Skip to content
11 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM
  • Cəmiyyət
  • Gündəm

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Görkəmli xalçaçı rəssam Lətif Kərimovun 120 illiyi qeyd ediləcək.Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncamda qeyd olunub
Cavidan 30 Aprel, 2026
Screenshot 2026-04-30 174921

Görkəmli xalçaçı rəssam Lətif Kərimovun 120 illiyi qeyd ediləcək.

Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, 2026-cı ilin noyabr ayında Azərbaycan təsviri sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun 120 illiyi tamam olur:

“Dünya mədəni irs xəzinəsində şərəfli mövqeyə malik Azərbaycan xalça mədəniyyətinin hazırkı inkişaf səviyyəsinə yüksəlməsində Lətif Kərimovun təqdirəlayiq xidmətləri vardır. Onun eskizləri əsasında toxunmuş xeyli sayda süjetli, portret xalçalar və monumental xalılar milli xalçaçılığın parlaq ənənələrini özündə yaşadan misilsiz sənət nümunələridir. Fitri istedadla yaradılan və naxışlarının ifadəliliyi, bitkin üslubu ilə seçilən dərin koloritli əsərləri sənətkara dövrün məşhur xalça ustalarından biri olaraq xüsusi şöhrət qazandırmışdır. Lətif Kərimov Azərbaycan xalçalarının ornamental, kompozisiya xüsusiyyətlərini müəyyənləşdirmiş və mükəmməl sistemli təsnifatını işləyib hazırlamışdır. Xalça sənətinin beynəlxalq miqyasda mahir bilicisi kimi tanınmış alimin bu istiqamətdə apardığı fundamental tədqiqatlar indi də ən çox istinad olunan mötəbər mənbələrdəndir”.

Sərəncama görə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Xalq rəssamı Lətif Kərimovun 120 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Post navigation

Previous: Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib
Next: Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-11 112404
  • Dünya

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Cavidan 11 Avqust, 2026
Screenshot 2026-08-11 105322
  • Cəmiyyət

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Cavidan 11 Avqust, 2026
Screenshot_20260810_181347_com_android_chrome_ChromeTabbedActivity
  • Cəmiyyət

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

Cavidan 10 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 911)
  • Dünya (1. 004)
  • Gündəm (3. 258)
  • İdman (214)
  • İqtisadiyyat (150)
  • Kateqoriyasızlar (188)
  • Kriminal (264)
  • Mədəniyyət (93)
  • Siyasət (395)
  • Texnologiya (15)

Xəbər Trendi

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər Screenshot 2026-08-11 112404 1
  • Dünya

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

11 Avqust, 2026
Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib Screenshot 2026-08-11 105322 2
  • Cəmiyyət

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

11 Avqust, 2026
Azərbaycan neftinin qiyməti 95 dolları keçib Screenshot 2026-08-11 092357 3
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 95 dolları keçib

11 Avqust, 2026
Şahbuzda avtomobil aşıb, sərnişin ölüb Screenshot_20260810_181347_com_android_chrome_ChromeTabbedActivity 4
  • Cəmiyyət

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

10 Avqust, 2026
MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır Screenshot_20260810_173149_com_android_chrome_ChromeTabbedActivity 5
  • Kateqoriyasızlar

MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

10 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2911) Dünya (1004) Gündəm (3258) Kateqoriyasızlar (188) Kriminal (264) Mədəniyyət (93) Siyasət (395) Texnologiya (15) İdman (214) İqtisadiyyat (150)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.