Skip to content
27 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin iclası keçirilib
  • Cəmiyyət
  • Gündəm

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin iclası keçirilib

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda Mərkəzin və Hüquq və İnsan Haqları
Cavidan 15 Aprel, 2026
69df6b93384c969df6b v

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda Mərkəzin və Hüquq və İnsan Haqları İnstitutunun gələcək fəaliyyəti ilə bağlı bir sıra mühüm məsələlər müzakirə edilib.

İclası giriş sözü ilə açan Müşahidə Şurasının sədri Gündüz Kərimov gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırıb.

O bildirib ki, “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli Fərmanı ilə dövlət orqanlarının (qurumlarının), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatların strukturu, ştat vahidləri və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasının həyata keçirilməsi və onların optimallaşdırılması üzrə tədbirlərin görülməsi üzrə tapşırıqlar verilib. Bunun davamı olaraq 2026-cı ildə bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq normativ hüquqi aktlar imzalanıb, həmçinin dövlət qulluğunun inzibati və yardımçı vəzifələri üzrə aylıq vəzifə maaşlarının məbləğləri artırılıb, əməyin ödəniş səviyyələri üzrə vəzifələr, səviyyə və pillələr üzrə artım faizləri yenidən müəyyən edilib.

Göstərilənlərlə əlaqədar Mərkəzin və İnstitutun strukturu, işçilərinin say həddi, əməyin ödənişi fondu, optimal təşkilati-hüquqi formanın seçimi, habelə xərclərin azaldılması istiqamətində tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb və Şura üzvləri tərəfindən qeyd edilən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı Müşahidə Şurası tərəfindən Mərkəzin və İnstitutun dövlət büdcəsindən asılılığının azaldılması məqsədilə xərclərinin optimallaşdırılması, o cümlədən təşkilati-hüquqi formalarının dəyişdirilməklə yenidən təşkil olunmasının mümkünlüyü barədə təkliflər nəzərdən keçirilib və bununla bağlı müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, İnstitutun ştat sayı, strukturu və fəaliyyəti üzrə xərclərinin optimallaşdırılması məqsədilə funksiyaları oxşar olan bir sıra vəzifələrin birləşdirilməsi yolu ilə daha səmərəli strukturun formalaşdırılmasının zəruriliyi qeyd olunub. Bu çərçivədə, Müşahidə Şurası tərəfindən İnstitutun yeni strukturunun təsdiq olunması kimi optimallaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədəuyğun hesab edilib.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Ərdoğan: Türkiyə ABŞ ilə İran arasında atəşkəsin uzadılması üçün təkliflər verir
Sonrakı: Ceyhun Bayramov İsveçrə dövlət katibinin müavinini qəbul edib

Bölmənin digər xəbərləri

sHVe2XdIN0CPm1L0eGqrv
  • Cəmiyyət

Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini III oxunuşda qəbul edib

Cavidan 27 Oktyabr, 2026
GsFu997Zdfv
  • Cəmiyyət

İlham Əliyev: Biz Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvəffəq olduq

Cavidan 27 Oktyabr, 2026
jtchjv8vS4J3xzSjuhb
  • Cəmiyyət

İlham Əliyev: Vətən müharibəsində bütün etnik qrup və dinlərin nümayəndələri bir “dəmir yumruq” kimi vuruşdu

Cavidan 27 Oktyabr, 2026

Teqlər

Aktivlərin idarə edilməsi Android Anime AnTuTu Apple AzInTelecom Azərbaycan Bank infrastrukturu Bee biznes Business ChatGPT Cyberpunk Edgerunners Elcore Distribution Elektromobil Epic Games Store JBOD Netflix Newsbeat Nutanix OpenAI oyun Oyunlar PCI DSS Pul köçürmələri Qadcetlər QNAP Reytinq Rəqəmsal İmza sahibkarlar Science smartfon SOCAR spacex Süni intellekt SİMA İmza Texnologiya Təhlükəsizlik USB 4 World İlon Mask İqtisadiyyat Nazirliyi İT infrastrukturu İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 350)
  • Dünya (1. 096)
  • Gündəm (3. 477)
  • İdman (255)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (242)
  • Kriminal (305)
  • Mədəniyyət (97)
  • Siyasət (446)
  • Texnologiya (33)

Xəbər Trendi

Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini III oxunuşda qəbul edib sHVe2XdIN0CPm1L0eGqrv 1
  • Cəmiyyət

Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini III oxunuşda qəbul edib

27 Oktyabr, 2026
İlham Əliyev: Biz Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvəffəq olduq GsFu997Zdfv 2
  • Cəmiyyət

İlham Əliyev: Biz Cənubi Qafqazda yeni bir vəziyyəti yaratmağa müvəffəq olduq

27 Oktyabr, 2026
İlham Əliyev: Vətən müharibəsində bütün etnik qrup və dinlərin nümayəndələri bir “dəmir yumruq” kimi vuruşdu jtchjv8vS4J3xzSjuhb 3
  • Cəmiyyət

İlham Əliyev: Vətən müharibəsində bütün etnik qrup və dinlərin nümayəndələri bir “dəmir yumruq” kimi vuruşdu

27 Oktyabr, 2026
Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır 77 g3c-d3b3cebfc271_1200 4
  • İdman

Azərbaycan Kubokunda II təsnifat mərhələsi başlayır

27 Oktyabr, 2026
“Həzi Aslanov”-“İçərişəhər” metro xəttində birbaşa hərəkət bərpa olunub Q8otr8LD8iY4IBxIGUDv b 5
  • Cəmiyyət

“Həzi Aslanov”-“İçərişəhər” metro xəttində birbaşa hərəkət bərpa olunub

27 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3350) Dünya (1096) Gündəm (3477) Kateqoriyasızlar (242) Kriminal (305) Mədəniyyət (97) Siyasət (446) Texnologiya (33) İdman (255) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 1
  • 1
  • 6. 614

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.