Skip to content
17 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • “Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidməti istifadəyə verilib
  • Cəmiyyət
  • Gündəm

“Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidməti istifadəyə verilib

Ədliyyə Nazirliyi məhkumlarla görüşlərin daha çevik təşkil edilməsi məqsədilə “Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidmətini istifadəyə verib. Bu barədə
Cavidan 30 Aprel, 2026
Screenshot 2026-04-30 115239

Ədliyyə Nazirliyi məhkumlarla görüşlərin daha çevik təşkil edilməsi məqsədilə “Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidmətini istifadəyə verib.

Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yeni xidmət ziyarətçilərə məhkumlarla görüşlər üçün onlayn qaydada müraciət etməyə, görüşün vaxtını və növünü seçməyə, görüş zamanı gətirilməsi nəzərdə tutulan sovqatın öncədən qeydiyyata alınmasına, həmçinin müraciətin icra statusunu real vaxt rejimində izləməyə imkan yaradır. Xidmətin əsas məqsədi məhkumlarla görüşlərin qeydiyyatı prosesinin rəqəmsallaşdırılması, vətəndaş məmnuniyyətinin artırılması, habelə penitensiar müəssisələrdə sənəd dövriyyəsinin minimuma endirilməsidir.

“Məhkumlarla görüşlərin onlayn qeydiyyatı” xidməti Ədliyyə Nazirliyinin rəsmi veb-saytında “Elektron xidmətlər” bölməsində təqdim edilir. Ziyarətçilər xidmətə daxil olaraq və tələb olunan məlumatları dolduraraq müraciət edə bilərlər. İlk növbədə “myGov ID” və ya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə identifikasiya həyata keçirilir. Daha sonra görüş üçün onlayn forma (görüşün növü, müəssisə, tarix, iştirakçılar və s.) doldurulur və gətiriləcək sovqatla bağlı məlumat əlavə edilir, müraciət Ədliyyə Nazirliyinin aidiyyəti penitensiar müəssisəsinə göndərilir. Müəssisə tərəfindən müraciət yoxlanılır və təsdiqləndikdə vətəndaşa SMS bildiriş göndərilir.

Görüşlər yalnız əvvəlcədən müəyyən edilmiş tarix və saatda keçirilir. Hazırda elektron xidmətin pilot qaydada 4 saylı cəzaçəkmə müəssisəsində tətbiqinə başlanılıb. Mərhələli şəkildə Ədliyyə Nazirliyinin bütün penitensiar müəssisələrində xidmətin tətbiqi həyata keçiriləcək.

Qeyd edək ki, yeni elektron xidmət vətəndaşlarla penitensiar müəssisələr arasında qarşılıqlı əlaqəni rəqəmsal mühitə daşıyır və görüş müraciətlərinin şəffaf, sürətli və izlənilə bilən şəkildə idarə olunmasını təmin edir.

Post navigation

Previous: Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
Next: Mayın ilk günündə 25 dərəcə isti olacaq

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-15 162354
  • Dünya

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

Cavidan 15 Avqust, 2026
Screenshot 2026-08-15 154057
  • Gündəm

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

Cavidan 15 Avqust, 2026
Screenshot 2026-08-15 144058
  • Dünya

İndoneziyada ölənlərin sayı 38-ə çatdı – YENİLƏNİB

Cavidan 15 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 947)
  • Dünya (1. 014)
  • Gündəm (3. 281)
  • İdman (217)
  • İqtisadiyyat (152)
  • Kateqoriyasızlar (193)
  • Kriminal (269)
  • Mədəniyyət (93)
  • Siyasət (397)
  • Texnologiya (15)

Xəbər Trendi

Bir qrup hərbçi və mülki işçi ölümündən sonra “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib Screenshot_20260817_123544_com_android_chrome_ChromeTabbedActivity 1
  • Siyasət

Bir qrup hərbçi və mülki işçi ölümündən sonra “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

17 Avqust, 2026
İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb Screenshot_20260817_121213_com_android_chrome_ChromeTabbedActivity 2
  • Kateqoriyasızlar

İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb

17 Avqust, 2026
İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib Screenshot_20260817_113528_com_android_chrome_ChromeTabbedActivity 3
  • Siyasət

İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib

17 Avqust, 2026
Qaradağda yük maşını aşıb Screenshot_20260817_103637_com_android_chrome_ChromeTabbedActivity 4
  • Kriminal

Qaradağda yük maşını aşıb

17 Avqust, 2026
Premyer Liqada I tura bu gün yekun vurulacaq Screenshot_20260817_092609_com_android_chrome_ChromeTabbedActivity 5
  • Kateqoriyasızlar

Premyer Liqada I tura bu gün yekun vurulacaq

17 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2947) Dünya (1014) Gündəm (3281) Kateqoriyasızlar (193) Kriminal (269) Mədəniyyət (93) Siyasət (397) Texnologiya (15) İdman (217) İqtisadiyyat (152)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.