Skip to content
27 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Baş Prokuror İran səfirini qəbul edib
  • Cəmiyyət
  • Gündəm

Baş Prokuror İran səfirini qəbul edib

Aprelin 24-də Baş prokuror Kamran Əliyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçulunu qəbul edib.
Cavidan 24 Aprel, 2026
Screenshot 2026-04-24 152553

Aprelin 24-də Baş prokuror Kamran Əliyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçulunu qəbul edib.

Bu barədə Baş prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Baş prokuror ilk növbədə, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xomeneinin vəfatı, həmçinin son hadisələr nəticəsində xeyli sayda mülki vətəndaşın ölməsi ilə əlaqədar qarşı tərəfə başsağlığı verib, tezliklə regionda sülhün bərqərar olmasına inamını bildirib.
Həmçinin qeyd edib ki, Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır və ölkələrimiz arasında qədim tarixi, mədəni və dini bağlar mövcuddur. Xüsusilə vurğulayıb ki, hər iki ölkənin dövlət başçıları arasında mövcud səmimi və dost münasibətlər bütün istiqamətlərdə, o cümlədən hüquqi sferada da əməkdaşlığın dərinləşməsinə rəvac verir.

Bundan başqa, Baş prokuror 2022-ci ildə İranlı həmkarının dəvəti ilə həmin ölkəyə etdiyi işgüzar səfəri xatırladıb, eləcə də müxtəlif platformalarda İranın hüquq mühafizə orqanlarının rəhbərləri ilə keçirilən məhsuldar görüşlərini qeyd edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Müctəba Dəmirçulu iki ölkə arasındakı əlaqələrin əhəmiyyətindən danışıb, son hadisələr fonunda Prezident İlham Əliyevin İran səfirliyini ziyarət edərək şəxsən başsağlığı verməsinə və Azərbaycan Respublikası tərəfindən İran xalqına göstərilən hərtərəfli dəstəyə görə dərin minnətdarlığını qeyd edib. O bildirib ki, Azərbaycan Respublikası İrana ilk humanitar yardım göstərən ölkə olub və bu qarşı tərəf üçün xüsusi məna daşıyır. Eyni zamanda ölkəmizin öz ərazisi vasitəsilə digər ölkələr tərəfindən göndərilən humanitar yardımların keçidinə şərait yaratması da dostluq addımıdır və yüksək qiymətləndirilir.

Səfir, həmçinin Azərbaycan və İranın hüquq mühafizə orqanları arasında mövcud əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüş çərçivəsində tərəflər cinayətkarlığın müxtəlif formalarına, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, məhkumların təhvil verilməsi və bu sahələrdə fəaliyyətin səmərəliliyinin artırılması məsələlərini müzakirə ediblər. Bununla yanaşı, münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili barədə fikir mübadiləsi aparılıb.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb
Sonrakı: Baş nazir səlahiyyət müddəti başa çatan Gürcüstan səfiri ilə görüşüb

Bölmənin digər xəbərləri

jtchjv8vS4J3xzSjuhb
  • Cəmiyyət

İlham Əliyev: Vətən müharibəsində bütün etnik qrup və dinlərin nümayəndələri bir “dəmir yumruq” kimi vuruşdu

Cavidan 27 Oktyabr, 2026
Q8otr8LD8iY4IBxIGUDv b
  • Cəmiyyət

“Həzi Aslanov”-“İçərişəhər” metro xəttində birbaşa hərəkət bərpa olunub

Cavidan 27 Oktyabr, 2026
54420d05-4262-39a0-ab
  • Cəmiyyət

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Cavidan 26 Oktyabr, 2026

Teqlər

Aktivlərin idarə edilməsi Android Anime AnTuTu Apple AzInTelecom Azərbaycan Bank infrastrukturu Bee biznes Business ChatGPT Cyberpunk Edgerunners Elcore Distribution Elektromobil Epic Games Store JBOD Netflix Newsbeat Nutanix OpenAI oyun Oyunlar PCI DSS Pul köçürmələri Qadcetlər QNAP Reytinq Rəqəmsal İmza sahibkarlar Science smartfon SOCAR spacex Süni intellekt SİMA İmza Texnologiya Təhlükəsizlik USB 4 World İlon Mask İqtisadiyyat Nazirliyi İT infrastrukturu İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 348)
  • Dünya (1. 096)
  • Gündəm (3. 477)
  • İdman (255)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (242)
  • Kriminal (305)
  • Mədəniyyət (97)
  • Siyasət (445)
  • Texnologiya (33)

Xəbər Trendi

İlham Əliyev: Vətən müharibəsində bütün etnik qrup və dinlərin nümayəndələri bir “dəmir yumruq” kimi vuruşdu jtchjv8vS4J3xzSjuhb 1
  • Cəmiyyət

İlham Əliyev: Vətən müharibəsində bütün etnik qrup və dinlərin nümayəndələri bir “dəmir yumruq” kimi vuruşdu

27 Oktyabr, 2026
Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır 77 g3c-d3b3cebfc271_1200 2
  • İdman

Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır

27 Oktyabr, 2026
“Həzi Aslanov”-“İçərişəhər” metro xəttində birbaşa hərəkət bərpa olunub Q8otr8LD8iY4IBxIGUDv b 3
  • Cəmiyyət

“Həzi Aslanov”-“İçərişəhər” metro xəttində birbaşa hərəkət bərpa olunub

27 Oktyabr, 2026
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib 54420d05-4262-39a0-ab 4
  • Cəmiyyət

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

26 Oktyabr, 2026
Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib 1754130306_medb 5
  • Cəmiyyət

Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib

26 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3348) Dünya (1096) Gündəm (3477) Kateqoriyasızlar (242) Kriminal (305) Mədəniyyət (97) Siyasət (445) Texnologiya (33) İdman (255) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 1
  • 1
  • 6. 614

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.