniyanın BBC platforması, eləcə də Tacikistanın “Xovar”, Qırğızıstanın “Kabar”, Macarıstanın MTI və Bolqarıstanın BTA agentlikləri də WUF13 barədə geniş materiallar yayımlayıblar.

Beləliklə, beynəlxalq mediada yayımlanan materiallar WUF13-ün müasir urbanizasiya tarixində həlledici dönüş nöqtəsi olduğu vurğulanıb. Dünya mətbuatı Forumun ilk günündən sonunadək Azərbaycanın yaşıl inkişaf, “ağıllı” şəhərlər və inklüziv mənzil siyasəti üzrə təqdim etdiyi innovativ həlləri qlobal gündəmin əsas prioriteti kimi diqqət mərkəzində saxlayıb. Bu informasiyalar, dünya mediasının bu marağı göstərir ki, Bakı platforması iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələrin maraqlarını birləşdirən nadir dialoq mərkəzinə çevrildi, Azərbaycan isə gələcəyin dayanıqlı şəhər modellərini formalaşdıran strateji güc mərkəzi statusunu bir daha təsdiq etdi.(Report)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ
Sonrakı: May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Bölmənin digər xəbərləri

hm87sBTRp0z25jmMf6cv
  • Cəmiyyət

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Cavidan 15 Oktyabr, 2026
vMyltuCcIy5zrKh_1200
  • Cəmiyyət

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Cavidan 15 Oktyabr, 2026
SDXkIAO v97NdHtFhjxsTbEy0_1200
  • Cəmiyyət

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək

Cavidan 15 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android ani çap AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Microsoft Muse Wonder Newsbeat oyun Planşetlər Playground Games Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Süni intellekt Texnologiya Tədqiqat World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 284)
  • Dünya (1. 083)
  • Gündəm (3. 461)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (13)

Xəbər Trendi

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib hm87sBTRp0z25jmMf6cv 1
  • Cəmiyyət

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15 Oktyabr, 2026
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər vMyltuCcIy5zrKh_1200 2
  • Cəmiyyət

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

15 Oktyabr, 2026
Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək SDXkIAO v97NdHtFhjxsTbEy0_1200 3
  • Cəmiyyət

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək

15 Oktyabr, 2026
Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib v8Pip bcLyStvxp_1200 4
  • Cəmiyyət

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

15 Oktyabr, 2026
Kompakt Xbox Nano Controller geympadı təqdim olundu Kompakt Xbox Nano Controller geympadı təqdim olundu 5
  • Texnologiya

Kompakt Xbox Nano Controller geympadı təqdim olundu

15 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3284) Dünya (1083) Gündəm (3461) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (13) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 127
  • 120
  • 4. 782

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.