Skip to content
17 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçəcək
  • Cəmiyyət
  • Gündəm

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçəcək

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Heydər Əliyev-2026” birgə
Cavidan 3 Aprel, 2026
GXbSA1nzSK4tZVf v

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Heydər Əliyev-2026” birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahından hərəkətə başlayan bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə – Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.

“Ümid” körpüsündə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyənin Respublikasının İstiqlal Marşı ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub.

Sonra təlimə cəlb ediləcək şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə keçirilən tədbirdə ƏÜO komandanı general-leytenant Kənan Seyidov çıxış edərək birgə hərbi təlimin əhəmiyyətindən danışıb, təlim iştirakçılarına uğurlar arzulayıb.

Tədbirdən sonra təlimə cəlb ediləcək bölmələr Naxçıvan şəhərindən yola düşüblər.

Qeyd edək ki, təlimin keçirilməsində məqsəd müasir döyüşün prinsiplərinə uyğun birgə əməliyyatların planlaşdırılması və icrası, koordinasiyanın təşkil edilməsi, döyüşün hərtərəfli təminatı üzrə təcrübə mübadiləsinin aparılması və şəxsi heyətin bilik və bacarıqlarının artırılmasından ibarətdir.

Təlimin planına əsasən müxtəlif şəraitlərdə döyüş, eyni zamanda xüsusi tapşırıqlar icra olunacaq.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Sonrakı: AFFA-nın balansındakı stadion və məşq mərkəzlərinin saxlanılmasına 4 milyondan çox vəsait ayrılıb

Bölmənin digər xəbərləri

Ni14yWlichJYsbfPxGKVaqc b
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Cavidan 17 Oktyabr, 2026
  • Gündəm

Azərbaycan Premyer Liqasında bu gün “Qarabağ” “Neftçi” ilə qarşılaşacaq

Cavidan 17 Oktyabr, 2026
qeza__1_
  • Cəmiyyət

Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var

Cavidan 16 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android ani çap AnTuTu Apple Azerbaijan Business Women AzInTelecom Birbank Business Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Microsoft Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Reytinq Rəqəmsal İmza Samsung Science SheMatters Pakistan smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 300)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (237)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (15)

Xəbər Trendi

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb 6ad31782140b36ad31782140b41v 1
  • Kriminal

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

17 Oktyabr, 2026
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür Ni14yWlichJYsbfPxGKVaqc b 2
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

17 Oktyabr, 2026
Azərbaycan Premyer Liqasında bu gün “Qarabağ” “Neftçi” ilə qarşılaşacaq 3
  • Gündəm

Azərbaycan Premyer Liqasında bu gün “Qarabağ” “Neftçi” ilə qarşılaşacaq

17 Oktyabr, 2026
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib 4
  • Kateqoriyasızlar

Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

17 Oktyabr, 2026
Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb 6ad22284840ac6ad22v 5
  • Dünya

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb

16 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3300) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (237) Kriminal (301) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (15) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 38
  • 36
  • 4. 934

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.