Skip to content
7 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Mayın 1-də Bakının bəzi yollarında məhdudiyyət olacaq
  • Cəmiyyət
  • Gündəm

Mayın 1-də Bakının bəzi yollarında məhdudiyyət olacaq

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə
Cavidan 28 Aprel, 2026
Screenshot 2026-04-28 180810

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi həyata keçiriləcək.

Bu barədə məlumatı WUF13 Azərbaycan Əməliyyat Şirkəti yayıb.

Bildirilib ki, monitorinq çərçivəsində mayın 1-də saat 10:00–16:00 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr tətbiq olunacaq.

“Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva küçəsi, Lermontov küçəsi eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər mərkəzi arasında hərəkət edən H1 ekspress avtobus marşrutu fəaliyyətini normal və fasiləsiz şəkildə davam etdirəcək. Eyni zamanda, bu müddət ərzində fərdi nəqliyyat vasitələri və taksilər hava limanı ərazisinə alternativ yollar vasitəsi ilə sərbəst daxil ola və çıxa biləcəklər. Gecikmələrin qarşısını almaq məqsədilə səfərlərin öncədən planlaşdırılması tövsiyə olunur.

WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son on il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurla həyata keçirilib”, – məlumatda qeyd olunub.

Post navigation

Previous: Moskvada güclü yanğın – 8 ölü
Next: “Prezident Kuboku 2026”: Bu gün Suqovuşanda ilk mükafatçılar müəyyənləşəcək

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-07 150812
  • Cəmiyyət

İranda Təbriz Günü qeyd edilib

Cavidan 7 Avqust, 2026
Screenshot 2026-08-07 144033
  • Cəmiyyət

Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Cavidan 7 Avqust, 2026
Screenshot 2026-08-07 123931
  • Dünya

Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı!

Cavidan 7 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 899)
  • Dünya (998)
  • Gündəm (3. 251)
  • İdman (213)
  • İqtisadiyyat (148)
  • Kateqoriyasızlar (185)
  • Kriminal (262)
  • Mədəniyyət (92)
  • Siyasət (392)
  • Texnologiya (15)

Xəbər Trendi

İranda Təbriz Günü qeyd edilib Screenshot 2026-08-07 150812 1
  • Cəmiyyət

İranda Təbriz Günü qeyd edilib

7 Avqust, 2026
Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub Screenshot 2026-08-07 144033 2
  • Cəmiyyət

Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

7 Avqust, 2026
Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı! Screenshot 2026-08-07 123931 3
  • Dünya

Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı!

7 Avqust, 2026
ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb Screenshot 2026-08-07 115505 4
  • Cəmiyyət

ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb

7 Avqust, 2026
Tərtərdə ər-arvadın yanaraq öldüyü yanğının qəsdnən törədildiyi məlum olub Screenshot 2026-08-07 112039 5
  • Gündəm

Tərtərdə ər-arvadın yanaraq öldüyü yanğının qəsdnən törədildiyi məlum olub

7 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2899) Dünya (998) Gündəm (3251) Kateqoriyasızlar (185) Kriminal (262) Mədəniyyət (92) Siyasət (392) Texnologiya (15) İdman (213) İqtisadiyyat (148)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.