Skip to content
16 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində olub
  • Cəmiyyət

Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində olub

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-də Tbilisidə Gürcüstan Milli Muzeyində olub. Gürcüstan Milli Muzeyində bu ölkənin tarixinin
Cavidan 6 Aprel, 2026
I6VEtVzoidLB77KPjwjezW b

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-də Tbilisidə Gürcüstan Milli Muzeyində olub.

Gürcüstan Milli Muzeyində bu ölkənin tarixinin müxtəlif dövrlərinə aid eksponatlar sərgilənir.

Muzeyin “Gürcüstanda Daş dövrü” ekspozisiyası ölkədə aşkara çıxarılmış ən vacib arxeoloji irsi təqdim edir. İndiyədək Gürcüstanda 500-dən çox Daş dövrü abidəsi qeydə alınıb. Ekspozisiyada Dmanisidə (Kvemo Kartli bölgəsi) aşkarlanan tapıntılar xüsusi yer tutur. Burada təxminən 1,8 milyon il əvvələ aid insan qalıqları və əmək alətləri var. “Arxeoloji xəzinə” ekspozisiyasında isə Gürcüstanda aşkar edilmiş və eramızdan əvvəl III minillikdən eramızın IV əsrinə qədər olan dövrə aid nadir zərgərlik məmulatları nümayiş olunur.

Ekspozisiyalarla tanışlıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Gürcüstan Milli Muzeyinə “Azərxalça”nın istehsalı olan beş nadir xalçadan ibarət “Mədəni irsə yeni baxış” adlı kolleksiya hədiyyə edildi. Kolleksiya qədim xalça nümunələrinin müasir interpretasiyasını təqdim edir. Kolleksiyaya klassik elementlərin, xüsusilə “Xətai” və “Çələbi” motivlərinin müasir kompozisiyada sintezi olan “Naxçıvan”, Qarabağ xalça məktəbinin zəngin ornamentləri ilə yenidən işlənən “Açma-yumma”, ritmik və təkrarlanan elementlərlə kainat harmoniyasını xatırladan “Qarabağ”, “Bəndi-Rumi” kompozisiyası və Şərq sənət ənənələrinin müasir ifadəsi olan “Ovçuluq” və 2500 illik tarixə malik, dünyanın ən qədim xovlu xalçasının müasir interpretasiyası olan “Pazırık” xalçaları daxildir.

Muzeyin rəhbərliyi hədiyyələrə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq bildirib.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Zaqatalada sel təhlükəsinə qarşı tədbirlər görülür, dağ çaylarına ağır texnika cəlb olunub
Sonrakı: Azər Maqsudov cəzadan azad edilib

Bölmənin digər xəbərləri

6ad20c5e54b746ad20c5e5v
  • Cəmiyyət

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

Cavidan 16 Oktyabr, 2026
tzwFEebTOuIZtyvDbnYv
  • Cəmiyyət

Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər

Cavidan 16 Oktyabr, 2026
tkJDoqxsBqEbnUlr84yLvo v
  • Cəmiyyət

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

Cavidan 16 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android ani çap AnTuTu Apple Azerbaijan Business Women AzInTelecom Birbank Business Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Microsoft Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Reytinq Rəqəmsal İmza Samsung Science SheMatters Pakistan smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 298)
  • Dünya (1. 083)
  • Gündəm (3. 463)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (15)

Xəbər Trendi

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb 6ad20c5e54b746ad20c5e5v 1
  • Cəmiyyət

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

16 Oktyabr, 2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər tzwFEebTOuIZtyvDbnYv 2
  • Cəmiyyət

Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər

16 Oktyabr, 2026
Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqləyin Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqləyin 3
  • Texnologiya

Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqləyin

16 Oktyabr, 2026
Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə! Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə! 4
  • Texnologiya

Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə!

16 Oktyabr, 2026
Sabah Azərbaycanda 31 dərəcə isti olacaq tkJDoqxsBqEbnUlr84yLvo v 5
  • Cəmiyyət

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

16 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3298) Dünya (1083) Gündəm (3463) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (15) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 84
  • 77
  • 4. 894

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.