Skip to content
30 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 521)
  • Dünya (3. 388)
  • Gündəm (11. 818)
  • İdman (653)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (498)
  • Kriminal (1. 393)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 996)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Bahar Muradova: Qadın sahibkarlığının təşviqi strateji iqtisadi inkişaf prioritetidir

Qadın sahibkarlığının təşviqi yalnız gender bərabərliyi məsələsi deyil, eyni zamanda strateji iqtisadi inkişaf prioritetidir. Bunu Ailə, Qadın və
Cavidan 14 Aprel, 2026

Qadın sahibkarlığının təşviqi yalnız gender bərabərliyi məsələsi deyil, eyni zamanda strateji iqtisadi inkişaf prioritetidir.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı çərçivəsində təşkil edilmiş “Qadın sahibkarlığın inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” adlı yan tədbirdə deyib.

O, tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, yan tədbir həm təşkilati, həm də təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir:

“Qadınların iqtisadi fəaliyyətə cəlb olunması inklüziv və davamlı inkişafın əsas prioritetlərindən biri olmaqla yanaşı, həm də sosial rifahın yüksəldilməsində, həmçinin iqtisadi nailiyyətlərin əldə olunmasında mühüm rol oynayır. Qadınların sahibkarlıq fəaliyyətində aktiv iştirakı yeni iş yerlərinin yaradılmasına, ailə gəlirlərinin artmasına və ümumilikdə cəmiyyətin iqtisadi dayanıqlığının güclənməsinə töhfə verir. Bu baxımdan, qadın sahibkarlığının təşviqi yalnız gender bərabərliyi məsələsi deyil, eyni zamanda strateji iqtisadi inkişaf prioritetidir”.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda son illər ərzində qadın sahibkarlığının inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib:

“Dövlət tərəfindən normativ-hüquqi baza təkmilləşdirilib, sahibkarlıq fəaliyyətinin qeydiyyatı, idarə olunması və genişləndirilməsi istiqamətində prosedurlar sadələşdirilib. Həmçinin qadın sahibkarlar üçün müxtəlif maliyyə dəstəyi alətləri, güzəştli kreditlər, qrant proqramları və subsidiyalar təqdim olunur. Təlim, mentorluq və biznes inkubasiya proqramları vasitəsilə qadınların bilik və bacarıqlarının artırılması istiqamətində də mühüm addımlar atılıb. Regionlarda yaşayan qadınların iqtisadi fəallığının artırılması da xüsusi diqqət mərkəzində saxlanılır”.

B.Muradova onu da əlavə edib ki, bu kontekstdə təşkil olunan yan tədbir qadın sahibkarların mövcud dövlət dəstəyi mexanizmləri və hüquqi imkanlar barədə daha geniş və sistemli şəkildə məlumatlandırılmasına xidmət edəcək.

Komitə sədri bildirib ki, tədbir çərçivəsində dövlət qurumları, özəl sektor nümayəndələri, hüquqşünaslar və sahibkarlar arasında açıq dialoq mühiti yaradılacaq, mövcud mexanizmlərin tətbiqində qarşıya çıxan problemlər və onların həlli yolları müzakirə olunacaq.AA

Continue Reading

Previous: Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
Next: Xəzər dənizində 3,8 maqnitudalı zəlzələ olub

Bölmənin digər xəbərləri

İranın XİN başçısı müsəlman ölkələrini həmrəyliyə çağırdı
  • Cəmiyyət

İranın XİN başçısı müsəlman ölkələrini həmrəyliyə çağırdı

30 May, 2026
KİV: İranın dəniz blokadası davam edir, gəmilər ABŞ tərəfindən dayanma xəbərdarlığı alır
  • Gündəm

KİV: İranın dəniz blokadası davam edir, gəmilər ABŞ tərəfindən dayanma xəbərdarlığı alır

30 May, 2026
Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib
  • Dünya

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

30 May, 2026

Top 7 Xəbər

İranın XİN başçısı müsəlman ölkələrini həmrəyliyə çağırdı 1

İranın XİN başçısı müsəlman ölkələrini həmrəyliyə çağırdı

30 May, 2026
KİV: İranın dəniz blokadası davam edir, gəmilər ABŞ tərəfindən dayanma xəbərdarlığı alır 2

KİV: İranın dəniz blokadası davam edir, gəmilər ABŞ tərəfindən dayanma xəbərdarlığı alır

30 May, 2026
Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib 3

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

30 May, 2026
ABŞ-ın müharibə naziri: Çin ölkəmizin təhlükəsizliyini təhdid edə bilməməlidir 4

ABŞ-ın müharibə naziri: Çin ölkəmizin təhlükəsizliyini təhdid edə bilməməlidir

30 May, 2026
KİV: İranın Küveytdəki bazaya zərbəsi nəticəsində 5 amerikalı hərbçi yaralanıb 5

KİV: İranın Küveytdəki bazaya zərbəsi nəticəsində 5 amerikalı hərbçi yaralanıb

30 May, 2026
Azərbaycan lideri Xorvatiya Prezidentini təbrik edib 6

Azərbaycan lideri Xorvatiya Prezidentini təbrik edib

30 May, 2026
Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb 7

Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırılıb

30 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 521)
  • Dünya (3. 388)
  • Gündəm (11. 818)
  • İdman (653)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (498)
  • Kriminal (1. 393)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 996)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9521) Dünya (3388) Gündəm (11818) Kateqoriyasızlar (498) Kriminal (1393) Mədəniyyət (351) Siyasət (2996) Texnologiya (14) İdman (653) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İranın XİN başçısı müsəlman ölkələrini həmrəyliyə çağırdı 30 May, 2026
  • KİV: İranın dəniz blokadası davam edir, gəmilər ABŞ tərəfindən dayanma xəbərdarlığı alır 30 May, 2026
  • Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib 30 May, 2026
  • ABŞ-ın müharibə naziri: Çin ölkəmizin təhlükəsizliyini təhdid edə bilməməlidir 30 May, 2026
  • KİV: İranın Küveytdəki bazaya zərbəsi nəticəsində 5 amerikalı hərbçi yaralanıb 30 May, 2026
© Addim.az | MoreNews by AF themes.