Skip to content
14 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 224)
  • Dünya (3. 318)
  • Gündəm (11. 584)
  • İdman (639)
  • İqtisadiyyat (586)
  • Kateqoriyasızlar (481)
  • Kriminal (1. 371)
  • Mədəniyyət (345)
  • Siyasət (2. 979)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Azərbaycanda beynəlxalq qurum təsis olunur

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) arasında
Cavidan 14 Aprel, 2026

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) arasında Təmiz Enerji Mərkəzinin təsis edilməsinə dair Ev Sahibi Ölkə sazişi müzakirə olunub.

Sənəd İƏT-in Təmiz Enerji Mərkəzinin Azərbaycanda, konkret olaraq Bakıda fəaliyyət göstərməsini və onun hüquqi statusunu müəyyənləşdirir.

Layihəyə əsasən, mərkəz beynəlxalq hüquqi şəxs statusuna malik olacaq və onun fəaliyyəti Azərbaycanın milli qanunvericiliyinə uyğun şəkildə tənzimlənəcək. Mərkəzə müqavilələr bağlamaq, əmlak əldə etmək, məhkəmələrdə iştirak etmək kimi hüquqlar verilir və bütün hüquqi proseslərdə İcraçı direktor tərəfindən təmsil olunacaq.

Sazişdə mərkəzin yerləşəcəyi bina və onun fəaliyyəti ilə bağlı təminatlar da əksini tapıb. Belə ki, mərkəzin qərargahı Bakıda yerləşəcək, bina ilə bağlı xərclər və saxlanma məsələləri müəyyən qaydalar əsasında tənzimlənəcək. Eyni zamanda, mərkəzin binaları, arxivləri və sənədləri toxunulmaz hesab olunur.

Sənədə əsasən, mərkəzin əmlakı və aktivləri məhkəmə müdaxiləsindən, müsadirədən və digər məhdudiyyətlərdən qorunur. Bununla yanaşı, mərkəzə maliyyə nəzarəti sahəsində müəyyən azadolmalar verilir, o cümlədən vəsaitlərini sərbəst şəkildə idarə etmək, müxtəlif valyutalarda əməliyyatlar aparmaq hüququ tanınır.

Vergi və gömrük sahəsində də bir sıra güzəştlər nəzərdə tutulur. Mərkəzin fəaliyyəti ilə bağlı idxal və ixrac edilən mallar müəyyən hallarda vergilərdən və rüsumlardan azad edilir, həmçinin onun gəlirləri və aktivləri üzrə vergi öhdəlikləri məhdudlaşdırılır.

Sazişdə kommunikasiya imkanları, rəsmi yazışmaların aparılması, diplomatik kanallardan istifadə, eləcə də mərkəzin rəhbərliyi və heyət üzvləri üçün nəzərdə tutulan imtiyaz və immunitetlər də ətraflı şəkildə göstərilib. İcraçı direktor və digər heyət üzvləri xidməti fəaliyyətləri ilə bağlı müəyyən hüquqi toxunulmazlıq və vergi güzəştlərindən yararlanacaqlar.

Qeyd olunub ki, bu saziş Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında rolunu gücləndirməklə yanaşı, regionda təmiz enerji təşəbbüslərinin inkişafına və koordinasiyasına mühüm töhfə verəcək.

Continue Reading

Previous: “WSJ”: Səudiyyə Ərəbistanı ABŞ-nin Hörmüz boğazının blokadasından imtina etməsinə çalışır
Next: “Space” TV-nin baş direktoru işdən çıxarıldı

Bölmənin digər xəbərləri

Azərbaycanda nikah və boşanmaların sayı azalıb
  • Cəmiyyət

Azərbaycanda nikah və boşanmaların sayı azalıb

14 Aprel, 2026
Azərbaycan alimentlə bağlı qərarların beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur
  • Cəmiyyət

Azərbaycan alimentlə bağlı qərarların beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur

14 Aprel, 2026
Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var
  • Gündəm

Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var

14 Aprel, 2026

Top 7 Xəbər

Azərbaycanda nikah və boşanmaların sayı azalıb 1

Azərbaycanda nikah və boşanmaların sayı azalıb

14 Aprel, 2026
Azərbaycan alimentlə bağlı qərarların beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur 2

Azərbaycan alimentlə bağlı qərarların beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur

14 Aprel, 2026
Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var 3

Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var

14 Aprel, 2026
KİV: Rusiya Teleqramdakı bloklanmanı yumşaltmaq qərarına gəlib 4

KİV: Rusiya Teleqramdakı bloklanmanı yumşaltmaq qərarına gəlib

14 Aprel, 2026
“Space” TV-nin baş direktoru işdən çıxarıldı 5

“Space” TV-nin baş direktoru işdən çıxarıldı

14 Aprel, 2026
Azərbaycanda beynəlxalq qurum təsis olunur 6

Azərbaycanda beynəlxalq qurum təsis olunur

14 Aprel, 2026
“WSJ”: Səudiyyə Ərəbistanı ABŞ-nin Hörmüz boğazının blokadasından imtina etməsinə çalışır 7

“WSJ”: Səudiyyə Ərəbistanı ABŞ-nin Hörmüz boğazının blokadasından imtina etməsinə çalışır

14 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 224)
  • Dünya (3. 318)
  • Gündəm (11. 584)
  • İdman (639)
  • İqtisadiyyat (586)
  • Kateqoriyasızlar (481)
  • Kriminal (1. 371)
  • Mədəniyyət (345)
  • Siyasət (2. 979)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9224) Dünya (3318) Gündəm (11584) Kateqoriyasızlar (481) Kriminal (1371) Mədəniyyət (345) Siyasət (2979) Texnologiya (14) İdman (639) İqtisadiyyat (586)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycanda nikah və boşanmaların sayı azalıb 14 Aprel, 2026
  • Azərbaycan alimentlə bağlı qərarların beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur 14 Aprel, 2026
  • Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var 14 Aprel, 2026
  • KİV: Rusiya Teleqramdakı bloklanmanı yumşaltmaq qərarına gəlib 14 Aprel, 2026
  • “Space” TV-nin baş direktoru işdən çıxarıldı 14 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.