Skip to content
12 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Ali Məhkəmə: Mülki işlər üzrə sübutlar qanunla müəyyən olunan qaydada və vaxtda təqdim edilməlidir
  • Cəmiyyət
  • Gündəm

Ali Məhkəmə: Mülki işlər üzrə sübutlar qanunla müəyyən olunan qaydada və vaxtda təqdim edilməlidir

Mülki işlər üzrə sübutlar qanunla müəyyən olunan qaydada və vaxtda təqdim edilməlidir. Bu barədə Ali Məhkəmə məlumat yayıb.
Cavidan 8 Aprel, 2026
4f848c81-acd2-4d52-b5 V

Mülki işlər üzrə sübutlar qanunla müəyyən olunan qaydada və vaxtda təqdim edilməlidir.

Bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, məhkəmədə qalib gəlmək təkcə haqlı olmaqdan asılı deyil. Mülki işlər üzrə məhkəmə çəkişmələrinin uğurlu nəticəsi əsasən təqdim olunan sübutlardan asılıdır. Mülki prosessual qanunvriciliyə əsasən, məhkəmə yalnız işdə olan sübutlar əsasında qərar qəbul edir.

Təcrübədən görünür ki, vətəndaşlar ən çox məhz haqlı olduqları, hətta müəyyən sübutlar təqdim etdikləri halda, işin onların ziyanına həll olunmasından narazılıq edirlər. Bu isə əksər hallarda sübutetmə qaydalarına riayət olunmaması ilə bağlı olur.

Sübutların yalnız mövcud olması kifayət etmir, onlar qanunla müəyyən edilmiş qaydada və vaxtında təqdim edilməlidir. Əks halda, məhkəmə tərəfindən qəbul edilməyə bilər.

Mülki prosessual qanunvericiliyə əsasən, sübutlar əsasən birinci instansiya məhkəməsində işin baxılmağa hazırlanması mərhələsində (hazırlıq iclasında) təqdim edilməlidir. Əgər şəxs sübutu bu mərhələdə təqdim etmək imkanı olduğu halda bunu etmirsə və sonradan təqdim edirsə, məhkəmə həmin sübutu qəbul etməyə bilər.

Sübuta ehtiyac sonradan yaranarsa – Bəzən sübutun təqdim olunması zərurəti məhz məhkəmə baxışı zamanı ortaya çıxır. Məsələn, məhkəmə baxışı zamanı yeni faktlar aşkar olunur; tərəflərin izahatları yeni halları üzə çıxarır, mübahisə predmeti ilə bağlı vəziyyət dəyişir (məsələn, əmlakın hüquqi statusu dəyişir). Belə hallarda həmin faktları təsdiqləyən sübutlar sonradan təqdim edilə bilər.

Sübut əvvəldən mövcud olsa da, obyektiv səbəblərdən vaxtında təqdim etmək mümkün olmayıbsa, bu halda da məhkəmə onu qəbul edə bilər. Amma burada vacib şərt odur ki, şəxs sübutu vaxtında təqdim edə bilməməsinin səbəbini də sübut etməlidir. Məsələn, rəsmi sorğu vaxtında göndərilib, lakin cavab gecikib. Bu halda sorğu və cavab məktubları da məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasında yeni sübutların təqdim olunması daha məhduddur. Bu yalnız o halda mümkündür ki, şəxs birinci instansiyada həmin sübutu təqdim edə bilmədiyini əsaslandıra bilsin. Məsələn, üzrlü səbəblər kimi bunlar göstərilə bilər: məhkəmə iclasları barədə bildirişlərin alınmaması, ağır xəstəlik və ya uzunmüddətli müalicə və digər obyektiv və sübut oluna bilən hallar. Bu səbəblər də müvafiq sənədlərlə təsdiqlənməlidir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: TƏBİB-in Müşahidə Şurasının sədri dəyişib
Next: İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik edib

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-11 160048
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

Cavidan 11 İyul, 2026
Screenshot 2026-07-11 153111
  • Cəmiyyət

İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib

Cavidan 11 İyul, 2026
Screenshot 2026-07-11 150542
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

Cavidan 11 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 726)
  • Dünya (3. 453)
  • Gündəm (11. 945)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (521)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 011)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub Screenshot 2026-07-11 160048 1
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

11 İyul, 2026
İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib Screenshot 2026-07-11 153111 2
  • Cəmiyyət

İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib

11 İyul, 2026
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb Screenshot 2026-07-11 150542 3
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

11 İyul, 2026
Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq Screenshot 2026-07-11 144513 4
  • Cəmiyyət

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

11 İyul, 2026
Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var Screenshot 2026-07-11 132145 5
  • Dünya

Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

11 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9726) Dünya (3453) Gündəm (11945) Kateqoriyasızlar (521) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3011) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.