Skip to content
8 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 189)
  • Dünya (3. 304)
  • Gündəm (11. 539)
  • İdman (639)
  • İqtisadiyyat (583)
  • Kateqoriyasızlar (477)
  • Kriminal (1. 368)
  • Mədəniyyət (344)
  • Siyasət (2. 979)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət
  • Gündəm

Ali Məhkəmə: Mülki işlər üzrə sübutlar qanunla müəyyən olunan qaydada və vaxtda təqdim edilməlidir

Mülki işlər üzrə sübutlar qanunla müəyyən olunan qaydada və vaxtda təqdim edilməlidir. Bu barədə Ali Məhkəmə məlumat yayıb.
Cavidan 8 Aprel, 2026

Mülki işlər üzrə sübutlar qanunla müəyyən olunan qaydada və vaxtda təqdim edilməlidir.

Bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, məhkəmədə qalib gəlmək təkcə haqlı olmaqdan asılı deyil. Mülki işlər üzrə məhkəmə çəkişmələrinin uğurlu nəticəsi əsasən təqdim olunan sübutlardan asılıdır. Mülki prosessual qanunvriciliyə əsasən, məhkəmə yalnız işdə olan sübutlar əsasında qərar qəbul edir.

Təcrübədən görünür ki, vətəndaşlar ən çox məhz haqlı olduqları, hətta müəyyən sübutlar təqdim etdikləri halda, işin onların ziyanına həll olunmasından narazılıq edirlər. Bu isə əksər hallarda sübutetmə qaydalarına riayət olunmaması ilə bağlı olur.

Sübutların yalnız mövcud olması kifayət etmir, onlar qanunla müəyyən edilmiş qaydada və vaxtında təqdim edilməlidir. Əks halda, məhkəmə tərəfindən qəbul edilməyə bilər.

Mülki prosessual qanunvericiliyə əsasən, sübutlar əsasən birinci instansiya məhkəməsində işin baxılmağa hazırlanması mərhələsində (hazırlıq iclasında) təqdim edilməlidir. Əgər şəxs sübutu bu mərhələdə təqdim etmək imkanı olduğu halda bunu etmirsə və sonradan təqdim edirsə, məhkəmə həmin sübutu qəbul etməyə bilər.

Sübuta ehtiyac sonradan yaranarsa – Bəzən sübutun təqdim olunması zərurəti məhz məhkəmə baxışı zamanı ortaya çıxır. Məsələn, məhkəmə baxışı zamanı yeni faktlar aşkar olunur; tərəflərin izahatları yeni halları üzə çıxarır, mübahisə predmeti ilə bağlı vəziyyət dəyişir (məsələn, əmlakın hüquqi statusu dəyişir). Belə hallarda həmin faktları təsdiqləyən sübutlar sonradan təqdim edilə bilər.

Sübut əvvəldən mövcud olsa da, obyektiv səbəblərdən vaxtında təqdim etmək mümkün olmayıbsa, bu halda da məhkəmə onu qəbul edə bilər. Amma burada vacib şərt odur ki, şəxs sübutu vaxtında təqdim edə bilməməsinin səbəbini də sübut etməlidir. Məsələn, rəsmi sorğu vaxtında göndərilib, lakin cavab gecikib. Bu halda sorğu və cavab məktubları da məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasında yeni sübutların təqdim olunması daha məhduddur. Bu yalnız o halda mümkündür ki, şəxs birinci instansiyada həmin sübutu təqdim edə bilmədiyini əsaslandıra bilsin. Məsələn, üzrlü səbəblər kimi bunlar göstərilə bilər: məhkəmə iclasları barədə bildirişlərin alınmaması, ağır xəstəlik və ya uzunmüddətli müalicə və digər obyektiv və sübut oluna bilən hallar. Bu səbəblər də müvafiq sənədlərlə təsdiqlənməlidir.

Continue Reading

Previous: TƏBİB-in Müşahidə Şurasının sədri dəyişib

Bölmənin digər xəbərləri

TƏBİB-in Müşahidə Şurasının sədri dəyişib
  • Cəmiyyət

TƏBİB-in Müşahidə Şurasının sədri dəyişib

8 Aprel, 2026
Zelenski Yaxın Şərqdə eskalasiyanın qlobal nəticələrindən danışıb
  • Cəmiyyət

Zelenski Yaxın Şərqdə eskalasiyanın qlobal nəticələrindən danışıb

8 Aprel, 2026
Ceyhun Bayramov Bakıda qazaxıstanlı həmkarı ilə təkbətək görüş keçirir – YENİLƏNİB
  • Cəmiyyət

Ceyhun Bayramov Bakıda qazaxıstanlı həmkarı ilə təkbətək görüş keçirir – YENİLƏNİB

8 Aprel, 2026

Top 7 Xəbər

İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik edib 1

İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik edib

8 Aprel, 2026
Ali Məhkəmə: Mülki işlər üzrə sübutlar qanunla müəyyən olunan qaydada və vaxtda təqdim edilməlidir 2

Ali Məhkəmə: Mülki işlər üzrə sübutlar qanunla müəyyən olunan qaydada və vaxtda təqdim edilməlidir

8 Aprel, 2026
TƏBİB-in Müşahidə Şurasının sədri dəyişib 3

TƏBİB-in Müşahidə Şurasının sədri dəyişib

8 Aprel, 2026
Zelenski Yaxın Şərqdə eskalasiyanın qlobal nəticələrindən danışıb 4

Zelenski Yaxın Şərqdə eskalasiyanın qlobal nəticələrindən danışıb

8 Aprel, 2026
Ceyhun Bayramov Bakıda qazaxıstanlı həmkarı ilə təkbətək görüş keçirir – YENİLƏNİB 5

Ceyhun Bayramov Bakıda qazaxıstanlı həmkarı ilə təkbətək görüş keçirir – YENİLƏNİB

8 Aprel, 2026
İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib 6

İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib

8 Aprel, 2026
Sabunçuda iki nəfər dəm qazından öldü 7

Sabunçuda iki nəfər dəm qazından öldü

8 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 189)
  • Dünya (3. 304)
  • Gündəm (11. 539)
  • İdman (639)
  • İqtisadiyyat (583)
  • Kateqoriyasızlar (477)
  • Kriminal (1. 368)
  • Mədəniyyət (344)
  • Siyasət (2. 979)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9189) Dünya (3304) Gündəm (11539) Kateqoriyasızlar (477) Kriminal (1368) Mədəniyyət (344) Siyasət (2979) Texnologiya (14) İdman (639) İqtisadiyyat (583)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik edib 8 Aprel, 2026
  • Ali Məhkəmə: Mülki işlər üzrə sübutlar qanunla müəyyən olunan qaydada və vaxtda təqdim edilməlidir 8 Aprel, 2026
  • TƏBİB-in Müşahidə Şurasının sədri dəyişib 8 Aprel, 2026
  • Zelenski Yaxın Şərqdə eskalasiyanın qlobal nəticələrindən danışıb 8 Aprel, 2026
  • Ceyhun Bayramov Bakıda qazaxıstanlı həmkarı ilə təkbətək görüş keçirir – YENİLƏNİB 8 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.