Skip to content
2 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Monqolustandan olan jurnalistlər Azərbaycana səfər barədə: Həyatımızdakı ən yaxşı səyahətlərdən biridir
  • Cəmiyyət
  • Gündəm

Monqolustandan olan jurnalistlər Azərbaycana səfər barədə: Həyatımızdakı ən yaxşı səyahətlərdən biridir

Azərbaycanda səfərdə olmuş monqolustanlı jurnalistlər təəssüratlarını ölkənin müxtəlif media platformalarında dərc etdikləri materiallarda fəal şəkildə bölüşürlər. Səfər çərçivəsində
Cavidan 27 Aprel, 2026
Screenshot 2026-04-27 102518

Azərbaycanda səfərdə olmuş monqolustanlı jurnalistlər təəssüratlarını ölkənin müxtəlif media platformalarında dərc etdikləri materiallarda fəal şəkildə bölüşürlər.

Səfər çərçivəsində jurnalistlər Azərbaycanın zəngin mədəni irsi və müasir infrastrukturu ilə yanaşı, paytaxt Bakının hüdudlarından çox kənara çıxaraq regionların turizm potensialı ilə də tanış olublar.

“Urug” nəşrində dərc olunan materialın müəllifi oxuculara Azərbaycanın tarixi və səyahətlə bağlı təəssüratları barədə ətraflı danışıb. Onun sözlərinə görə, Bakı ilə ilk tanışlıq xüsusilə parlaq olub: şəhər təkcə memarlığı ilə deyil, həm də Şərq koloriti ilə müasir həyat ritminin ahəngdar şəkildə birləşdiyi atmosferi ilə heyran edib. İçərişəhər jurnalistdə xüsusi təəssürat bağışlayıb.

“Günün ən gözəl hissəsi Köhnə şəhəri ziyarətimiz oldu. Burada sanki zaman dayanıb. Ölkənin əsas simvollarından biri, şübhəsiz ki, nardır. Onu təzə, sıxılmış halda dadmaq olar. Sarayın (Şirvanşahlar – red.) girişi qarşısında bir gənc nar şirəsi satırdı və məni pulsuz qonaq etdi. Onun dadı hələ də damağımdadır”, – o əlavə edib.

“Odlar yurdu” ilə daha yaxından tanış olmaq istəyən jurnalist marşrutunu paytaxtın hüdudlarından kənarda davam etdirib. O, qədim qayaüstü rəsmləri ilə tanınan Qobustanı, tarixi Şəkini, füsunkar Qəbələni və ölkənin cənub bölgəsi olan Lənkəranı ziyarət edib. O qeyd edir ki, bu məkanların hər biri Azərbaycanın zəngin tarixini, unikal təbiətini, qastronomik ənənələrini və yerli sakinlərin səmimi qonaqpərvərliyini əks etdirir: “Demək istəyirəm ki, siz mütləq Azərbaycana baş çəkməlisiniz. Bu, həyatınızdakı ən gözəl səyahətlərdən biri olacaq”.

“Ulaanbaatar News” nəşrinin jurnalisti isə öz növbəsində Azərbaycana səfərindən aldığı zəngin təəssüratlarını bölüşür. O vurğulayıb ki, səhər otelin pəncərəsindən açılan mənzərə ilə başlayıb: onun qarşısında qəhvəyi və sarının isti çalarlarında qədim memarlıq binalarından ibarət şəhər panoraması açılıb. Səfər çərçivəsində o, həmçinin Bakının hüdudlarından kənara çıxaraq Şəki və Qəbələni, eləcə də Yanardağ tarix-mədəniyyət və təbiət qoruğunu ziyarət edib.

“Bilirsinizmi ki, Azərbaycana “Odlar Yurdu” deyirlər? Bu ad təkcə tarix və mədəniyyət deyil, həm də təbii sərvətlər və geoloji quruluş baxımından odla sıx bağlı olan bir ölkədir. Bunu təsdiq edən yerlərdən biri Yanardağdır. Adı “yanan dağ” kimi tərcümə olunan bu yerdə dağın ətəyində təbii qaz sayəsində əbədi od yanır. Bu hadisə insanı gecə vaxtı xüsusilə valeh edir. Yanardağ Azərbaycanda odun ən parlaq rəmzlərindən biri sayılır və rəvayətə görə, artıq min illərdir yanır”, – o qeyd edib.

“Graph” nəşrinin jurnalisti qeyd edib ki, hər bir kəs Azərbaycanda Qobustanı və palçıq vulkanlarını şəxsən ziyarət edərək, onları öz gözləri ilə görməli və onların zəngin tarixləri ilə daha yaxından tanış olmalıdır.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Günün qoroskopu: Maliyyədə ortaq qərarlar önəmlidir
Next: Milli Məclisin iclası başlayıb

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 160646
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

Cavidan 2 İyul, 2026
  • Cəmiyyət

Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 145210
  • Dünya

Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 683)
  • Dünya (3. 431)
  • Gündəm (11. 921)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək Screenshot 2026-07-02 160646 1
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

2 İyul, 2026
Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib 2
  • Cəmiyyət

Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib

2 İyul, 2026
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var Screenshot 2026-07-02 145210 3
  • Dünya

Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var

2 İyul, 2026
AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır Screenshot 2026-07-02 130551 4
  • Cəmiyyət

AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır

2 İyul, 2026
KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var Screenshot 2026-07-02 123123 5
  • Cəmiyyət

KOBİA: Cənubi Qafqaz regionunda vençur kapitala və mələk investisiyalara ehtiyac var

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9683) Dünya (3431) Gündəm (11921) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.