Skip to content
31 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Bahar Muradova: Qadın sahibkarlığının təşviqi strateji iqtisadi inkişaf prioritetidir
  • Cəmiyyət
  • Gündəm

Bahar Muradova: Qadın sahibkarlığının təşviqi strateji iqtisadi inkişaf prioritetidir

Qadın sahibkarlığının təşviqi yalnız gender bərabərliyi məsələsi deyil, eyni zamanda strateji iqtisadi inkişaf prioritetidir. Bunu Ailə, Qadın və
Cavidan 14 Aprel, 2026
16273939152802950870_1200x630

Qadın sahibkarlığının təşviqi yalnız gender bərabərliyi məsələsi deyil, eyni zamanda strateji iqtisadi inkişaf prioritetidir.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı çərçivəsində təşkil edilmiş “Qadın sahibkarlığın inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi” adlı yan tədbirdə deyib.

O, tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, yan tədbir həm təşkilati, həm də təcrübə mübadiləsi baxımından əhəmiyyətlidir:

“Qadınların iqtisadi fəaliyyətə cəlb olunması inklüziv və davamlı inkişafın əsas prioritetlərindən biri olmaqla yanaşı, həm də sosial rifahın yüksəldilməsində, həmçinin iqtisadi nailiyyətlərin əldə olunmasında mühüm rol oynayır. Qadınların sahibkarlıq fəaliyyətində aktiv iştirakı yeni iş yerlərinin yaradılmasına, ailə gəlirlərinin artmasına və ümumilikdə cəmiyyətin iqtisadi dayanıqlığının güclənməsinə töhfə verir. Bu baxımdan, qadın sahibkarlığının təşviqi yalnız gender bərabərliyi məsələsi deyil, eyni zamanda strateji iqtisadi inkişaf prioritetidir”.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda son illər ərzində qadın sahibkarlığının inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib:

“Dövlət tərəfindən normativ-hüquqi baza təkmilləşdirilib, sahibkarlıq fəaliyyətinin qeydiyyatı, idarə olunması və genişləndirilməsi istiqamətində prosedurlar sadələşdirilib. Həmçinin qadın sahibkarlar üçün müxtəlif maliyyə dəstəyi alətləri, güzəştli kreditlər, qrant proqramları və subsidiyalar təqdim olunur. Təlim, mentorluq və biznes inkubasiya proqramları vasitəsilə qadınların bilik və bacarıqlarının artırılması istiqamətində də mühüm addımlar atılıb. Regionlarda yaşayan qadınların iqtisadi fəallığının artırılması da xüsusi diqqət mərkəzində saxlanılır”.

B.Muradova onu da əlavə edib ki, bu kontekstdə təşkil olunan yan tədbir qadın sahibkarların mövcud dövlət dəstəyi mexanizmləri və hüquqi imkanlar barədə daha geniş və sistemli şəkildə məlumatlandırılmasına xidmət edəcək.

Komitə sədri bildirib ki, tədbir çərçivəsində dövlət qurumları, özəl sektor nümayəndələri, hüquqşünaslar və sahibkarlar arasında açıq dialoq mühiti yaradılacaq, mövcud mexanizmlərin tətbiqində qarşıya çıxan problemlər və onların həlli yolları müzakirə olunacaq.AA

Post navigation

Previous: Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
Next: Xəzər dənizində 3,8 maqnitudalı zəlzələ olub

Bölmənin digər xəbərləri

prezdent
  • Cəmiyyət

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Cavidan 31 Avqust, 2026
15fc v
  • Cəmiyyət

Əli Əsədov Oljas Bektenovu təbrik edib

Cavidan 31 Avqust, 2026
ZnscHtHvcMX6 cc
  • Cəmiyyət

Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər

Cavidan 31 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 038)
  • Dünya (1. 038)
  • Gündəm (3. 329)
  • İdman (226)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (202)
  • Kriminal (276)
  • Mədəniyyət (93)
  • Siyasət (403)
  • Texnologiya (15)

Xəbər Trendi

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib prezdent 1
  • Cəmiyyət

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

31 Avqust, 2026
Əli Əsədov Oljas Bektenovu təbrik edib 15fc v 2
  • Cəmiyyət

Əli Əsədov Oljas Bektenovu təbrik edib

31 Avqust, 2026
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq gorus 3
  • Siyasət

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

31 Avqust, 2026
Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər ZnscHtHvcMX6 cc 4
  • Cəmiyyət

Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər

31 Avqust, 2026
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib vcrMyLIl9JHkUe v 5
  • Siyasət

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

31 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3038) Dünya (1038) Gündəm (3329) Kateqoriyasızlar (202) Kriminal (276) Mədəniyyət (93) Siyasət (403) Texnologiya (15) İdman (226) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.