Skip to content
15 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə elan edilib
  • Cəmiyyət

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə elan edilib

Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyası xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün müsabiqə elan edir.
Cavidan 31 Mart, 2026
c88959cf-dae2 b

Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyası xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün müsabiqə elan edir.

Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində fəaliyyət göstərəcək xüsusi icra məmurları vəzifələri üzrə müsabiqədə iştirak üçün ərizələrin qəbulu 2026-cı il aprel ayının 1-dən may ayının 1-i saat 23:59-dək aparılacaq.

Müsabiqədə “Xüsusi icra məmurları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Namizədlər müsabiqədə iştirak üçün Ədliyyə Nazirliyinin rəsmi veb-saytında “Qulluğa qəbul” bölməsində “Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün müsabiqə” hissəsinə daxil olaraq “Müraciət et” vasitəsilə elektron qaydada, yaxud müvafiq müraciət formasını yükləyərək kağız daşıyıcıda müraciət edə bilərlər. Kağız daşıyıcıda müraciətlər Nazirliyin Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında yerləşən inzibati binasında iş günləri və iş vaxtı ərzində qəbul ediləcək.

Qeyd edək ki, müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.

Test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar hər bir namizəd ərizələrin qəbulu müddəti bitdikdən və imtahana buraxılış vərəqəsinin verilməsi barədə elandan sonra Mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə buraxılış vərəqəsini əldə etməlidir.

İmtahanın vaxtı və yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması barədə namizədlərə öncədən məlumat veriləcək.

Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən və müsahibədə iştirak etmək istəyən şəxslər “Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma Qaydası”nın 2.3-cü bəndində nəzərdə tutulmuş sənədləri Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasına təqdim etməlidirlər.

Müsabiqə və onun keçirilməsi ilə bağlı məlumatları özündə əks etdirən “Yaddaş kitabçası”nı, eləcə də xüsusi icra məmuru peşəsinin mahiyyəti və səlahiyyətlərinə dair informasiyanı linkə keçid edərək “Xüsusi icra məmurları” bölməsindən əldə etmək mümkündür.

Post navigation

Previous: “Ağcabədi batalyonu”nun komandiri vəfat etdi
Next: İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-15 130617
  • Cəmiyyət

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq – PROQNOZ

Cavidan 15 Avqust, 2026
Screenshot 2026-08-15 115628
  • Cəmiyyət

Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib

Cavidan 15 Avqust, 2026
Screenshot 2026-08-15 101322
  • Cəmiyyət

Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb

Cavidan 15 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 947)
  • Dünya (1. 014)
  • Gündəm (3. 281)
  • İdman (217)
  • İqtisadiyyat (152)
  • Kateqoriyasızlar (191)
  • Kriminal (268)
  • Mədəniyyət (93)
  • Siyasət (395)
  • Texnologiya (15)

Xəbər Trendi

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş Screenshot 2026-08-15 162354 1
  • Dünya

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

15 Avqust, 2026
İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb Screenshot 2026-08-15 154057 2
  • Gündəm

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

15 Avqust, 2026
İndoneziyada ölənlərin sayı 38-ə çatdı – YENİLƏNİB Screenshot 2026-08-15 144058 3
  • Dünya

İndoneziyada ölənlərin sayı 38-ə çatdı – YENİLƏNİB

15 Avqust, 2026
Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq – PROQNOZ Screenshot 2026-08-15 130617 4
  • Cəmiyyət

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq – PROQNOZ

15 Avqust, 2026
İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var Screenshot 2026-08-15 124053 5
  • Gündəm

İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

15 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2947) Dünya (1014) Gündəm (3281) Kateqoriyasızlar (191) Kriminal (268) Mədəniyyət (93) Siyasət (395) Texnologiya (15) İdman (217) İqtisadiyyat (152)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.