Skip to content
28 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü
  • Cəmiyyət
  • Gündəm

Ceyhun Bayramov BMqT baş direktorunun müavini ilə görüşdü

21 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak
Cavidan 21 May, 2026
Screenshot 2026-05-21 172658

21 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak məqsədilə ölkəmizdə səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunun müavini Uqoçi Daniels ilə görüşüb.

XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, gələcək birgə fəaliyyət perspektivləri və miqrasiya proseslərinin idarə edilməsi sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirə aparılıb.

Tərəflər ölkəmizin BMT-nin ixtisaslaşmış qurumları ilə, xüsusən də Beynəlxalq Miqrasiya Təşkilatı ilə qurduğu uzunmüddətli münasibətlərin dinamikasını müsbət qiymətləndirib.

Miqrasiya sahəsində idarəetmə mexanizmlərinin müasirləşdirilməsi istiqamətində reallaşdırılan müştərək təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı müqabil tərəfə işğaldan azad edilmiş ərazilərdə icra olunan irimiqyaslı infrastruktur layihələri və regionun iqtisadi reabilitasiyası barədə ətraflı məlumat verilib.

Hökumətin əsas strateji prioritetlərindən biri olan keçmiş məcburi köçkünlərin doğma torpaqlarına dayanıqlı və mərhələli şəkildə qayıdışının uğurla həyata keçirildiyi vurğulanıb.

Uqoçi Daniels Azərbaycanda miqrasiya sahəsində həyata keçirilən islahatları, xüsusilə məcburi köçkünlərin geri qayıdışı istiqamətində görülən işləri, “Böyük Qayıdış” proqramını yüksək qiymətləndirib. Təmsil etdiyi qurumun ölkəmizlə miqrasiya sahəsində əməkdaşlığı davam etdirməyə və müvafiq layihələrə zəruri dəstək verməyə hazır olduğunu bildirib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, habelə regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Post navigation

Previous: Şahbaz Şərif İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Next: Qurban bayramı ilə bağlı təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib

Bölmənin digər xəbərləri

n6amuACF7 v
  • Cəmiyyət

Ədliyyə Nazirliyi: Məhkumlara qadağan olunan əşyaların verilməsi və ötürülməsi cinayət məsuliyyəti yaradır

Cavidan 28 Avqust, 2026
20938926
  • Cəmiyyət

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

Cavidan 28 Avqust, 2026
6a91 v
  • Cəmiyyət

Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib

Cavidan 28 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 027)
  • Dünya (1. 034)
  • Gündəm (3. 323)
  • İdman (225)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (201)
  • Kriminal (274)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

Ədliyyə Nazirliyi: Məhkumlara qadağan olunan əşyaların verilməsi və ötürülməsi cinayət məsuliyyəti yaradır n6amuACF7 v 1
  • Cəmiyyət

Ədliyyə Nazirliyi: Məhkumlara qadağan olunan əşyaların verilməsi və ötürülməsi cinayət məsuliyyəti yaradır

28 Avqust, 2026
Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq cSbeaGkhvXU090l4 v 2
  • Kateqoriyasızlar

Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

28 Avqust, 2026
Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək 20938926 3
  • Cəmiyyət

Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək

28 Avqust, 2026
Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib 6a91 v 4
  • Cəmiyyət

Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib

28 Avqust, 2026
Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik CGvGnWJjIAEubcz v 5
  • Dünya

Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik

28 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3027) Dünya (1034) Gündəm (3323) Kateqoriyasızlar (201) Kriminal (274) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (225) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.